Bizimlə əlaqə: (012) 493-56-00
Bizimlə əlaqə: (012) 493-56-00 Az En
   Elektron xidmətlər
   İndeks və Ünvanların axtarışı
   Poçt göndərişlərinin izlənilməsi
   Məktub yazmaq
   Elektron Xidmətlər Portalı
   Elektron İmzası
   E-Ticarət
Azərpoçt xəbərləri
13 Oct 2011

18 oktyabr - Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü

2011-ci il oktyabrın 18-də Azərbaycanın yenidən müstəqilliyə qovuşmasının 20 illik yubileyi qeyd olunacaq.

            Məhz 1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktının qəbul edilməsi ilə Azərbaycan dövlətçilik tarixinin yeni mərhələsi başlayıb və bu gün də uğurla davam edir. 

 Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan 71 il sonra dövlətimiz istiqlaliyyətinə qovuşub. Qəbul olunan Konstitusiya Aktında Müstəqil Azərbaycan Respublikası 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan olunub.

             1991-ci il dekabrın 29-da keçirilmiş referendumda səsverməyə dövlət müstəqilliyi haqqında konstitusiya aktı çıxarılmış və yekdilliklə qəbul edilmişdir. 

 Beləliklə, 18 Oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyi Günü kimi tarixə düşüb. 1992-ci ilin mayında Milli Məclis tərəfindən Azərbaycan Respublikasının Dövlət himni, az sonra üçrəngli bayraq, içində alov olan səkkiz guşəli ulduz təsvirli dövlət gerbi təsdiq edilib.

             1993-cü ilin ortalarında Azərbaycanda dərin siyasi böhran nəticəsində xalqın tələbi ilə Heydər Əliyev yenidən hakimiyyətə gəldi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev xalqı, yurdu milli-mənəvi parçalanmadan, iflasa uğramaqdan xilas etdi. 

 Bu gün müstəqil Azərbaycanın beynəlxalq aləmdə nüfuzu və şöhrəti durmadan artmaqdadır. Azərbaycan Respublikası bütün dünyada demokratik, hüquqi, dünyəvi dövlət nüfuzu qazanıb. Heydər Əliyev zəkasının məhsulu olan təməl qanunumuz dünyanın ən demokratik, ən mükəmməl konstitusiyalarından biridir və beynəlxalq aləmdə Vətənimizə böyük rəğbət qazandırır. Yurdumuzda hökmranlıq edən sabitlik, həyata keçirilən daxili islahatlar xarici ölkələrlə əlaqələrimizin genişlənməsinə müsbət təsir göstərir. Özünün xarici siyasətini bərabərlik və qarşılıqlı mənafe prinsipləri əsasında quran Azərbaycan Respublikası dünyanın bütün dövlətləri üçün açıq ölkəyə çevrilib.

                 Müstəqillik tarixi üçün 20 il o qədər də böyük müddət olmasa da, bu illər ərzində çox böyük işlər görülüb.

 Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən neft strategiyası Azərbaycanın iqtisadi potensialının hərtərəfli inkişafının təməlini qoymuşdur. İqtisadiyyatın və sosial sahələrin modernləşdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edən informasiya-kommunikasiya texnologiyaları sahəsinin inkişafı müstəqillik illərində geniş vüsət almışdır.

             Ümummilli lider Heydər Əliyevin 17 fevral 2003-cü il tarixdə imzaladığı “Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)” İKT-nin inkişaf etdirilməsi sahəsində dövlətin siyasəti, əsas məqsəd və vəzifələri və fəaliyyət istiqamətlərini müəyyən etmişdir.

 

                  Milli Strategiyanın həyata keçirilməsi məqsədilə qəbul edilmiş dövlət proqramlarına uyğun olaraq sahə üzrə normativ-hüquqi baza inkişaf etdirilmiş, telekommunikasiya infrastrukturu yeni texnologiyaların tətbiqi ilə yenidən qurulmuş və genişləndirilmiş, sahəyə cəlb olunan investisiyaların həcmi artmış və yeni iş yerləri açılmışdır. 

 

              Ölkənin bütün yaşayış məntəqələri telelefonlaşdırılmış və MDB ölkələri arasında ilk dəfə sabit telefon şəbəkəsi tam elektronlaşdırılmışdır. İKT üzrə özəl sektorun fəaliyyəti ildən-ilə güclənmiş və hazırda bu sahədə əldə olunan gəlirin təqribən 80 %-i qeyri-dövlət müəssisələrinin payına düşür. 

            İnternetə qoşulma qiymətləri dəfələrlə azaldılmış və istifadəçilərin sayı ölkə əhalisinin 50 %-ni keçmişdir ki, onların da 30 %-dən çoxu genişzolaqlı xidmətlərdən istifadə edir. 

 Mobil telefon xidmətləri respublikamızda daim təkmilləşir və bu xidmətlərdən istifadə edənlərin sayı gündən-günə çoxalır və indi Azərbaycanda hər 100 nəfərə təxminən 105 mobil telefon düşür. Mobil operatorlar tərəfindən üçüncü nəsl (3G) mobil rabitə texnologiyasının respublikamızda tətbiqi həyata keçirilir.

 

           AZTV proqramının əhali üzrə yayım əhatəsi 99,9%-ə, ictimai, özəl televiziya və radio proqramlarının yayımlarının əhatə dairəsi isə təxminən 70-80%-ə çatdırılmışdır.  Rəqəmsal yayım ölkə əhalisinin 60%-dən çoxunun yaşadığı əraziləri əhatə edir və 2013-cü ilə qədər ölkəmizdə rəqəmsal yayıma tam keçidin təmin edilməsini nəzərdə tutulur.

 Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilən “Maliyyə xidmətlərinin inkişafı” layihəsi çərçivəsində ənənəvi poçt xidmətləri inkişaf etdirilmiş, yeni xidmətlərin o cümlədən poçt-maliyyə xidmətlərinin göstərilməsinə başlanılmışdır.

           Azərbaycan Hökumətinin təşəbbüskarı olduğu “Trans-Avrasiya Super İnformasiya Magistralı” layihəsi bir çox mötəbər beynəlxalq qurumlar və dövlətlər tərəfindən dəstəklənmiş, onunla bağlı BMT-nin xüsusi qətnaməsi qəbul olunmuşdur.  Azərbaycanın qlobal informasiya məkanına inteqrasiyanın genişləndirilməsi, informasiya təhlükəsizliyinin gücləndirilməsi, yeni texnologiyaların tətbiqi, regional telekommunikasiyalar bazarına çıxışın təmin edilməsi və cəmiyyətin müasir xidmətlərə artan tələbatının ödənilməsi üçün milli telekommunikasiya peykinin hazırlanması və orbitə çıxarılması üzrə işlər aparılır.

 Əhalinin rabitə və informasiya texnologiyalarından istifadə imkanlarını artırmaq məqsədilə  AzDATACOM və “Xalq kompüteri” layhələri həyata keçirilmiş, bölgələrdə müasir tələblərə cavab verən Regional İnformasiya Mərkəzləri yaradılmışdır.

          Azərbaycanda elektron hökumətin formalaşdırılması və vətəndaşlara elektron xidmətlərin göstərilməsi ilə bağlı intensiv işlər aparılmış, o cümlədən elektron hökumət portalı yaradılmış və ölkədə elektron imzanın tətbiqinə başlanılmışdır. 

 İKT sahəsində beynəlxalq əməkdaşlıq yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Sahə üzrə bir sıra hökumətlərarası saziş, memorandum, protokol və müxtəlif təyinatlı sənədlər imzalanmış, çoxsaylı beynəlxalq biznes-forumlar, sərgi və konfranslar təşkil edilmişdir. Azərbaycan İKT üzrə beynəlxalq tədbirlərin fəal iştirakçısına və təşkilatçısına çevrilmişdir.

          Hər il ənənəvi olaraq Bakıda “Bakutel” beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi və konfransı keçirilir. Tanınmış İKT şirkətləri Microsoft, Cisco, IBM,  HP və digərləri ölkəmizdə nümayəndəliklərini açmış və fəaliyyətlərini genişləndirmişlər. 

 İKT sahəsində yüksək ixtisaslı kadrların hazırlanması məqsədilə dünyanın tanınmış informasiya texnologiyaları universitetləri ilə əlaqələr qurulmuş və “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na əsasən tələbələr göndərilmişdir.

 

          Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik və uzaqgörən rəhbərliyi ilə həyata keçirilən İKT siyasəti və onun ölkəmizdə ən yeni texnologiyaların tətbiqi üzrə məramının reallaşdırılması Azərbaycanın yaxın gələcəkdə İKT sahəsində dünyanın qabaqcıl ölkələrinin sırasında olacağına zəmanət verir.  

 

 

  • 1991- “Azərpoçt” RRİB  Regional Rabitə İttifaqına qoşulur.
  • 1992- Poçt və Telekommunikasiya sahələri bir-birindən ayrılır və “Rabitə dünyası” qəzeti çap edilir.

  • 1993- Azərbaycan Poçt Müdiriyyəti Ümumdünya  Poçt İttifaqının  üzvlüyünə qəbul edilir.
  • 1997- “Azərpoçt” İstehsalat Birliyi yaradılır və martın 31-də poçt rabitəsi sahəsində qısamüddətli “Dirçəliş və inkişaf proqramı” qəbul edilir.
  • 1997-Azərbaycan Respublikası Höküməti ilə Özbəkistan Respublikası arasında telekommunikasiya və poçt rabitəsi sahəsində əməkdaşlıq haqqında Daşkənd şəhərində saziş imzalanır.
  • 1997- “Rabitə Haqqında” Qanun təsdiq edilərək qüvvəyə minir. Rabitə Nazirliyinin Tədris Mərkəzi yaradılır.
  • 1997- “1998-2003-cü illər üçün  Poçt Rabitəsinin Konsepsiyası” təsdiq edilir.
  • 1998- “Azərekspresspoçt” Rabitə Müəssisəsi  yaradılır.
  • 1998- Azərbaycan Respublikası Höküməti və Qazaxıstan Höküməti  arasında rabitə sahəsində əməkdaşlıq haqqında Bakı şəhərində saziş imzalanır.
  • 1999- Azərbaycan Respublikası Rabitə Nazirliyi ilə İran İslam Respublikası Poçt, Teleqraf və Telefon Nazirliyi arasında poçt və telekommunikasiya sahələrində əməkdaşlıq üzrə Bakıda protokol imzalanır.
  • 2000- Bakı kuryer poçt xidməti və “M Militçer Myunxen-Azərbaycan” poçt xidməti fəaliyyət göstərməyə başlayır. “Nosilla İnterneyşnel İnk”şirkəti poçt xidməti və noyabr ayının 22-də isə  “Word wide International Group” poçt  xidməti fəaliyyət  göstərməyə başlayır.
  • 2001- Bakıda Azərbaycan Rabitə Nazirliyi ilə Türkiyə Cümhuriyyəti PTT Genel Müdiriyyəti arasında poçt sahəsində əməkdaşlıq üzrə protokol imzalanır.
  • 2001- “Vüqar-85” kiçik müəssisəsi poçt xidməti, “Dərhal LTD” MMC poçt xidməti göstərməyə başlayır.
  • 2001-“Azərpoçt” DM Avropa Konfransı Təşkilatına və Avroasiya İttifaqına qoşulur.
  • 2002- Azərbaycan Respublikası ərazisində 5 maqistral, 2 köməkçi və bütün rayondaxili marşrutlar olmaqla  poçtun avtomaşınla daşınma üsuluna keçirilir.
  • 2004- “Azərpoçt” DM  STEFİ Beynəlxalq pul köçürmələri sisteminə qoşulur.   
  • 2005- Azərbaycan Respublikası ilə Beynəlxalq İnkişaf Assosiasiyası arasında “İnkişaf krediti haqqında” Saziş (Maliyyə xidmətlərinin inkişafı layihəsi) imzalanmış və ölkə prezidenti İlham Əliyev tərəfindən təsdiqlənmişdir.
  • 2007- Niderlandın FACP Şirkəti ilə “Azərpoçt” DM arasında məsləhət xidmətlərinin göstərilməsinə dair müqavilə imzalanmışdır.
  • 2009- “Azərpoçt” Dövlət Müəssisəsinin Məhdud Məsuliyyətli Cəmiyyətinə çevirilməsi
  • 2010- Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən bank-malliyə xidmətlərinin göstərilməsi üçün “Azərpoçt” MMC-yə verilmiş lisenziya verilir.
  • 2010- “Azərpoçt” MMC-nin  “Western Union” Beynəlxalq pul köçürmələri sisteminə qoşulur.
  • 2011- “Azərpoçt” MMC-də işçilərin əmək haqlarının  verilməsi və digər elektron əməliyyatların aparılması üçün lokal plastik kartlar istifadəyə verilmiş və MMC-yə məxsus  7 ATM  aparatı quraşdırılmışdır.
  • 2011- “Azərpoçt” MMC-nin tərkibində 2004-2011-ci illər ərzində 9 ədəd Poçt Filialının inzibati binası və 786 ədəd PŞ binası tikilərək istifadəyə verilmişdir.

 







13 Oct 2011 18 oktyabr - Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü
ətraflı >>



Alış Satış
1.9300 1.9750
1.6900 1.7100
0.0285 0.0290
GBP 2.1700 2.2400
SDR 1 SDR 2,3777