|
Elektron xidmətlər |
|
|
İndeks və Ünvanların axtarışı |
|
|
Poçt göndərişlərinin izlənilməsi |
|
|
Məktub yazmaq |
|
|
Elektron Xidmətlər Portalı |
|
|
Elektron İmzası |
|
|
E-Ticarət |
|
|
|
|
|
30 May 2014
|
RYTN-in nümayəndəsi RRB-nin Poçt Komissiyasının sədri seçilib
|

Özbəkistan Respublikasının Daşkənd şəhərində Ümumdünya Poçt İttifaqının (ÜPİ) təşkilatçılığı ilə "Poçtun keyfiyyəti və logistika xidmətlərinin təkmilləşdirilməsi" mövzusunda beynəlxalq seminar keçirilib. Eyni zamanda, Regional Rabitə Birliyinin (RRB) Poçt Komissiyasının və Poçt Operatorları Şurasının birgə iclası düzənlənib.
Hər iki tədbirdə RRB-nin üzvü olan ölkələrdən Poçt administrasiyalarının nümayəndələri (Ukrayna, Gürcüstan və Tacikistan istisna olmaqla), həmçinin RRB-nin İcrayyə Komitəsindən xanım Yelena Bokova, ÜPİ-nin layihə rəhbəri Yuri Spiriyev, ÜPİ-nin ekspertləri Jan-Mark Koifik və Yan Boynanski iştirak ediblər.
Seminarda ölkəmizi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət müəssisələrinin fəaliyyətini əlaqələndirmə şöbəsinin müdir müavini, Poçt sektorunun müdiri Novruz Məmmədovun rəhbərliyi ilə "Azərpoçt" MMC-nin nümayəndə heyəti təmsil ediblər. Seminarda müzakirə edilən mövzu ətrafında hər bir ölkənin məlumatları dinlənilib, bu istiqamətdə fikir mübadiləsi aparılıb.
Azərbaycan Poçt Administrasiyası tərəfindən də müzakirə olunan məsələ üzrə son illərdə ölkəmizdə həyata keçirilən tədbirlər barədə müvafiq çıxışlar edilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Bütövlükdə isə poçt xidmətlərinin keyfiyyətinin artırılması istiqamətində "Azərpoçt" MMC-də həyata keçirilən işlər yüksək qiymətləndirilib.
RRB-nin Poçt Komissiyasının sədri və müavinləri postuna seçkilər zamanı Azərbaycan Poçt Administrasiyasından Novruz Məmmədov növbəti müddətə yekdilliklə komissiyanın sədri vəzifəsinə seçilib. Komissiyanın sədr müavini isə Rusiya və Özbəkistan Poçt Administrasiyasının nümayəndələri seçiliblər.
|
|
|
|
|
|
19 Apr 2018 |
Belarus milli poçt şəbəkəsinin operatoru olan “Belpoçt” 23-27 aprel 2018-ci il tarixləri arasında “E-commerce"- elektron ticarət təqdimat həftəsi keçirəcək |
Elektron ticarət bütün dünyada olduğu kimi, Belarus dövlətinin də logistika mərkəzinə çevrilməsində böyük rol oynayır. Beynəlxalq elektron ticarət məhsullarının poçt vasitəsilə daşınma və çatdırılması baxımından ölkə üçün yeni imkanlar açır. |
ətraflı >>
|
|
|
|
18 Apr 2018 |
Amerika Birləşmiş Ştatlarının Poçt Xidməti “ABŞ Aviapoçt” unun 100 illik yubileyini qeyd edəcək |
Bu il Amerika Birləşmiş Ştatlarının Poçt Xidməti hava poçtunun 100 illiyinə həsr olunmuş iki “Forever” (Əbədi) tipli poçt markalarını nəşr edəcək. Markalardan biri mavi, digəri isə qırmızı rəngdə olacaq. |
ətraflı >>
|
|
|
|
17 Apr 2018 |
Azərekspresspoçt ÜPİ tərəifndən mükafata layiq görüldü |
İsveçrənin Bern şəhərində yerləşən Ümumdünya Poçt İttifaqında(ÜPİ) “EMS Kooperativinin 21-ci Ümumi Assambleyası” keçirilib. Azərbaycan da daxil olmaqla EMS Kooperativinə üzv olan Avropa ölkələri mərasimdə iştirak ediblər. |
ətraflı >>
|
|
|
|
13 Apr 2018 |
Qazaxıstan poçtu 25 illik yubiley |
Qazaxıstan poçtu 25 illik yubileyi şərəfinə "Gələcəyin poçtu" mövzusunda müsabiqə elan edib. |
ətraflı >>
|
|
|
|
12 Apr 2018 |
Bakıda poçt göndərişləri üzərində gömrük nəzarəti mövzusunda seminar keçirilir |
Bu gün Bakıda Avropa İttifaqının Texniki Yardım və İnformasiya Proqramı (TAIEX) çərçivəsində "Ümumdünya Poçt İttifaqı aktları ilə müşayiət olunan beynəlxalq poçt göndərişləri və daşıyıcı şirkətlər tərəfindən daşınan sürətli poçt göndərişləri üzərində gömrük nəzarəti" mövzusunda seminar öz işinə başlayıb. |
ətraflı >>
|
|
|
|
30 Mar 2018 |
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qobustanda vətəndaşlarla görüşüb |
Bu gün Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin mart ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Qobustan şəhərində görüş keçirib. |
ətraflı >>
|
|
|
|
29 Mar 2018 |
Nazir Qobustan şəhərində vətəndaşlarla görüşəcək |
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə 30.03.2018-ci il tarixdə saat 11:30-da Qobustan şəhərində Qobustan, Şamaxı, Ağsu və İsmayıllı rayonlarının sakinlərinə göstərilən poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və nəqqliyyat, telekommunikasiya (o cümlədən, internet, televiziya və radio yayımı), bu sahələrdə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşlar vətəndaşları qəbul edəcək. |
ətraflı >>
|
|
|
|
19 Mar 2018 |
Bayram günlərində əhali fasiləsiz poçt,rabitə və nəqliyyat xidmətləri ilə təmin ediləcək |
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Novruz Bayramı günlərində əhalinin nəqliyyat, telekommunikasiya, o cümlədən telefon, internet, mobil rabitə, radio-televiziya yayımı və poçt xidmətləri ilə keyfiyyətli və dayanıqlı şəkildə təmin edilməsinə dair tabeli qurumlara, rabitə müəssisələrinə, həmçinin telekommunikasiya operatorlarına müvafiq tapşırıqlar verib. |
ətraflı >>
|
|
|
|
19 Mar 2018 |
"Azərpoçt" MMC vasitəsilə Novruz bayramına həsr olunmuş marka dövriyəyə buraxılıb |
Bakıda Azərbaycan xalqının milli bayramı – Novruz münasibətilə keçirilən ümumxalq şənliyində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Azərmarka" MMC tərəfindən bayrama həsr olunmuş xüsusi stend təqdim olunub. |
ətraflı >>
|
|
|
|
5 Mar 2018 |
200-dən çox insan "Azərpoçt"un aksiyana qoşuldu |
Bunu nəzərə alaraq, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Azərpoçt" MMC “8 Mart Beynəlxalq Qadınlar günü" münasibətilə məktub yazmaq aksiyası keçirib. |
ətraflı >>
|
|
|
|
|
|
|
|
|
|
|
Alış |
Satış |
|
|
2.0850 |
2.1150 |
|
|
1.6970 |
1.7020 |
|
|
0.0274 |
0.0280 |
GBP |
|
2.3600 |
2.4100 |
SDR |
|
1 SDR |
2,4753 |
|
|
|
|
|