“Zolotaya Korona” Türkiyəyə edilən pulköçürmələrinə komissiyanı ləğv etdi


16.02.2023 1068


“Azərpoçt” MMC-nin tərəfdaşı olan “Zolotaya Korona” ilə bu gündən etibarən hesab açmadan Türkiyə Respublikasına edilən pulköçürmələrinə tətbiq olunan komissiya məbləği tamamilə ləğv edilir.

 

Bu qərar qardaş Türkiyədə baş vermiş təbii fəlakətdən zərərçəkənlərə kömək etmək, yardım kampaniyalarına qoşulmaq istəyənlərə dəstək məqsədilə verilib, “Azərpoçt” məntəqələrindən Türkiyənin istənilən bölgəsinə və bank hesabına edilən pulköçürmələrinə şamil olunur.

 

“Zolotaya Korona” üzərindən edilən pulköçürmələrinə sıfır komissiya siyasəti 12 mart 2023-cü ilədək davam edəcək.

 

“Azərpoçt” olaraq zəlzələdə dünyasını dəyişənlərə Allahdan rəhmət, yaralananlara isə şəfa diləyirik.

 



Onlayn konsultasiya