Bizimlə əlaqə: (012) 493-56-00
Bizimlə əlaqə: (012) 493-56-00 Az En
   Elektron xidmətlər
   İndeks və Ünvanların axtarışı
   Poçt göndərişlərinin izlənilməsi
   Məktub yazmaq
   Elektron Xidmətlər Portalı
   Elektron İmzası
   E-Ticarət
Xəbərlər
12 fev 2014

Şahbuz Rayon Rabitə İdarəsinin yeni binası istifadəyə verilib

 Fevralın 11-də Şahbuz Rayon Rabitə İdarəsinin yeni binası və Yeni Nəsil Texnologiyalı Avtomat Telefon Stansiyası istifadəyə verilib.

Ali Məclisin Sədri Vasif Talıbov və Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov açılış mərasimində iştirak ediblər.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının rabitə və informasiya texnologiyaları naziri Rövşən Məmmədov bildirib ki, son illər muxtar respublikada rabitə və informasiya texnologiyaları sahəsində mühüm tədbirlər həyata keçirilmiş, informasiya-kommunikasiya texnologiyalarının inkişafı yeni mərhələyə yüksəlib. Hazırda muxtar respublikada bu sahədə beynəlxalq təcrübəyə və qabaqcıl texnologiyalara əsaslanan fəaliyyət sayəsində müsbət nəticələr əldə edilmiş, ən müasir standartlara uyğun telekommunikasiya infrastrukturu formalaşıb.


Şahbuz rayonunda Rabitə İdarəsinin yeni binasının və Yeni Nəsil Texnologiyalı Avtomat Telefon Stansiyasının istifadəyə verilməsi nəticəsində rayonda 3500-dən artıq abonentə müasir tələblər səviyyəsində telekommunikasiya xidmətləri göstəriləcək. Ali Məclisin Sədri bildirib ki, ölkəmizdə informasiya texnologiyalarının inkişafı sahəsində görülən işlər Naxçıvan Muxtar Respublikasını da əhatə edib. “Bu gün blokada şəraitində yaşayan muxtar respublikada telekommunikasiya sahəsində ən müasir sistemlər tətbiq olunur. 


Sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov, Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov və Çin Xalq Respublikasının Huawei şirkətinin Mərkəzi Asiya, Qafqaz və Türkiyə regionları üzrə prezidenti Sun Ming binanın rəmzi açılışını bildirən lenti kəsiblər.

İki mərtəbədən ibarət olan binada ən müasir rabitə və poçt avadanlıqları quraşdırılıb, ATS, poçt, mühasibatlıq, mühəndis otaqları və elektron köşk istifadəyə verilib. İş otaqlarında rabitəçilərin normal fəaliyyəti, əhaliyə nümunəvi xidmət göstərilməsi üçün hər cür şərait yaradılıb.

 Hazırda Şahbuz rayonu üzrə 19 avtomat telefon stansiyası və 17 poçt bölməsi fəaliyyət göstərir. Şahbuz və Babək rayonlarını əhatə edən Yeni Nəsil Telekommunikasiya Sistemi abunəçilərə telefon, videotelefon, İP televiziya, genişzolaqlı internet və çox sayda əlavə xidmətlərin göstərilməsinə imkan verəcəkdir.

Binada “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin Şahbuz rayon filialı üçün də əlverişli iş və xidmət şəraiti yaradılıb. Burada teleqramların, məktub və baratların, bağlamaların qəbul edilib ünvanlara yola salınması, qəzet və jurnalların çeşidlənib abunəçilərə çatdırılması, kommunal xidmət haqlarının yığılması və digər bank-maliyyə xidmətlərinin göstərilməsi təmin edilib.


 







16 Jan 2018 2017-ci ildə ölkə ərazisinə daxil olan beynəlxalq poçt göndərişlərin sayı 876 min 509 ədəd təşkil edib.
Bu öncəki ilin müvafiq dövrü ilə müqayisədə 26,4% (183321 ədəd) çoxdur və bu göndərişlərin böyük əksəriyyəti elektron ticarət saytlarından sifariş olunan məhsullardır.
ətraflı >>

12 Jan 2018 Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturu
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli Fərmanı ilə TƏSDİQ EDİLMİŞDİR
ətraflı >>

29 Dec 2017 Qanvermə aksiyası keçirildi
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparatının, qurum və müəssisələrinin əməkdaşlarının iştirakı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilmiş qanvermə aksiyası keçirilib.
ətraflı >>

28 Dec 2017 Bayram günlərində əhali fasiləsiz poçt xidmətləri ilə təmin olunacaq
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı günlərində əhalinin nəqliyyat, telekommunikasiya, o cümlədən internet, mobil rabitə xidmətləri və radio-televiziya yayımı ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsinə dair tabeli qurumlara, rabitə birlik və müəssisələrinə, həmçinin telekommunikasiya operatorlarına müvafiq tapşırıqlar verib.
ətraflı >>

19 Dec 2017 Azərbaycandakı Amerika Ticarət Palatası işgüzar nahar təşkil edib
Dekabrın 19-da Azərbaycandakı Amerika Ticarət Palatası (AmCham Azərbaycan) Hewlett Packard Enterprise (HPE) şirkətinin dəstəyi ilə öz üzvləri üçün Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin iştirakı və nitqi ilə müşayiət olunan aylıq işgüzar nahar təşkil edib.
ətraflı >>

18 Dec 2017 Poçtda alınan və göndərilən bağlamalara görə nə qədər ödənməlidir? - Rəsmi qiymətlər
Mövcud qanunvericiliyə əsasən ölkəyə daxil olan və ölkədən çıxan hər bir gömrüklü poçt göndərişi çəkisindən, dəyərindən və ona gömrük rüsumunun tətbiq olunub-olunmamasından asılı olmayaraq beynəlxalq poçt işləmələri mərkəzində gömrük nəzarətindən keçirilir.
ətraflı >>

15 Dec 2017 Nazir Ramin Quluzadə Saylanda vətəndaşlarla görüşüb
Bu gün Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Salyan şəhərində vətəndaşlarla görüşüb.
ətraflı >>

11 Dec 2017 Zaqatalada Şəbəkə xidmət mərkəzi fəaliyyətə başladı
Ölkəmizdə telekommunikasiya infrastrukturunun müasirləşdirilməsi üzrə aparılan işlər çərçivəsində Zaqatala Telekommunikasiya Qovşağının inzibati və texnoloji binası əsaslı şəkildə yenidən qurularaq, ən müasir avadanlıqla təchiz olunub. Rekonstruksiya işləri başa çatdırılan bina artıq istifadəyə verilib.
ətraflı >>

6 Dec 2017 Azərbaycan Prezidenti İlham Əliyev Bakutel-2017 sərgisi ilə tanış olub
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 6-da Bakı Ekspo Mərkəzində XXIII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisi - Bakutel-2017 ilə tanış olublar.
ətraflı >>

6 Dec 2017 Dekabrın 6-da Azərbaycanda rabitə və yüksək texnologiyalar sahəsi işçilərinin peşə bayramıdır.
Peşə bayramı Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il 2 dekabr tarixli Sərəncamına müvafiq olaraq təsis edilib. O vaxtdan bütün respublikada rabitəçilər və informasiya texnologiyaları sahəsinin işçiləri dekabrın 6-da öz peşə bayramlarını qeyd edirlər.
ətraflı >>



Alış Satış
2.0650 2.1000
1.6950 1.7015
0.0295 0.0302
GBP 2.3450 2.3950
SDR 1 SDR 2,4491