
01.04.2013-cü il tarixində "Azərpoçt" MMC ilə "Zolotaya Korona" beynəlxalq pul köçürmələri sistemi arasında qarşılıqlı korporativ əməkdaşlıq haqqında müqavilə imzalanmışdır. Qısa müddət ərzində "Azərpoçt" MMC-nin bütün lisenziya almış tabeli poçt şöbələrində "Zolotaya Korona" pul köçürmələri sistemi üzrə aparılan əməliyyatların sayı nəzərə çarpacaq dərəcədə artmışdır.
Bununla əlaqədar "Zolotaya Korona" beynəlxalq pul köşürmələri tərəfindən MBD banklarının inkişafı üzrə menecer Aleksey Borovov Bakıda olmuş və 10 iyul 2014-cü il tarixində "Azərpoçt" MMC-nin baş direktorunun müavini S.Kazımovun rəhbərliyi altında sözügedən sistem üzrə fəaliyyəti ilə seçilən əməliyyatçılarla görüş keçirilmişdir.
Bununla yanaşı nümayəndə tərəfindən aşağıda adları qeyd olunan əməliyyatçılar həvəsləndirici diplom və qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.
1. 3 saylı PF- Zalov Nizami
2. Saatlı PF – İbrahimov Mahir
3. 6 saylı PF- Tahəddinova Rəsmiyyə
4. 1 sayı PF- Qasımova Səbinə
5. Şamaxı PF- Tapdıqova Şəhla
6. Balakən PF- Bizillayeva Cənnət
7. Abşeron PF- Göyüşova Səyyarə
8. Gəncə PF- Ələkbərov Nasir
9. 5 saylı PF- Həmidova Yaqut
10. 6 saylı PF- Əliyeva Aliyə
|