Bizimlə əlaqə: (012) 493-56-00
Bizimlə əlaqə: (012) 493-56-00 Az En
   Elektron xidmətlər
   İndeks və Ünvanların axtarışı
   Poçt göndərişlərinin izlənilməsi
   Məktub yazmaq
   Elektron Xidmətlər Portalı
   Elektron İmzası
   E-Ticarət
Xəbərlər
26 fev 2014

XOCALI SOYQIRIMI

 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi (Stepanakert) şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini zəbt etdilər. Hücumdan əvvəl, fevralın 25-i axşam çağından şəhər toplardan və ağır zirehli texnikadan şiddətli atəşə tutulmağa başlamışdır. Nəticədə şəhərdə yanğınlar baş vermiş və fevralın 26-ı səhər saat 5 radələrində şəhər tam alova bürünmüşdür. Belə bir vəziyyətdə, erməni əhatəsində olan şəhərdə qalmış təqribən 2500 nəfər əhali yaxınlıqdakı azərbaycanlılar məskunlaşmış Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etməyə məcbur olmuşdur. Ancaq bu niyyət baş tutmadı. Şəhəri yerlə yeksan etmiş erməni silahlı dəstələri və motoatıcı alayın hərbiçiləri dinc əhaliyə divan tutdular.

Bu qırğının nəticəsində 613 nəfər həlak olmuşdur, onlardan:
uşaqlar - 63 nəfər; 
qadınlar - 106 nəfər; 
qocalar - 70 nəfər 8 ailə tamamilə məhv edilmişdir; 
25 uşaq hər iki valideyninin itirmişdir; 
130 uşaq valideynlərindən birini itirmişdir; 

487 nəfər yaralanmışdır, onlardan: 
uşaqlar - 76 nəfər;
1275 nəfər əsir götürülmüşdür: 
150 nəfər İtkin düşmüşdür: 
Dövlətin və əhalinin əmlakına 01.04.1992-ci il tarixinə olan qiymətlərlə 5 mld.rub dəyərində ziyan vurulmuşdur: 

Bu rəqəmlər Ermənistan SSR-in dəstəyi və SSRİ rəhbərliyinin səhlənkarlığı ilə 1988-ci ildə başlamış və Azərbaycan SSR-in tərkib hissəsi olan Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi iddiasının gerçəkləşdirilməsi əsasında yaranmış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən dəhşətli, qanlı faciəsindən xəbər verir.

Xocalı 1991-cı ilin oktyabrından blokadada idi. Oktyabrın 30-da avtomobil əlaqəsi kəsilmiş və yeganə nəqliyyat vasitəsi vertolyot qalmışdı. Xocalıya sonuncu vertolyot 1992-ci il yanvarın 28-də gəlmişdi.Şuşa şəhərinin səmasında mülki vertolyotun vurulması və nəticədə 40 nəfərin həlakından sonra isə bu əlaqə də kəsilmişdi. Yanvarın 2-dən şəhərə elektrik verilmirdi. Şəhər ancaq əhalinin qəhrəmanlığı və müdafiəçilərin cəsurluğu sayəsində yaşayır və müdafiə olunurdu. Şəhərin müdafiəsi əsasən atıcı silahlarla silahlanmış yerli özünümüdafiə dəstəsi, milis və Milli Ordunun döyüşçülərindən   təşkil olunmuşdu.

Fevralın ikinci yarısından başlayaraq Xocalı erməni silahlı dəstələrinin mühasirəsinə alınmışdı və hər gün toplardan, ağır texnikadan atəşlərə, erməni dəstələrinin həmlələrinə məruz qalırdı.

Xocalıya hücuma hazırlıq fevralın 25-də axşam 366-ci alayın hərbi texnikasının döyüş mövqelərinə çıxması ilə başlanılmışdı. Şəhərə hücum toplardan, tanklardan, "Alazan" tipli zenit toplardan 2 saatlıq atəşdən sonra başlandı. Xocalıya üç istiqamətdən hücum aparıldığından əhali Əskəran istiqamətində qaçmağa məcbur olmuşdu. Tezliklə aydın olmuşdur ki, bu məkrli hiylə imiş. Naxçıvanik kəndi yaxınlığında əhalinin qarğısı erməni silahlı dəstələri tərəfindən kəsilmiş və onlar gülləborana tutulmuşlar. Qarlı aşırımlarda və meşələrdə zəifləmiş, taqətdən düşmüş insanların çox hissəsi məhz Əsgəran-Naxçevanik düzündə erməni silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla məhv edilmişdir.

Bu hadisələr regiona İran İslam Respublikasının xarici işlər naziri Əli Əkbər Vilayətinin vasitəçilik missiyası ilə səfəri günlərinə təsadüf etmişdir. O, fevralın 25-də Azərbaycanın hakimiyyət rəhbərləri ilə görüşmüş və fevralın 27-də Qarabağa, sonra isə Ermənistana səfər planlaşdırırdı. bununla əlaqədar olaraq tərəflərin razılığı ilə fevralın 27-dən martın 1-dək üçgünlük atəşkəs elan edilmişdi. Ermənilər ona məhəl qoymadılar və vədlərinə xilaf çıxdılar.

Oxşar vəziyyət fevralın 12-də Avropada Təhlükəsizlik və Əməkdaşlıq Şurasının missiyasının vəziyyətlə tanışlıq və münaqişənin tənzimlənməsi məsələlərinin təhlili məqsədilə Qarabağa gəldiyi zaman da baş vermişdi. Missiya sonra Yerevana və Bakıya səfər etməli idi. Məhz fevralın 12-də erməni silahlı dəstələri tərəfindən Şuşanın Malıbəyli və Quşçular kəndləri qarət edilmiş və yandırılmışdır, təkcə Malıbəylidə 50 nəfər öldürülmüş, yaralnmış və əsir götürülmüşdür.

Həmin günlərdə Azərbaycan qüvvələri Xocalı sakinlərinin köməyinə çata bilmədi, hətta meyidlərin götürülməsi belə mümkün olmadı. Bu zaman isə ermənilər vertolyotlarla, ağ geyimli xüsusi qruplarla meşələrdə gizlənmiş insanların axtarışını aparır, aşkar edilənləri əsir götürür, işgəncələrə məruz qoyurdular.

Fevralın 28-də tərkibində yerli jurnalistlərdə olan qrup 2 vertolyotla azərbaycanlıların həlak olduqları yerə çata bildilər. Gördükləri mənzərə hamını dəhşətə gətirdi - düzənlik cəsədlərlə dolu idi. İkinci vertolyotun havadan mühafizəsinə baxmayaraq, ermənilər güclü atəşi altında ancaq 4 meyidi götürmək mümkün oldu. Martın 1-də yerli və xarici jurnalistlərin iştirakı ilə hadisə yerində daha da dəhşətli vəziyyət müşahidə olunmuşdur. Meyidlərin skalplarının götürülməsi, qulaqlarının və digər orqanlarının kəsilməsi, gözlərin çıxardılması, ətrafların kəsilməsi, çoxsaylı bıçaq və güllə yaraları, ağır texnika ilə əzilmələr, yandırılma halları aşkar edilmişdir.

Azərbaycan Milli Məclisi (Parlamenti) hər il fevralın 26-nı "Xocalı soyqırımı günü" elan etmişdir. Hər il fevralın 26-da saat 17.00-da Azərbaycan xalqı Xocalı soyqırımının qurbanlarının xatirəsini yad edir.

Doğma yurdlarında didərgin düşmüş və Azərbaycanın 48 rayonuna səpələnmiş Xocalı sakinləri Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, Ermənistanın Azərbaycana qarşı təcavüzünün dəf edilməsi, ölkənin ərazi bütövlüyünü bərpa edilməsi ümidi ilə yaşayırlar. Onlar dünya xalqlarına, dövlətlərinə, beynəlxalq təşkilatlara haqq-ədaləti və həqiqəti müdafiə etmək, Xocalıda törədilmiş terrorizm, etnik təmizləmə faktlarını pisləmək barədə müraciətlər edirlər.

Xocalı soyqırımının günahkarları, təşkilatçıları və icraçıları layiqli cəzalarına çatmalıdırlar. Cinayət cəzasız qala bilməz. Təəssüf ki, XX əsrdə genosid və etnik təmizləmə hadisələri baş vermiş tarixi səhifələr olmuşdur. Xocalı faciəsi onların sırasında ən dəhşətlilərinə aiddir. Hal-hazırda, bu hadisələrdə hər hansı şəkildə iştirakı olmuş şəxslər hələlik öz vicdanları qarşısında cavabdehdirlər, ancaq vaxt gələcəkdir ki, onlar tarixin məhkəməsi qarşısında cavab verməli olacaqlar. 

Tarix heç nəyi unutmur.








16 Nov 2018 Belarusun Böyük Tarixi Atlası
Belarus Respublikasının İnformasiya və Texnologiyalar Nazirliyi dörd cilddə olan Belarusun Böyük Tarixi Atlasının dərcinə həsr olunan, 21 Noyabr 2018-ci ildə xüsusi xatirə tədbirində istifadə olunacaq xatirə ştempelli buraxacaq.
ətraflı >>

16 Nov 2018 Nazir Ramin Quluzadə Bərdədə vətəndaşlarla görüşüb
Azərbaycan Respublikası Prezidentinin tapşırıq və tövsiyələrinə uyğun olaraq Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Bərdə şəhərində vətəndaşlarla görüşüb.
ətraflı >>

15 Nov 2018 Bakutel-2018 sərgisinin ziyarətçiləri lotereya qalibi olacaq
Bakı Expo Mərkəzinin sərgi zalında təşkil olunan xüsusi guşədə məhz Bakutel sərgisinin ziyarətçiləri üçün lotereya oyunu keçiriləcək. Azərlotereya ASC tərəfindən təşkil olunacaq lotereyanın oyun qaydalarına əsasən, biletlər oyunda iştirak üçün qeydiyyata alınacaq.
ətraflı >>

14 Nov 2018 Kiyevski kotlet markalarda
Ukrayna poçtu Milli yeməklər seriyasından Kiyevsayağı kotlet markasını dövriyyəyə buraxıb. 140 min tirajla dərc olunan nüsxənin nominalı 7 qrivni, yəni 0.43 Azn-dir.
ətraflı >>

13 Nov 2018 Azərbaycan və Belarus birgə marka dövriyyəyə buraxacaq
Belarus Respublikası Rabitə və İnformasiyalaşdırma Nazirliyi 2018-ci il noyabrın 19-da Azərbaycan və Belarus arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə poçt markasını dövriyyəyə buraxacaq.
ətraflı >>

13 Nov 2018 Nazir Bərdədə vətəndaşlarla görüşəcək
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə 16.11.2018-ci il tarixində saat 12:30-da Bərdə şəhərində Bərdə, Yevlax, Tərtər və Ağdam rayonlarının sakinlərinə göstərilən nəqliyyat, telekommunikasiya (o cümlədən, internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.
ətraflı >>

12 Nov 2018 Müstəqillik qəhrəmanları poçt markalarında
Polşa poçtu 11 noyabr 2018-ci ildə Polşanın müstəqilliyinin bərpasının 100 illiyi adı altında poçt məhsulu dövriyyəyə buraxıb. Poçt məhsulu səkkiz markadan ibarətdir və hər bir markanın tirajı 180 min nüsxə təşkil edir.
ətraflı >>

12 Nov 2018 1 Poçt Şöbəsi və 2 Poçt Agentliyi açılaraq müştərilərin istifadəsinə verilib
Azərpoçt MMC 2018-ci ilin 9 ayı üzrə tarif gəliri proqnozunu 105% icra edib. Belə ki, 2018-ci ilin 9 ayı üzrə təyin olunmuş tarif gəliri proqnoz tapşırıqları yerinə yetirilib, nəzərdə tutulan proqnozdan keçən ilin müvafiq dövrü ilə müqayisədə yəni 4.8% artıq gəlir əldə edilib.
ətraflı >>

7 Nov 2018 Poçt bağlamalarını robotlar daşıyacaq
Norveçin poçt operatoru robot poçtalyonlar hazırlayan "Buddy Mobility" startapı ilə əməkdaşlıq müqaviləsi imzalayıb.
ətraflı >>

6 Nov 2018 Arxeologiya silsiləsindən olan şahmat fiqurları markalarda
Noyabrın 12-də Belarus Respublikası Rabitə və İnformasiya Nazirliyi "Arxeologiya" seriyasından iki poçt markasını dövriyyəyə buraxacaq.
ətraflı >>



Alış Satış
1.9150 1.9500
1.6980 1.7015
0.0251 0.0258
GBP 2.1500 2.2000
SDR 1 SDR 2,3499