“Azərpoçt” MMC-nin 2021-ci il audit edilmiş maliyyə hesabatlarının qısa icmalı


26.12.2022 1008


“Azərpoçt” MMC-nin gəlirləri, əsasən, poçt və maliyyə xidmətləri üzrə formalaşır. 2021-ci ilin I rübünün sonundan başlayaraq Cəmiyyət fəaliyyət sahəsini genişləndirərək xarici və dövlət qiymətli kağızlarına investisiyalar həyata keçirir və bu istiqamət üzrə 4 234 min manat  gəlir əldə etmişdir. Cəmiyyət 2021-ci ili zərərlə başa vursa da, əvvəlki illə müqayisədə zərərin məbləği 30% azalmışdır. Növbəti illərdə pandemiyanın effektinin azalmağını və beynəlxalq poçt daşımalarında tarifin bazara uyğunlaşacağını nəzərə alaraq bu tendensiyanın davam edəcəyi və xalis mənfəətin əldə ediləcəyi gözlənilir.

 

Cəmiyyətin 2021-ci il fəaliyyəti üzrə daxil olan xalis pul vəsaitləri ötən ilə nisbətən 2 dəfə artaraq, 181 230 min manat təşkil etmişdir. Ümumilikdə cəmi aktivlər 65% artaraq, 155 321 min manatdan 434 376 min manata çatıb.

 



Onlayn konsultasiya