“Azərpoçt” bayram günləri üzrə xidmət statistikasını açıqlayıb


13.07.2022 1494


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “Azərpoçt” MMC Qurban bayramı ilə əlaqədar olaraq növbəli iş rejimində vətəndaşlara xidmət göstərib.

 

9–12 iyul 2022-ci il tarixlərində respublika üzrə əvvəlcədən müəyyən edilmiş poçt şöbələri fəaliyyət göstərib, vətəndaşların və əcnəbilərin rahatlığı təmin edilib.

 

Bu günlər ərzində “Azərpoçt” şöbələrində ümumilikdə 36 067 ədəd məktub qəbulu və göndərilməsi icra olunub.

 

Daxil olan poçtların 854 ədədini beynəlxalq kiçik paketlər təşkil edib.

 

408 ədəd daxili bağlama, 2334 ədəd daxili kiçik paketin qəbulu və ünvanlara göndərilməsi təmin olunub.

 

Qeyd edək ki, “Azərpoçt” MMC-nin tabeliyində olan poçt şöbələri bayram günlərində vətəndaşların məmnuniyyətini təmin etmək üçün növbəli iş rejimi ilə fəaliyyət göstərir. Bununla yanaşı, vətəndaşlarla aktiv ünsiyyətin qorunub saxlanması məqsədilə “169” Çağrı mərkəzi, eləcə də qurumun sosial media hesabları vasitəsilə müraciətlərin cavablandırılması təmin edilir.

 

Xatırladaq ki, “Azərpoçt” MMC ənənəvi poçt xidmətləri ilə yanaşı, bank, sığorta kimi qeyri-ənənəvi xidmətlər, elektron ödənişlər, depozitlər və digər maliyyə xidmətləri, eləcə də biznes xidmətlərini təqdim edir.

 



Onlayn konsultasiya