“Azərpoçt” MMC-nin tabeliyində olan poçt məntəqələrinə ekskursiya təşkil olunub


30.06.2022 1619


Ekskursiyanın əsas məqsədi şagirdlərin asudə vaxtını səmərəli təşkil etmək, poçt xidmətləri haqqında məlumat verməkdir.
 
“Azərpoçt” MMC tərəfindən “IMZA Group”un “EDU” layihəsi çərçivəsində keçirilən ekskursiyada 20-ə yaxın məktəbli iştirak edib.
 
Şagirdlərə Mərkəzi Poçt Şöbəsində məktub və bağlamaların göndərilmə qaydaları eləcə də məntəqədə həyata keçirilən digər xidmətlər barədə məlumat verilib. 
 
Ekskursiya iştirakçıları daha sonra “Azərpoçt” MMC-nin Poçt Daşıma Mərkəzində olublar. Onlara ölkədaxili və beynəlxalq poçt göndərişlərinin mübadiləsi, poçtun emalı, qeydiyyat və çeşidlənmə əməliyyatları  haqqında məlumat verilib.
 
Sonda məktəblilər yaxınlarına məktub yazaraq poçt qutusuna atıblar.
 
Qeyd edək ki, “Azərpoçt” MMC tərəfindən mütəmadi olaraq tələbə və şagirdlərin poçt məntəqələrinə ekskursiyası təşkil olunur.


Onlayn konsultasiya