“Azərpoçt” xətti ilə Türkiyəyə böyük məbləğdə yardım göndərildi


09.02.2023 1243


Cənab Prezidentin çağırışı ilə Azərbaycan xalqı qardaş türk xalqına yardım kampaniyasına qoşulub.

 

Belə ki, bir neçə gün öncə Türkiyənin cənub-şərqində, çoxsaylı insan tələfatı və dağıntılarla nəticələnən zəlzələdən sonra Azərbaycan xalqı öz qardaş-bacılarına dəstək üçün əlindən gələni əsirgəmir.

 

Sevindirici haldır ki, təkcə 6-7 fevral tarixlərində vətəndaşlarımız tərəfindən Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkən insanlara “Azərpoçt” üzərindən beynəlxalq pulköçürmələri sistemləri vasitəsilə 255 min ABŞ dolları məbləğində vəsait göndərilib.  

 

Ümid edirik ki, Türkiyə bu fəlakətdən tezliklə qurtulacaq və zəlzələnin acı nəticələrini tez bir zamanda aradan qaldıracaq.

 

“Azərpoçt” olaraq zəlzələdə həyatını itirənlərə Allahdan rəhmət, yaralananlara isə şəfa diləyirik.

 



Onlayn konsultasiya