Bizimlə əlaqə: (012) 493-56-00
Bizimlə əlaqə: (012) 493-56-00 Az En
   Elektron xidmətlər
   İndeks və Ünvanların axtarışı
   Poçt göndərişlərinin izlənilməsi
   Məktub yazmaq
   Elektron Xidmətlər Portalı
   Elektron İmzası
   E-Ticarət
Xəbərlər
15 Jan 2014

Ümumdünya Poçt İttifaqı 2014-cü ildə 140 illik yubileyini qeyd edəcək

 2014-cü ildə Ümumdünya Poçt İttifaqı (ÜPİ) 140 illik yubileyini qeyd edəcək. ÜPİ-nin XIV konqresinin qərarı ilə 1874-cü ildə  İsveçrənin paytaxtı Berndə ittifaqın yaranması günü  - oktyabrın 9-u hər il bütün dünyada poçt sahəsi işçilərinin peşə bayramı - Ümumdünya Poçt Günü kimi qeyd edilir və bu tarix 1969-cu ildə Yaponiyanın Tokio şəhərində keçirilən ÜPİ-nin konqresində elan edilib.
 
 
Poçt sahəsinin iqtisadi inkişafda mühüm rolunu bir daha gündəmə gətirən bu bayram hər il dünyanın 150-dən artıq ölkəsi tərəfindən müxtəlif formalarda qeyd edilir. Bu beynəlxalq bayramda bir çox poçtlar yeni məhsul və xidmətləri təqdim və ya təşviq edirlər. Bəzi poçtlar isə həmin gündə işçilərini yaxşı xidmətlərinə görə mükafatlandırırlar.
 
 
Bir çox ölkələrdə qədim və yeni markalardan ibarət filatelist sərgilər təşkil olunur. Bir çox poçt administrasiyaları isə belə bir gündə beynəlxalq poçt bayramını əks etdirən köynəklər və döş nişanları kimi xüsusi suvenirlər hazırlayırlar. Həmçinin təqvimin beynəlmiləl günündə poçt şöbələri tərəfindən ictimai yerlərdə xüsusi plakatlar quraşdırılır, poçt mərkəzlərində "Açıq qapı" günü, konfrans, seminar və digər tədbirlər təşkil edilir.
 
 
Bu münasibətlə hər il "Azərpoçt" MMC tərəfindən də bir sıra tədbirlər həyata keçirilir. Belə ki, Ümumdünya Poçt İttifaqının yaranma gününü tarixiləşdirən xüsusi təqvim ştempelləri hazırlanır, poçt markalarından ibarət sərgi təşkil edilir, yeni poçt şöbələri istifadəyə verilir və s.







14 Mar 2017 "PoçTap" sosial layihəsi çərçivəsində əməkdaşlıq memorandumu imzalanıb
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Azərpoçt" MMC-nin reallaşdırdığı itirilmiş sənədlərin tapılaraq sahibinə qaytarılmasına xidmət edən "PoçTap" sosial layihəsi çərçivəsində əməkdaşlıq haqqında memorandum imzalanıb.
ətraflı >>

2 Mar 2017 İtirilmiş sənədlərin tapılaraq sahibinə qaytarılması üzrə PoçTap xidməti istifadəyə verildi
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərpoçt MMC tərəfindən reallaşdırılan yeni sosial layihə çərçivəsində PoçTap xidməti istifadəyə verilib. PoçTap itirilmiş sənədlərin tapılaraq sahibinə qaytarılmasına xidmət edir.
ətraflı >>

13 fev 2017 Azərbaycan Prezidentinin Sərəncamı ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradılıb
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması haqqında Sərəncam imzalayıb. Dövlətimizin başçısının digər Sərəncamı ilə Ramin Quluzadə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilib.
ətraflı >>

10 fev 2017 İlham Əliyev Bakıdakı 1 saylı poçt filialında yeni xidmət mərkəzinin açılışında iştirak edib
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əsaslı şəkildə yenidən qurulan 1 saylı poçt filialının yeni xidmət mərkəzinin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər.
ətraflı >>

25 Jan 2017 Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yeni elektron xidmət istifadəyə verdi
Elektron hökumət portalında 36 xidməti ilə təmsil olunan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Poçt ünvanları - interaktiv xəritə adlı daha bir elektron xidməti portala inteqrasiya olundu.
ətraflı >>

16 Dec 2016 Azərbaycanda telefon rabitəsinin yaradılmasının 135 illiyi ilə əlaqədar keçirilən müsabiqə və yarışların qalibləri mükafatlandırılıb
Bu gün Rabitə və Yüksək Texnologiyalar Nazirliyində rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı Azərbaycanda telefon rabitəsinin yaradılmasının 135 illiyi ilə əlaqədar keçirilən müsabiqə və yarışların qaliblərinin təltifetmə mərasimi keçirilib.
ətraflı >>

1 Dec 2016 Prezident İlham Əliyev Bakutel 2016 sərgisi ilə tanış olub
Noyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva XXII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisi - \"Bakutel-2016\" ilə tanış olublar.
ətraflı >>

5 Nov 2016 Azərpoçtda yeni xidmət
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərpoçt MMC yeni sosial layihəyə başlayır.
ətraflı >>

25 Oct 2016 Rabitə və Yüksək Texnologiyalar Nazirliyində 9 ayın yekunlarına dair müşavirə keçirilib
Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) cari ilin 9 ayının yekunlarına dair müşavirə keçirilib. İclasda Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, nazir müavinləri, müşavirlər, şöbə müdirləri, tabeli qurum və müəssisələrin rəhbərləri iştirak edib, bir çox qurumlarla canlı videokonfrans əlaqəsi yaradılıb.
ətraflı >>

10 Oct 2016 Azərbaycan Ümumdünya Poçt İttifaqının ali orqanına üzv seçildi
Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Ümumdünya Poçt İttifaqının İstanbulda keçirilən 26-cı Konqresi çərçivəsində təşkil olunan Nazirlər Konfransında iştirak edib.
ətraflı >>



Alış Satış
1.8100 1.8650
1.6800 1.7220
0.0288 0.0298
GBP 2.0600 2.1500
SDR 1 SDR 2,3327