“Azərpoçt” bayram günlərində də vətəndaşlara xidmət göstərəcək


20.04.2023 1728


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “Azərpoçt” MMC Ramazan bayramı ilə əlaqədar olaraq, növbəli iş rejimində vətəndaşlara xidmət göstərəcək.

 

21, 22, 23 aprel tarixlərində respublika üzrə fəaliyyət göstərəcək şöbələrin siyahısı:

 

  • 1 saylı poçt filialının Mərkəzi Poçt Şöbəsi, saat 09:00-18:00
  • 2 saylı poçt filialının 63 saylı poçt şöbəsi, saat 10:00-17:00
  • 2 saylı poçt filialının 124, 138, 144 saylı poçt şöbələri, saat 09:00-17:00
  • 3 saylı poçt filialının 2, 40 saylı poçt şöbələri, saat 10:00-17:00
  • 4 saylı poçt filialının 44 saylı poçt şöbəsi, saat 09:00-17:00
  • Regionlarda yerləşən müştəri xidməti şöbələri, saat 10:00-17:00

  

 24 aprel tarixində isə istehsalat zərurətilə əlaqədar olaraq qeyd edilən şöbələrlə yanaşı aşağıdakı poçt şöbələri də adi iş rejiminə uyğun şəkildə fəaliyyət göstərəcək:

 

  • 1 saylı poçt filialının 1, 3, 7, 8, 20, 21, 25,33, 52 saylı poçt şöbələri, saat 10:00-17:00
  • 2 saylı poçt filialının 9, 17, 53, 54, 63, 73, 83, 111, 114, 117, 122 saylı poçt şöbələri, saat 10:00-17:00
  • 3 saylı poçt filialının 34, 104, 118, 119, 123, 129, 132, 133, 142, 149 saylı poçt şöbələri, saat 10:00-17:00
  • 4 saylı poçt filialının 39, 42, 45, 50, 77, 89, 90, 93 saylı poçt şöbələri,saat 10:00-17:00

 

Adi günlərdə olduğu kimi, bayram günlərində də poçt şöbələrində əhaliyə poçt xidmətlərinin göstərilməsi – teleqramlar, məktublar, banderollar, bağlamalar, xüsusilə də bayram təbrikləri, əsgər göndərişləri, eləcə də pulköçürmələrinin qəbulu, kommunal xidmət haqlarının yığılması - təmin ediləcək.

 



Onlayn konsultasiya