Bizimlə əlaqə: (012) 493-56-00
Bizimlə əlaqə: (012) 493-56-00 Az En
   Elektron xidmətlər
   İndeks və Ünvanların axtarışı
   Poçt göndərişlərinin izlənilməsi
   Məktub yazmaq
   Elektron Xidmətlər Portalı
   Elektron İmzası
   E-Ticarət
Xəbərlər
10 Jan 2013

Azərbaycanın Milli Poçt Operatoru -AzərpoçtMMC ÜPİ-nin qızıl səviyyəli keyfiyyət sertifikatına layiq görülmüşdür.

 193 ölkə ilə təmsil olunan Ümumdünya Poçt İttifaqı (ÜPİ) 2004-cü ildən başlayaraq üzv ölkələri arasında  göstərilən poçt xidmətlərinin müəyyən edilmiş standart və şərtlərə uyğunluğunu dəyərləndirmək məqsədi ilə keyfiyyətin idarə edilməsi üzrə sertifikatlaşma aparır. 2004-cü ildən 2012-ci ilə qədər bu sertifikatlaşmada cəmi 51 ölkənin milli poçt operatoru iştirak etmişdir.

Sertifikatlaşma prossesi 5 mərhələdə aparılır:

-1-ci mərhələdə iştirak etmək istəyən ölkə ÜPİ-nin Beynəlxalq bürosuna  rəsmi qaydada müraciət edir. Müraciətə 1-ci suallar toplusu əlavə olunur. ÜPİ verilmiş cavabları qiymətləndirir və cavablar minimum səviyyəyə cavab verirsə, müvafiq ölkə növbəti mərhələyə buraxlıır.

-2-ci mərhələdə ÜPİ namizəd ölkənin 6 ən böyük operator portnyorundan bu ölkə üzrə müvafiq yoxlamanın aparılmasını və xidmət keyfiyyətinə dair məlumatların təqdim edilməsini xahiş edir.

-3-cü mərhələdə əgər sertifikatlaşmanın ilkin səviyyəsinə nail olunubsa ÜPİ namizəd ölkəyə 2-ci suallar toplusuna cavab verməyi  təklif edir.

-4-cü mərhələdə ÜPİ namizəd ölkəyə eksperti ezamiyyə edir. Ekspert tərəfindən suallar toplusunun həqiqətə uyğunluğu yerində yoxlanılır, həmçinin beynəlxalq çeşidləmə mərkəzinin işi qiymətləndirilir.

-5-ci mərhələdə portnyor operatorlardan və ekspertdən daxil olmuş məlumatlar əsasında namizəd ölkənin keyfiyyət xidməti balla qiymətləndirilir. Bununla da namizəd ölkəyə yığılmış ballar əsasınd A (qızıl), B (gümüş),və ya C (bürünc) səviyyəli sertifikat verilir.

Azərbaycan Milli Poçt Operatoru-“Azərpoçt” MMC  2012-ci ilin may ayında ÜPİ-nin təşkil etdiyi keyfiyyətin idarə edilməsi üzrə sertifikatlaşmada iştirak etmək barədə həmin təşkilata rəsmi qaydada müraciət etmiş və yuxarıda göstərilən müvafiq  mərhələlərdən uğurla keçdikdən sonra 2012-ci ilin 29 oktyabr-03 noyabr tarixlərində ÜPİ-nin təyin etdiyi ekspert Azərbaycana ezam edilmişdir.

ÜPİ-nin eksperti tərəfindən “Azərpoçt” MMC-də audit yoxlaması keçirilmiş və Azərbaycan Milli poçtunun ÜPİ-nin keyfiyyətin idarə olunması üzrə müəyyən etdiyi tələb və şərtlərə tam cavab verdiyi  müəyyən edilmişdir.

Bu günlərdə ÜPİ-nin Beynəlxalq Bürosunun Baş direktorunun imzası ilə “Azərpoçt”MMC-yə daxil olan məktuba əsasən bu təşkilatın Keyfiyyətin Yaxşılaşdırılması Komitəsi tərəfindən audit yoxlamasının nəticələri təsdiqlənmiş və “Azərpoçt”MMC qızıl səviyyəli sertifikata layiq görülmüşdür.

Bu sertifikatın Azərbaycan nümayəndəsinə rəsmi qaydada təqdim olunması ÜPİ-nin cari ilin aprel ayında keçirilməsi nəzərdə tutulan yaz sessiyasında həyata keçiriləcəkdir.







14 Mar 2017 "PoçTap" sosial layihəsi çərçivəsində əməkdaşlıq memorandumu imzalanıb
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Azərpoçt" MMC-nin reallaşdırdığı itirilmiş sənədlərin tapılaraq sahibinə qaytarılmasına xidmət edən "PoçTap" sosial layihəsi çərçivəsində əməkdaşlıq haqqında memorandum imzalanıb.
ətraflı >>

2 Mar 2017 İtirilmiş sənədlərin tapılaraq sahibinə qaytarılması üzrə PoçTap xidməti istifadəyə verildi
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərpoçt MMC tərəfindən reallaşdırılan yeni sosial layihə çərçivəsində PoçTap xidməti istifadəyə verilib. PoçTap itirilmiş sənədlərin tapılaraq sahibinə qaytarılmasına xidmət edir.
ətraflı >>

13 fev 2017 Azərbaycan Prezidentinin Sərəncamı ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradılıb
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması haqqında Sərəncam imzalayıb. Dövlətimizin başçısının digər Sərəncamı ilə Ramin Quluzadə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilib.
ətraflı >>

10 fev 2017 İlham Əliyev Bakıdakı 1 saylı poçt filialında yeni xidmət mərkəzinin açılışında iştirak edib
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əsaslı şəkildə yenidən qurulan 1 saylı poçt filialının yeni xidmət mərkəzinin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər.
ətraflı >>

25 Jan 2017 Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yeni elektron xidmət istifadəyə verdi
Elektron hökumət portalında 36 xidməti ilə təmsil olunan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Poçt ünvanları - interaktiv xəritə adlı daha bir elektron xidməti portala inteqrasiya olundu.
ətraflı >>

16 Dec 2016 Azərbaycanda telefon rabitəsinin yaradılmasının 135 illiyi ilə əlaqədar keçirilən müsabiqə və yarışların qalibləri mükafatlandırılıb
Bu gün Rabitə və Yüksək Texnologiyalar Nazirliyində rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı Azərbaycanda telefon rabitəsinin yaradılmasının 135 illiyi ilə əlaqədar keçirilən müsabiqə və yarışların qaliblərinin təltifetmə mərasimi keçirilib.
ətraflı >>

1 Dec 2016 Prezident İlham Əliyev Bakutel 2016 sərgisi ilə tanış olub
Noyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva XXII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisi - \"Bakutel-2016\" ilə tanış olublar.
ətraflı >>

5 Nov 2016 Azərpoçtda yeni xidmət
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərpoçt MMC yeni sosial layihəyə başlayır.
ətraflı >>

25 Oct 2016 Rabitə və Yüksək Texnologiyalar Nazirliyində 9 ayın yekunlarına dair müşavirə keçirilib
Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) cari ilin 9 ayının yekunlarına dair müşavirə keçirilib. İclasda Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, nazir müavinləri, müşavirlər, şöbə müdirləri, tabeli qurum və müəssisələrin rəhbərləri iştirak edib, bir çox qurumlarla canlı videokonfrans əlaqəsi yaradılıb.
ətraflı >>

10 Oct 2016 Azərbaycan Ümumdünya Poçt İttifaqının ali orqanına üzv seçildi
Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Ümumdünya Poçt İttifaqının İstanbulda keçirilən 26-cı Konqresi çərçivəsində təşkil olunan Nazirlər Konfransında iştirak edib.
ətraflı >>



Alış Satış
1.8100 1.8650
1.6800 1.7220
0.0288 0.0298
GBP 2.0600 2.1500
SDR 1 SDR 2,3327