Bizimlə əlaqə: (012) 493-56-00
Bizimlə əlaqə: (012) 493-56-00 Az En
   Elektron xidmətlər
   İndeks və Ünvanların axtarışı
   Poçt göndərişlərinin izlənilməsi
   Məktub yazmaq
   Elektron Xidmətlər Portalı
   Elektron İmzası
   E-Ticarət
Xəbərlər
13 Jul 2018 "Poçtap" layihəsi çərçivəsində 312 itirilmiş sənəd sahibinə geri qaytarılıb
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərpoçt” MMC tərəfindən reallaşdırılan sosial layihə çərçivəsində istifadəyə verilən “Poçtap” xidməti artıq 1 (2 mart 2017) ildən çoxdur ki, sənədini itirənləri sevindirir. “Poçtap” sayəsində itirilmiş sənədlər tapılaraq sahibinə qaytarılır.
ətraflı >>

13 Jul 2018 NRYTN-nin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı təsdiqlənib
Nazirlər Kabineti “Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nı təsdiq edib.
ətraflı >>

11 Jul 2018 Elektron ticarət məhsullarının poçt vasitəsilə çatdırılması baxımından yeni imkanlar yaradılıb
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) və Avropa İttifaqının birgə təşkilatçılığı ilə Bakıda “Azərbaycanda elektron ticarət: mövcud vəziyyət və inkişaf perspektivləri” mövzusunda “dəyirmi masa” keçirilib.
ətraflı >>

10 Jul 2018 Ukrpoçta mobil əlavəni işə salıb
“Ukrpoçta” iOS əməliyyat sistemi üçün özünəməxsus mobil əlavəni işə salıb. İndi bütün arzu edənlər öz smartfonundan ölkənin baş poçtuna çıxış əldə edə biləcəklər. Proqramın yaradılması üzərində “Ukrpoçta” komandası və marketinqin digitallaşdırılması üzrə tərəfdaşı – D2 İT-şirkəti çalışıb.
ətraflı >>

8 Jul 2018 8 iyul Rusiyada poçtun yarandığı gündür
Rusiyada hər il iyulun ikinci bazar günü qeyd olunan poçt rabitəsi işçilərinin peşə bayramıdır. Rusiya poçtunun tarixi min ildən artıqdır. Poçt haqqında qeydlərə min il əvvəlki yazılı abidələrdə rast gəlinir, lakin dövlət nizamlı poçt rabitəsi Böyük Pyotrun islahatlarından başlanır.
ətraflı >>

7 Jul 2018 Hərbi dəniz admiralları şərəfinə marka buraxıldı
2018-ci il iyulun 7-də Belarus Respubikası Rabitə və İnformasiyalaşdırma Nazirliyi “Belarusda yetişmiş hərbi-dəniz donanması admiralları” silsiləsindən dörd poçt markasını və bloku dövriyyəyə buraxıb.
ətraflı >>

5 Jul 2018 Helikopter idmanı üzrə 16-cı Dünya çempionatına həsr olunmuş ştempel dövriyyəyə buraxılır
Belarus Respublikası Rabitə və İnformasiyalaşdırma Nazirliyi 2018-ci il iyulun 9-da helikopter idmanı üzrə 16-cı Dünya çempionatına həsr olunmuş xüsusi xatirə tədbirinin keçirilməsi üçün istifadə olunacaq xüsusi xatirə ştempelini dövriyyəyə buraxır.
ətraflı >>

29 Jun 2018 Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qusarda vətəndaşlarla görüşüb
Bu gün nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin iyun ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Qusar şəhərində görüş keçirib.
ətraflı >>

26 Jun 2018 "Əsgərə məktub" aksiyası bitti
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi \"Azərpoçt\" MMC tərəfindən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 100 illiyinə həsr olunmuş \"Əsgərə məktub\" adlı aksiya başa çatıb.
ətraflı >>

25 Jun 2018 Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qusarda vətəndaşlarla görüşəcək
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə iyunun 29-u 12:00-da Qusar şəhərində vətəndaşları qəbul edəcək.
ətraflı >>

21 Jun 2018 “Azərpoçt” MMC “Əsgərə məktub” aksiyasını keçirir
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərpoçt” MMC Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 100 illiyinə həsr olunmuş “Əsgərə məktub” adlı aksiya keçirir.
ətraflı >>

12 Jun 2018 “Poçtap” layihəsi çərçivəsində 915 sənəd tapıldı
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərpoçt” MMC tərəfindən reallaşdırılan sosial layihə çərçivəsində istifadəyə verilən “Poçtap” xidməti artıq 1 (2 mart 2017 ) ildən çoxdur ki, sənədini itirənləri sevindirir. “Poçtap” sayəsində itirilmiş sənədlər tapılaraq sahibinə qaytarılır.
ətraflı >>

6 Jun 2018 “Belpoçta” Respublika Unitar Müəssisəsi-dən “Postkrosser günü: dünyanın müxtəlif guşələrindən salam” aksiyası
İyunun 8-də respublikanın bütün poçt rabitəsi şöbələrində “Postkrosser günü” promo tədbiri keçiriləcək. Eyni vaxtda 10 və daha artıq beynəlxalq adi poçt kartı göndərən müştərilər onların göndəriş haqqını 10% güzəştlə ödəyə biləcəklər.
ətraflı >>

5 Jun 2018 2018-ci ildə poçt xidmətlərinin dünya reytinqi
Ümumdünya Poçt İttifaqı poçt göndərişləri haqqında trekinqin məlumatlarını, poçt operatorlarının fəaliyyəti haqqında rəsmi statistikanı və öz araşdırmalarını təhlil edərək, xüsusi metodika ilə ölkələrin poçt rabitəsinin inkişafı üzrə vahid indeksini müəyyən edir.
ətraflı >>

5 Jun 2018 Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Vahid Çağrı Mərkəzi yaradıldı – “155”
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki qurumlarda fəaliyyət göstərən müxtəlif çağrı mərkəzləri birləşdirilib. Yüksək keyfiyyətli müştəri xidmətlərinin göstərilməsi, vətəndaşların daha rahat müraciəti, tam düzgün və ətraflı məlumat ala bilməsi üçün Vahid Çağrı Mərkəzi –“155” yaradılıb.
ətraflı >>

1 Jun 2018 Azərbaycanda poçt rabitəsinin yaradılmasından 200 il ötür
Azərbaycan poçtunun tarixi 1 iyun 1818-ci ildə Gəncə şəhərində ilk poçt kontorunun açılmasından başlanır. Daha sonra 1826-cı ildə Bakıda, 1828-ci ildə isə Naxçıvanda poçt ekspedisiyası təşkil edilib.
ətraflı >>

31 May 2018 Jurnalistlər arasında “Poçt haqqında ən yaxşı material” müsabiqəsi
“Belpoçta” Respublika Unitar Müəssisəsi çap və elektron KİV jurnalistlərini “Poçt haqqında ən yaxşı material” müsabiqəsində iştirak etməyə dəvət edir.
ətraflı >>

25 May 2018 Rusiya və Yaponiya poçt xidmətləri iki ölkənin çarpaz ili şərəfinə marka buraxıblar
Bu il Sankt-Peterburqda Peterburq Beynəlxalq İqtisadi Forumu (PBİF) çərçivəsində “Rusiya Poçtu” və Japan Post Rusiya-Yaponiya ilinə həsr olunan marka buraxıblar.
ətraflı >>

22 May 2018 “Gürcüstan Poçtu” Avropanın ən yaxşı poçt şirkətləri onluğuna daxildir
“Gürcüstan Poçtu” Dövlət Şirkəti Premium dərəcəli beynəlxalq poçt xidməti birliyi (EMS) Şurasına seçkilərdə qalib gəlib. Səsvermə İsveçrənin Bern şəhərində Ümumdünya Poçt İttifaqının baş ofisində keçirilib. Bu barədə “Gürcüstan Poçtu”nun rəsmi saytında məlumat verilir.
ətraflı >>

19 May 2018 47-ci epistolyar inşa müsabiqəsinin qalibləri mükafatlandırıldı
Ümumdünya Poçt İttifaqı (ÜPİ) 47 ildir ki, təşkilata üzv ölkələrin poçt adminstrasiyaları ilə birgə ümümtəhsil məktəbliləri arasında epistolyar (məktub şəkilində yazı) inşa müsabiqəsi keçirilir.
ətraflı >>

11 May 2018 “Poçtap” layihəsi çərçivəsində 885 sənəd tapıldı
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərpoçt” MMC tərəfindən reallaşdırılan sosial layihə çərçivəsində istifadəyə verilən “Poçtap” xidməti artıq 1 (2 mart 2017) ildən çoxdur ki, sənədini itirənləri sevindirir. “Poçtap” sayəsində itirilmiş sənədlər tapılaraq sahibinə qaytarılır.
ətraflı >>

10 May 2018 Heydər Əliyev-95 illik
“Azərpoçt” MMC-də milli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunan tədbir keçirilib.
ətraflı >>

9 May 2018 Bakıda beşinci "Şəbəkə" xidmət mərkəzi fəaliyyətə başladı
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi növbəti “Şəbəkə” xidmət mərkəzini istifadəyə verib. Yasamal rayonunda, Şərifzadə küçəsində yerləşən “Şəbəkə” xidmət mərkəzində bütün növ telekommunikasiya, poçt, bank və maliyyə əməliyyatları təşkil edilib.
ətraflı >>

4 May 2018 Nazir Ramin Quluzadə Ağdaşda vətəndaşlarla görüşdü
Bu gün nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin may ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Ağdaş şəhərində görüş keçirib.
ətraflı >>

2 May 2018 Nazir Ağdaşda vətəndaşlarla görüşəcək
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə 04.05.2018-ci il tarixində saat 15:00-da Ağdaş şəhərində Ağdaş, Kürdəmir, Ucar, Göyçay rayonlarının və Mingəçevir şəhərinin sakinlərinə göstərilən nəqliyyat, telekommunikasiya (o cümlədən, internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.
ətraflı >>

2 May 2018 Türkiyə poçtundan maraqlı aksiya
Türkiyənin Poçt və Teleqraf Təşkilatı (PTT) “Analar Günü”nə həsr olunmuş xüsusi məktub kampaniyası keçirəcək.
ətraflı >>

19 Apr 2018 Belarus milli poçt şəbəkəsinin operatoru olan “Belpoçt” 23-27 aprel 2018-ci il tarixləri arasında “E-commerce"- elektron ticarət təqdimat həftəsi keçirəcək
Elektron ticarət bütün dünyada olduğu kimi, Belarus dövlətinin də logistika mərkəzinə çevrilməsində böyük rol oynayır. Beynəlxalq elektron ticarət məhsullarının poçt vasitəsilə daşınma və çatdırılması baxımından ölkə üçün yeni imkanlar açır.
ətraflı >>

18 Apr 2018 Amerika Birləşmiş Ştatlarının Poçt Xidməti “ABŞ Aviapoçt” unun 100 illik yubileyini qeyd edəcək
Bu il Amerika Birləşmiş Ştatlarının Poçt Xidməti hava poçtunun 100 illiyinə həsr olunmuş iki “Forever” (Əbədi) tipli poçt markalarını nəşr edəcək. Markalardan biri mavi, digəri isə qırmızı rəngdə olacaq.
ətraflı >>

17 Apr 2018 Azərekspresspoçt ÜPİ tərəifndən mükafata layiq görüldü
İsveçrənin Bern şəhərində yerləşən Ümumdünya Poçt İttifaqında(ÜPİ) “EMS Kooperativinin 21-ci Ümumi Assambleyası” keçirilib. Azərbaycan da daxil olmaqla EMS Kooperativinə üzv olan Avropa ölkələri mərasimdə iştirak ediblər.
ətraflı >>

13 Apr 2018 Qazaxıstan poçtu 25 illik yubiley
Qazaxıstan poçtu 25 illik yubileyi şərəfinə "Gələcəyin poçtu" mövzusunda müsabiqə elan edib.
ətraflı >>

12 Apr 2018 Bakıda poçt göndərişləri üzərində gömrük nəzarəti mövzusunda seminar keçirilir
Bu gün Bakıda Avropa İttifaqının Texniki Yardım və İnformasiya Proqramı (TAIEX) çərçivəsində "Ümumdünya Poçt İttifaqı aktları ilə müşayiət olunan beynəlxalq poçt göndərişləri və daşıyıcı şirkətlər tərəfindən daşınan sürətli poçt göndərişləri üzərində gömrük nəzarəti" mövzusunda seminar öz işinə başlayıb.
ətraflı >>

30 Mar 2018 Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qobustanda vətəndaşlarla görüşüb
Bu gün Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin mart ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Qobustan şəhərində görüş keçirib.
ətraflı >>

29 Mar 2018 Nazir Qobustan şəhərində vətəndaşlarla görüşəcək
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə 30.03.2018-ci il tarixdə saat 11:30-da Qobustan şəhərində Qobustan, Şamaxı, Ağsu və İsmayıllı rayonlarının sakinlərinə göstərilən poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və nəqqliyyat, telekommunikasiya (o cümlədən, internet, televiziya və radio yayımı), bu sahələrdə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşlar vətəndaşları qəbul edəcək.
ətraflı >>

19 Mar 2018 "Azərpoçt" MMC vasitəsilə Novruz bayramına həsr olunmuş marka dövriyəyə buraxılıb
Bakıda Azərbaycan xalqının milli bayramı – Novruz münasibətilə keçirilən ümumxalq şənliyində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Azərmarka" MMC tərəfindən bayrama həsr olunmuş xüsusi stend təqdim olunub.
ətraflı >>

19 Mar 2018 Bayram günlərində əhali fasiləsiz poçt,rabitə və nəqliyyat xidmətləri ilə təmin ediləcək
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Novruz Bayramı günlərində əhalinin nəqliyyat, telekommunikasiya, o cümlədən telefon, internet, mobil rabitə, radio-televiziya yayımı və poçt xidmətləri ilə keyfiyyətli və dayanıqlı şəkildə təmin edilməsinə dair tabeli qurumlara, rabitə müəssisələrinə, həmçinin telekommunikasiya operatorlarına müvafiq tapşırıqlar verib.
ətraflı >>

5 Mar 2018 200-dən çox insan "Azərpoçt"un aksiyana qoşuldu
Bunu nəzərə alaraq, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Azərpoçt" MMC “8 Mart Beynəlxalq Qadınlar günü" münasibətilə məktub yazmaq aksiyası keçirib.
ətraflı >>

2 Mar 2018 “Poçtap” layihəsi çərçivəsində 747 sənəd tapıldı
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərpoçt” MMC tərəfindən reallaşdırılan sosial layihə çərçivəsində istifadəyə verilən “Poçtap” xidməti artıq 1 (2 mart 2017 ) ildir sənədini itirənləri sevindirir. Poçtap sayəsində itirilmiş sənədlər tapılaraq sahibinə qaytarılır.
ətraflı >>

1 Mar 2018 "Azərpoçt" MMC aksiya keçirəcək
“8 Mart Beynəlxalq Qadınlar günü" münasibətilə 3-4 mart tarixilərində saat 10.00-18.00 Park Bulvar ticarət mərkəzinin I mərtəbəsində NRYTN "Azərpoçt" MMC tərəfindən maraqlı bir aksiya keçiriləcək. “Sözləriniz ağ kağız ürəzində əbədi həyat qazansın! Siz yazın, biz mütləq çatdıracağıq!” şüarı ilə təşkil olunan tədbirin məqsədi məktub yazmaq ənənəsini yenidən gündəmə gətirməkdir.
ətraflı >>

16 fev 2018 “Azərpoçt”beynəlxalq epistolyar inşa müsabiqəsinə start verdi
Ümumdünya Poçt İttifaqı (ÜPİ) 47 ildir ki, təşkilata üzv ölkələrin poçt adminstrasiyaları ilə birgə ümümtəhsil məktəbliləri arasında epistolyar (məktub şəkilində yazı) inşa müsabiqəsi keçirir. Ölkəmizdə bu müsabiqə “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətivə Təhsil Nazirliyi ilə birgə təşkil edilir.
ətraflı >>

12 fev 2018 2017-ci ilin nəticələrinə görə “Şəbəkə Travel” turizim şirkəti kimi “Azeri Bussiness Award” mükafatına layiq görülüb.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə yaradılan “Şəbəkə Travel”in fəaliyyətə başlamasından 1 il ötür. Bütün növ poçt və telekommunikasiya xidmətlərinin göstərildiyi “Şəbəkə” mərkəzlərində turizim xidmətlərini təmin etmək üçün yaradılan “Şəbəkə Travel” müasir turizm standartlarına cavab verən çox profilli tur operatordur.
ətraflı >>

10 fev 2018 "Şəbəkə" xidmət mərkəzlərinin fəaliyyətə başlamasının 1 ili tamam olur
Bu gün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) təşəbbüsü ilə yaradılan "Şəbəkə" xidmət mərkəzlərinin istifadəyə verilməsindən 1 il ötür. Hazırda respublika üzrə 6 “Şəbəkə” xidmət mərkəzi fəaliyyət göstərir. Onlardan 4-ü paytaxt Bakıda, digər 2-si Cəlilabad və Zaqatala şəhərlərində yerləşir.
ətraflı >>

8 fev 2018 Azərpoçt 2017-ci ildə tranzit mərkəzdə HUB layihəsi çərçivəsində 4 milyon 343 mni 679 ədəd poçt həcmi emal edib
2016-cı ilin iyul ayından start götürən HUB layihəsi 2017-ci ildə də Azərbaycan Poçtunun ölkələrarası elektron kommersiyanın həyata keçirilməsi üçün regional tranzit poçt mərkəzi (HUB) kimi fəaliyyət göstərib.
ətraflı >>

1 fev 2018 “Azərpoçt”un yeni “Debit MasterCard” plastik kartları ilə edilən onlayn alış-veriş daha ucuz başa gələcək
“Azərpoçt” MMC ilk dəfə “Debit MasterCard” ödəniş kartlarının emissiyasına başlayıb. İlk etapda 20 min kartın personallaşdırılması nəzərdə tutulub.
ətraflı >>

26 Jan 2018 Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Xırdalanda vətəndaşlarla görüşüb
Bu gün nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Abşeron rayonunun inzibati mərkəzi Xırdalan şəhərində vətəndaşlar ilə görüşüb.
ətraflı >>

16 Jan 2018 2017-ci ildə ölkə ərazisinə daxil olan beynəlxalq poçt göndərişlərin sayı 876 min 509 ədəd təşkil edib.
Bu öncəki ilin müvafiq dövrü ilə müqayisədə 26,4% (183321 ədəd) çoxdur və bu göndərişlərin böyük əksəriyyəti elektron ticarət saytlarından sifariş olunan məhsullardır.
ətraflı >>

12 Jan 2018 Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturu
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli Fərmanı ilə TƏSDİQ EDİLMİŞDİR
ətraflı >>

29 Dec 2017 Qanvermə aksiyası keçirildi
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparatının, qurum və müəssisələrinin əməkdaşlarının iştirakı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilmiş qanvermə aksiyası keçirilib.
ətraflı >>

28 Dec 2017 Bayram günlərində əhali fasiləsiz poçt xidmətləri ilə təmin olunacaq
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı günlərində əhalinin nəqliyyat, telekommunikasiya, o cümlədən internet, mobil rabitə xidmətləri və radio-televiziya yayımı ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsinə dair tabeli qurumlara, rabitə birlik və müəssisələrinə, həmçinin telekommunikasiya operatorlarına müvafiq tapşırıqlar verib.
ətraflı >>

19 Dec 2017 Azərbaycandakı Amerika Ticarət Palatası işgüzar nahar təşkil edib
Dekabrın 19-da Azərbaycandakı Amerika Ticarət Palatası (AmCham Azərbaycan) “Hewlett Packard Enterprise” (HPE) şirkətinin dəstəyi ilə öz üzvləri üçün Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin iştirakı və nitqi ilə müşayiət olunan aylıq işgüzar nahar təşkil edib.
ətraflı >>

18 Dec 2017 Poçtda alınan və göndərilən bağlamalara görə nə qədər ödənməlidir? - Rəsmi qiymətlər
Mövcud qanunvericiliyə əsasən ölkəyə daxil olan və ölkədən çıxan hər bir gömrüklü poçt göndərişi çəkisindən, dəyərindən və ona gömrük rüsumunun tətbiq olunub-olunmamasından asılı olmayaraq beynəlxalq poçt işləmələri mərkəzində gömrük nəzarətindən keçirilir.
ətraflı >>

15 Dec 2017 Nazir Ramin Quluzadə Saylanda vətəndaşlarla görüşüb
Bu gün Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Salyan şəhərində vətəndaşlarla görüşüb.
ətraflı >>

11 Dec 2017 Zaqatalada “Şəbəkə” xidmət mərkəzi fəaliyyətə başladı
Ölkəmizdə telekommunikasiya infrastrukturunun müasirləşdirilməsi üzrə aparılan işlər çərçivəsində Zaqatala Telekommunikasiya Qovşağının inzibati və texnoloji binası əsaslı şəkildə yenidən qurularaq, ən müasir avadanlıqla təchiz olunub. Rekonstruksiya işləri başa çatdırılan bina artıq istifadəyə verilib.
ətraflı >>

6 Dec 2017 Azərbaycan Prezidenti İlham Əliyev “Bakutel-2017” sərgisi ilə tanış olub
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 6-da Bakı Ekspo Mərkəzində XXIII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisi - “Bakutel-2017” ilə tanış olublar.
ətraflı >>

6 Dec 2017 Dekabrın 6-da Azərbaycanda rabitə və yüksək texnologiyalar sahəsi işçilərinin peşə bayramıdır.
Peşə bayramı Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il 2 dekabr tarixli Sərəncamına müvafiq olaraq təsis edilib. O vaxtdan bütün respublikada rabitəçilər və informasiya texnologiyaları sahəsinin işçiləri dekabrın 6-da öz peşə bayramlarını qeyd edirlər.
ətraflı >>

6 Dec 2017 Prezident İlham Əliyev rabitə və yüksək texnologiyalar sahəsi işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
ətraflı >>

5 Dec 2017 TASİM layihəsinin reallaşdırılmasını intensivləşdirmək üçün memorandum imzalanacaq
Dekabrın 5-də “Bakutel-2017” XXIII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgi və konfransı çərçivəsində “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) layihəsi üzrə növbəti yüksək səviyyəli görüş keçirilib
ətraflı >>

5 Dec 2017 "Bakutel-2017" sərgisi başladı
Bakutel-2017\" Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisinə start verilib. Tədbirdə 20 ölkədən 192 şirkət iştirak edir. Sərginin ekspozisiyası çərçivəsində milli genişzolaqlı internet, 4G-5G mobil və optik lifli texnologiyalarla bağlı xidmətlər təklif olunur. Sərgi çərçivəsində TASIM layihəsi ilə bağlı görüş də keçirilib. Həmçinin, iqtisadi əməkdaşlıq təşkilatının informasiya və kommunikasiya texnologiyaları üzrə ikinci nazirlər toplantısı da baş tutub.
ətraflı >>

5 Dec 2017 XXIII Beynəlxalq “BakuTel–2017” telekommunikasiya və informasiya texnologiyaları sərgisi və konfransının iştirakçılarına
Hörmətli iştirakçılar! Sizi ölkəmizin paytaxtı Bakı şəhərində XXIII Beynəlxalq “BakuTel–2017” informasiya və kommunikasiya texnologiyaları sərgisi və konfransının öz işinə başlaması münasibətilə təbrik edir, hər birinizə gələcək fəaliyyətinizdə uğurlar arzulayıram.
ətraflı >>

4 Dec 2017 “Yüksək Texnologiyalar Həftəsi”nə start verildi
5-8 dekabr tarixlərində Bakı şəhərində 23-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları “Bakutel-2017” sərgi-konfransı keçiriləcək və beləliklə də “Yüksək Texnologiyalar Həftəsi”nə start veriləcək.
ətraflı >>

1 Dec 2017 Sənədini itirənlərin nəzərinə! - 614 itmiş sənəd tapılıb
"Azərpoçt" MMC-nin "Poçtap" sistemində 01.12.2017-ci il tarixinə qədər qəbul olunan sənədlərin ümumi sayı 614-dür. Bu sənədlərdən 195-i sahiblərinə qaytarılıb.
ətraflı >>

16 Nov 2017 Dörd yüz poçt şöbəsində təbii qazdan istifadəyə görə ödənişin qəbulu mümkündür
Azərbaycanda ən geniş xidmət şəbəkəsinə malik “Azərpoçt” MMC ənənəvi poçt xidmətləri ilə yanaşı, filial və şöbələrində valyuta əməliyyatları, kommunal ödənişlərin qəbulunu da həyata keçirir.
ətraflı >>

14 Nov 2017 Bu gün Yevlax şəhərində vətəndaşlarla görüş keçirilib.
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Yevlax şəhərində vətəndaşlarla görüşüb.
ətraflı >>

2 Nov 2017 PoçTap- axtaran tapar
31.10.2017-ci il tarixində “Təmiz Şəhər” ASC-dən Poçtap-a 29 sənəd təhvil verilib. Daxil olan sənədlərın kimə aid olduğunu bilməniz üçün siyahını təqdim edirik.Sənəd sahibləri 169 nömrəsi ilə əlaqə saxlayıb sənədlərini götürə bilərlər.
ətraflı >>

30 Oct 2017 Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinə həsr olunan Azərbaycan və Türkiyə birgə poçt markası buraxıldı.
“Azərpoçt” MMC-də Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin açılışı münasibətilə Azərbaycan və Türkiyənin birgə istehsal etdiyi poçt markasının imzalanma mərasimi keçirilib. Tədbirdə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Türkiyənin Poçt və Teleqraf Təşkilatının nümayəndələri iştirak edib.
ətraflı >>

23 Oct 2017 Vəsiqə, diplom itirənlərin nəzərinə! 481 itmiş sənəd tapılıb
"Azərpoçt" MMC-nin "Poçtap" sistemində 481 itmiş sənəd qeydə alınıb. Bu sənədlərdən 157-si sahiblərinə qaytarılıb.
ətraflı >>

20 Oct 2017 Dövlət sirri təşkil edən məlumatlar və qiymətli əşyaların olduğu poçt göndərişləri daha etibarlı daşınacaq
Dövlət sirri təşkil edən məlumatlar və qiymətli əşyaların olduğu poçt göndərişləri daha etibarlı daşınacaq
ətraflı >>

13 Oct 2017 Nazır Ramin Quluzadə Göyçay şəhərində vətəndaşlarla görüşüb.
Göyçay şəhərində Göyçay, Kürdəmir, Ucar, Ağdaş rayonlarının və Mingəçevir şəhərinin sakinləri ilə görüşdə vətəndaşların telekommunikasiya, internet, poçt xidmətləri, yol təmir-tikintisi, yeni marşrut xəttinin açılması, marşrut qrafiklərində dəyişiklik edilməsi, işə qəbul kimi məsələlərlə bağlı müraciətlərinə baxılıb, təkliflərini dinlənilib.
ətraflı >>

9 Oct 2017 Bü gün Poçt işçiləinin peşə bayramıdır!
Azərbaycanda poçt rabitəsi Səfəvilərin hakimiyyəti dövründə (XVI əsr) inkişaf etməyə başlayıb. Müasir formada poçtun yaranması isə XIX əsrin 1-ci qərinəsinə təsadüf edir. 1818-ci ildə Gəncə şəhərində ilk poçt kontoru açılıb.
ətraflı >>

28 Sep 2017 Azərbaycan “ITU Telecom World” sərgilərində fəal iştirakına görə təşəkkürnamə ilə təltif edilib
Koreya Respublikasının Busan şəhərində keçirilən Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) illik ənənəvi “ITU Telecom World 2017” beynəlxalq sərgi-konfransı başa çatıb. İnformasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində innovasiyaların sürətləndirilməsi üçün qlobal platforma rolunu oynayan “ITU Telecom World 2017”də Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin himayəsi ilə geniş nümayəndə heyəti ilə təmsil olunub.
ətraflı >>

21 Sep 2017 Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “ADA” Universiteti əməkdaşlıq haqda razılaşma imzalayıb.
Sənədin əsas məqsədi ADA-da informasiya texnologiyaları və mühəndislik sahəsində təhsil alan tələbələr üçün dəstəkləyici layihələr həyata keçirmək, İKT-nin tətbiqinin genişləndirilməsi üzrə birgə fəaliyyətlə məşğul olmaqdır.
ətraflı >>

8 Sep 2017 Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Tovuzda vətəndaşlarla görüşüb
Tovuz şəhərində Tovuz, Şəmkir, Gədəbəy, Ağstafa və Qazax sakinlərini qəbul edən nazir vətəndaşların poçt xidmətləri, telekommunikasiya, internet, yol təmir-tikintisi, yeni marşrut xəttinin açılması, marşrut qrafiklərində dəyişiklik edilməsi, işə qəbul kimi məsələlərlə bağlı müraciətlərinə baxıb, təkliflərini dinləyib.
ətraflı >>

2 Sep 2017 Cəlilabad Telekommunikasiya Qovşağının inzibati və texnoloji binasında əsaslı yenidənqurmadan sonra yaradılan şəraitlə tanışlıq
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Cəlilabad Telekommunikasiya Qovşağının əsaslı şəkildə yenidən qurulan inzibati və texnoloji binasında yaradılan şəraitlə tanış olub.
ətraflı >>

21 Aug 2017 Uşaqların IV Ümumrespublika Forumuna vəsiqə qazanan məktəblilərlə görüş keçirildi
Görüşdə uşaqların fəallığının artırılmasında belə görüşlərin əhəmiyyəti vurğulandı. Ölkəmizdə İKT sektorunda həyata keçirilən ən son yeniliklər, yüksək texnologiyalar sahəsi və kosmik sənaye barədə məlumat verildi.
ətraflı >>

22 Jul 2017 STEM Təhsil Mərkəzinin 7-14 yaş arası şagirdləri “Azərpoçt” MMC-nin Poçt Daşıma Mərkəzində ekskursiyada olublar
Pocht sahesinden temamile xebersiz azyashlilar PDM emekdashlarinin gergin ish rejimini chox maraqla qayshilayiblar. Cheshidleme otaqlarindaki boyuk ve kichik baglamalarin, mektublarin,banderollarin eslinde unvanlara chatdirilana qeder chox boyuk insan emeyi teleb etdiyini goren shagirdlerden bir nechesi hetta pochtalyon olmaq arzusundan da danishib
ətraflı >>

14 Jul 2017 Ölkəmizdə poçt markalarının çapını və yayımını təşkil edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərmarka” MMC-nin yaradılmasından 25 il ötür.
“Azərmarka” 14 iyul 1992-ci ildə yaradılıb. Amma Azərbaycanda markanın yaranma tarixi daha qədimdir. Ölkəmizdə ilk marka 1919-cu ildə çap edilib və Azərbaycan əsgərinə həsr olunub.
ətraflı >>

7 Jul 2017 Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Şəkidə bölgə vətəndaşlarını qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilir.
ətraflı >>

23 Jun 2017 Bayram günlərində əhali fasiləsiz poçt xidmətləri ilə təmin olunacaq
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Ramazan bayramı günlərində əhalinin poçt-maliyyə, nəqliyyat, telekommunikasiya, o cümlədən internet, mobil rabitə xidmətləri, radio-televiziya yayımı ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsinə dair tabeli qurumlara, rabitə birlik və müəssisələrinə, həmçinin telekommunikasiya operatorlarına müvafiq tapşırıqlar verib.
ətraflı >>



Alış Satış
1.9750 2.0050
1.6970 1.7010
0.0268 0.0272
GBP 2.2300 2.2800
SDR 1 SDR 2,3834