“Azərpoçt” MMC-də 8 noyabr - Zəfər Gününə həsr olunan tədbir keçirilib.


06.11.2022 1527


“Azərpoçt” MMC-də 8 noyabr - Zəfər Gününə həsr olunan tədbir keçirilib.

 

Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

 

“Azərpoçt” MMC-nin İdarə heyətinin sədri Əfqan Cəlilov bildirib ki, müstəqillik dövründən başlayaraq, dövlətimiz ordu quruculuğuna xüsusi önəm verib; hər il böyük miqdarda büdcələr ayrılıb, ağır hərbi texnikalar alınıb, hərbi kadrların yetişdirilməsinə, onların təhsil və təlimlərinə xüsusi diqqət göstərilib.

 

O, qeyd edib ki, ölkə rəhbərliyi tərəfindən münaqişənin sülh yolu ilə həll olunması üçün yetəri qədər səy göstərilib. Amma təssüflər olsun ki, aparılan danışıqlar nəticəsiz qalıb. “2020-ci il 27 sentyabr tarixində düşmən yenidən təxribata əl atıb. Bununla da “Dəmir yumruq” əməliyyatına start verilib. 44 gün davam edən Vətən müharibəsi şanlı Azərbaycan Ordusunun gücünü göstərərək ölkəmizin qələbəsi ilə baş çatıb”- deyə, Əfqan Cəlilov vurğulayıb.

 

Daha sonra “Azərpoçt” MMC-nin Marka şöbəsinin müdiri Sitarə Sadıqova şəhid övladlarının Şuşa mənzərələrini əks etdirən rəsm əsərləri əsasında hazırlanan “Zəfər günü” adlı poçt bloku haqqında tədbir iştirakçılarına məlumat verib.



Onlayn konsultasiya