“Azərpoçt” MMC vakansiya elan edir!


02.11.2022 2011


ÖLKƏNİN YEGANƏ MİLLİ POÇT OPERATORU “AZƏRPOÇT” MMC SİSTEM ADMİNİSTRATORU VƏZİFƏSİNƏ VAKANSİYA ELAN EDİR:

 

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

 

- Ərazi üzrə paylanmış server infrastrukturunun fasiləsiz fəaliyyətinin idarə edilməsi və təmin edilməsi: serverlər, virtual infrastrukturu, SAN;

- Windows Server (Active Directory, Exchange Server, Terminal Servers, DNS, DHCP, GPO, IIS və s.) və Linux OS server proqramlarının və servislərin sazlanması, istismarı və idarə edilməsi;

- Virtual infrastrukturun sazlanması, istismarı və idarə edilməsi;

- Şəbəkə avadanlıqlarının idarə edilməsi;

- İnfrastruktur monitorinq sisteminin qurulması və idarə edilməsi

- Problemlərin diaqnostikası və aradan qaldırılması, infrastruktur performansının təhlili;

- Real (hardware) və virtual mühitin təhlükəsizliyinin təmin edilməsi, təhlükəsizlik təhdidlərinin aşkar edilməsi, təhlükəsizlik təhdidlərindən müdafiə həllərinin hazırlanması;

- Əməliyyat Sistemləri, server proqramları və şəbəkə avadanlıqları üçün yeniləmələrin monitorinqi;

- Giriş hüquqlarının sazlanması, konfiqurasiyası və fərqləndirilməsi;

- Domain registrars, hosting providers ilə qarşılıqlı əlaqə;

- Təchizatçılarla qarşılıqlı əlaqə (texniki məsələlər üzrə, server avadanlığının problemlərinin aradan qaldırılması zamanı və s.)

- Cari konfiqurasiyanın sənədləşdirilməsi, sxemlərin, infrastruktur üzrə məlumatların aktual vəziyyətdə saxlanılması. İnformasiya sistemlərinin, avadanlıqların, lisenziyaların, proqramların və s. uçotu;

- Profilaktik və reqlament işlərinin aparılması;

- Ehtiyat nüsxələrin çıxarılması (Backup) və məlumatların bərpasının (Restore) təşkili və təmin edilməsi;

- Məlumat mərkəzinin bulud infrastrukturu ilə inteqrasiyasına dəstək;

- Konfiqurasiya idarəetmə sistemləri (CMS) vasitəsilə proqram təminatının instalyasiyaların avtomatlaşdırılması;

 

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

 

- Ali təhsil;

- Korporativ seqmentdə / inteqratorda ərazi üzrə paylanmış şəbəkə infrastrukturunun sistem inzibatçısı vəzifəsində 3 ildən artıq iş təcrübəsi;

- Microsoft Windows Server OS ilə bağlı dərin bilik və təcrübə;

- Microsoft Exchange Server idarəetmə təcrübəsi;

- Linux OS server ilə bağlı bilik və təcrübə;

- VMware vSphere virtualizasiya sistemlərinin idarə olunmasında inamlı bilik və təcrübə;

- Klaster virtualizasiya texnologiyalarının istismarı və dəstəklənməsi təcrübəsi;

- PowerShell-də (python, bash) skript yazma təcrübəsi;

- Veb serverlərləri ilə (IIS, Apache, NginX) iş təcrübəsi;

- SAN sistemləri ilə iş təcrübəsi;

- Şəbəkə avadanlıqları ilə iş təcrübəsi;

- Virtual şəbəkələrin qurulması prinsiplərinin anlaşılması;

- Müasir server və şəbəkə avadanlığı bazarı haqqında məlumat;

- Monitorinq sistemləri ilə işləmək bacarığı;

- İnformasiya təhlükəsizliyinin prinsiplərinin və əsaslarının bilməsi;

- İngilis dili biliyi (texniki sənədlərin oxunması, dəstək xidmətləri ilə yazışmalar).

 

İş yeri: “Azərpoçt” MMC, baş ofis ( Ünvan:  Ü.Hacıbəyli 72)

İş vaxtı: Həftəiçi 5 gün, saat 9:00–18:00

Qeyd: Əməkhaqqı müsahibə əsasında təyin olunacaq.

 

Maraqlananlar, öz CV-lərini “Sistem administratoru” başlığı ilə  hrdepartment@azerpost.az ünvanına göndərə bilərlər. 

 

 

 



Onlayn konsultasiya