Bizimlə əlaqə: (012) 493-56-00
Bizimlə əlaqə: (012) 493-56-00 Az En
   Elektron xidmətlər
   İndeks və Ünvanların axtarışı
   Poçt göndərişlərinin izlənilməsi
   Məktub yazmaq
   Elektron Xidmətlər Portalı
   Elektron İmzası
   E-Ticarət
Xəbərlər
19 Mar 2014

Yeni Yasamal massivində yeni inşa edilən poçt filialının inzibati binasının açılışı olub.

 Bu gün Bakının Yeni Yasamal yaşayış massivində 2 saylı poçt filialının yeni inşa edilən inzibati binasının açılışı olub.

Tədbirdə filialın rəisi Yaşar Seyidov bildirib ki, son illərdə Azərbaycan poçtu böyük sürətlə inkişaf etməkdədir. Ölkənin poçt sektoruna dövlət tərəfindən böyük diqqət göstərildiyini xatırladan Y.Seyidov qeyd edib ki, bu poçt şöbəsi Prezident İlham Əliyevin Bakı və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi  inkişafı ilə bağlı tapşırığına əsasən inşa edilib.

Binanın 900 kvadrat metr sahədən ibarət olduğunu qeyd edən filial rəisi burada ənənəvi poçt xidmətləri ilə yanaşı, bank xidmətlərinin də göstəriləcəyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

“Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayev bildirib ki, ölkəmiz poçt sahəsində əldə etdiyi nailiyyətlərə görə beynəlxalq aləmdə ön sıralarda yer alır. O qeyd edib ki, hər il Azərbaycan poçtu UPI  tərəfindən mükafatlandırılır:

“Son illər ölkədə bu sahədə külli dəyişikliklər başladı və inkişaf istiqamətinə qədəm qoyub. Çox qısa bir zamanda durğunluq dövrünü yaşayan poçt sahəsi yenidən özünün inkişaf mərhələsinə start verib. Göstərdiyimiz xidmətlərin səviyyəsi dünyanın ən böyük ölkələri ilə müqayisə olunucaq seviyyede inkişaf etmişdir”.

Ölkənin bütün bölgələrində olduğu kimi, Yasamal rayonunda da bir neçə poçt filialı üçün binanın inşa edilərək istifadəyə verildiyini vurğulayan Q.Bəybalayev bu fəaliyyətin davam etdiriləcəyini bildirib.

Sonra çıxış edən Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev Yeni Yasamal massivində poçt filialının açılmasına ehtiyac olduğunu bildirib.Bundan sonra sözügedən ərazidə məskunlaşan əhalinin poçt xidmətlərindən istifadə etməsində çətinlik olmayacağını vurğulayan icra başçısı filialda bütün xidmətlərin göstərilməsinin Azərbaycan poçtunun uğuru olduğunu qeyd edib:

“Bu gün bizim poçtumuz istənilən əməliyyatı həyata keçirməyə qadirdir. Bura pulköçürmələri, bank əməliyyatları ilə yanaşı,  digər ənənəvi xidmətlər daxildir”.
 







19 Apr 2018 Belarus milli poçt şəbəkəsinin operatoru olan Belpoçt 23-27 aprel 2018-ci il tarixləri arasında E-commerce"- elektron ticarət təqdimat həftəsi keçirəcək
Elektron ticarət bütün dünyada olduğu kimi, Belarus dövlətinin də logistika mərkəzinə çevrilməsində böyük rol oynayır. Beynəlxalq elektron ticarət məhsullarının poçt vasitəsilə daşınma və çatdırılması baxımından ölkə üçün yeni imkanlar açır.
ətraflı >>

18 Apr 2018 Amerika Birləşmiş Ştatlarının Poçt Xidməti ABŞ Aviapoçt unun 100 illik yubileyini qeyd edəcək
Bu il Amerika Birləşmiş Ştatlarının Poçt Xidməti hava poçtunun 100 illiyinə həsr olunmuş iki Forever (Əbədi) tipli poçt markalarını nəşr edəcək. Markalardan biri mavi, digəri isə qırmızı rəngdə olacaq.
ətraflı >>

17 Apr 2018 Azərekspresspoçt ÜPİ tərəifndən mükafata layiq görüldü
İsveçrənin Bern şəhərində yerləşən Ümumdünya Poçt İttifaqında(ÜPİ) EMS Kooperativinin 21-ci Ümumi Assambleyası keçirilib. Azərbaycan da daxil olmaqla EMS Kooperativinə üzv olan Avropa ölkələri mərasimdə iştirak ediblər.
ətraflı >>

13 Apr 2018 Qazaxıstan poçtu 25 illik yubiley
Qazaxıstan poçtu 25 illik yubileyi şərəfinə "Gələcəyin poçtu" mövzusunda müsabiqə elan edib.
ətraflı >>

12 Apr 2018 Bakıda poçt göndərişləri üzərində gömrük nəzarəti mövzusunda seminar keçirilir
Bu gün Bakıda Avropa İttifaqının Texniki Yardım və İnformasiya Proqramı (TAIEX) çərçivəsində "Ümumdünya Poçt İttifaqı aktları ilə müşayiət olunan beynəlxalq poçt göndərişləri və daşıyıcı şirkətlər tərəfindən daşınan sürətli poçt göndərişləri üzərində gömrük nəzarəti" mövzusunda seminar öz işinə başlayıb.
ətraflı >>

30 Mar 2018 Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qobustanda vətəndaşlarla görüşüb
Bu gün Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin mart ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Qobustan şəhərində görüş keçirib.
ətraflı >>

29 Mar 2018 Nazir Qobustan şəhərində vətəndaşlarla görüşəcək
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə 30.03.2018-ci il tarixdə saat 11:30-da Qobustan şəhərində Qobustan, Şamaxı, Ağsu və İsmayıllı rayonlarının sakinlərinə göstərilən poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və nəqqliyyat, telekommunikasiya (o cümlədən, internet, televiziya və radio yayımı), bu sahələrdə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşlar vətəndaşları qəbul edəcək.
ətraflı >>

19 Mar 2018 Bayram günlərində əhali fasiləsiz poçt,rabitə və nəqliyyat xidmətləri ilə təmin ediləcək
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Novruz Bayramı günlərində əhalinin nəqliyyat, telekommunikasiya, o cümlədən telefon, internet, mobil rabitə, radio-televiziya yayımı və poçt xidmətləri ilə keyfiyyətli və dayanıqlı şəkildə təmin edilməsinə dair tabeli qurumlara, rabitə müəssisələrinə, həmçinin telekommunikasiya operatorlarına müvafiq tapşırıqlar verib.
ətraflı >>

19 Mar 2018 "Azərpoçt" MMC vasitəsilə Novruz bayramına həsr olunmuş marka dövriyəyə buraxılıb
Bakıda Azərbaycan xalqının milli bayramı Novruz münasibətilə keçirilən ümumxalq şənliyində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Azərmarka" MMC tərəfindən bayrama həsr olunmuş xüsusi stend təqdim olunub.
ətraflı >>

5 Mar 2018 200-dən çox insan "Azərpoçt"un aksiyana qoşuldu
Bunu nəzərə alaraq, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Azərpoçt" MMC 8 Mart Beynəlxalq Qadınlar günü" münasibətilə məktub yazmaq aksiyası keçirib.
ətraflı >>



Alış Satış
2.0850 2.1150
1.6970 1.7020
0.0274 0.0280
GBP 2.3600 2.4100
SDR 1 SDR 2,4753