Türkiyəyə yardım – Hesabat


20.02.2023 1059


Qardaş Türkiyədə baş vermiş təbii fəlakətdən dərhal sonra “Azərpoçt” MMC də ölkə miqyasında başladılan yardım kampaniyasına bir neçə formada qoşuldu.

 

Belə ki, ilk olaraq, “Azərpoçt” üzərindən Türkiyə Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) təqdim etdiyi bank hesablarına pulköçürmələrinə xüsusi güzəşt tətbiq edildi, zərərçəkənlərə yardım məqsədilə göndərilən pul vəsaitlərindən “Azərpoçt” tərəfindən heç bir komissiya tutulmadı.

 

Beləliklə, 8-16 fevral tarixlərində AFAD-a “Azərpoçt” üzərindən 130344 AZN pul köçürüldü.

 

Ardınca ölkə boyu yardım göndərmək istəyənlərin çoxluğu nəzərə alınaraq, bütün “Azərpoçt” şöbələri yardımların qəbulu üçün vətəndaşlara açıq elan edildi. Göstərilən tarixlərdə  289 ədəd bağlama, bura müxtəlif növ yumşaq və sərt yardım əşyalarının daxil olduğu cəmi 1538 kq-lıq yardım toplandı.

 

Bundan başqa, ölkə üzrə mərkəzləşdirilimiş qaydada yardımların toplanması üçün “Azərpoçt” tərəfindən aidiyyatı məntəqələrə 1000 ədəd kardon qutu ianə edildi.

 

Daha sonra, “Azərpoçt”la “Zolotaya Korona”nın ortaq qərarı əsasında 16 fevral tarixindən etibarən “Azərpoçt” məntəqələrindən Türkiyənin istənilən bölgəsinə və bank hesabına edilən pulköçürmələrinə komissiya tamamilə ləğv edildi.

 

Qeyd edək ki, tətbiq olunan bütün güzəştlər və yardım toplama kampaniyası 12 mart tarixinədək davam edəcək.

 

 



Onlayn konsultasiya