“Poçta ekskursiya” layihəsi davam edir


09.03.2023 1065


“Azərpoçt” MMC–nin Mərkəzi Poçt Şöbəsinə məktəblilərin növbəti ekskursiyası təşkil olunub.

 

Tədbir “Poçta ekskursiya” layihəsi çərçivəsində “Kaspi" Beynəlxalq Məktəbinin (Kaspi International School) ibtidai sinif şagirdlərinin iştirakı ilə baş tutub. Ekskursiyada şagirdlərə poçt rabitəsinin tarixi, inkişaf yolu və hazırda göstərilən xidmətlər barədə ətraflı məlumat verilib.

 

Tədbirin sonunda məktəblilər yaxınlarına açıqca yazaraq poçt qutusuna atıblar.

 

Qeyd edək ki, “Azərpoçt” MMC tərəfindən mütəmadi olaraq tələbə və şagirdlərin poçt məntəqələrinə ekskursiyası təşkil olunur.

 



Onlayn konsultasiya