Bizimlə əlaqə: (012) 493-56-00
Bizimlə əlaqə: (012) 493-56-00 Az En
   Elektron xidmətlər
   İndeks və Ünvanların axtarışı
   Poçt göndərişlərinin izlənilməsi
   Məktub yazmaq
   Elektron Xidmətlər Portalı
   Elektron İmzası
   E-Ticarət
Xəbərlər
16 Aug 2014

Qubanın ən ucqar kəndlərində belə əhaliyə yüksək keyfiyyətli poçt xidmətləri göstərilir

 Qubada ən ucqar kəndlərdə belə əhaliyə yüksək keyfiyyətli poçt xidmətləri göstərilir. Quba Poçt Filialının rəisi poçtamtın mübadilə avtomobilinin rayon mərkəzindən 57 kilometr uzaqlıqda yerləşən Xınalıq kəndinə belə poçt göndərişlərini problemsiz olaraq çatdırıldığını bildirib.

"Relyefin mürəkkəb olmasına baxmayaraq hər bir poçt göndərişi poçtlara vaxtında çatdırılır. Əvvəllər kənddə  yeganə radiotelefon  poçt şöbəsində olub. Hazırda kənd sakinlərinin mənzilləri telefonlaşdırılıb. 2005-ci ildə yolsuzluq şəraitinə baxmayaraq Xınalıq kəndində milli üslubda poçt şöbəsi tikilib. Şöbədə sakinlərə yüksək səviyyədə bütün poçt xidmətləri göstərilir".

 Quba-Xınalıq yolunun çəkilməsi bu bölgəyə turist axınını sürətləndirdirib. Bu da bütün sahələr kimi poçt rabitəsinin inkişafına öz təsirin göstərib. İnformasiya və kommunikasiya texnologiyaları sahəsi ilə yanaşı poçt rabitəsi sahəsinin inkişaf planına uyğun olaraq poçtların ən müasir xidmət səviyyəsinə çatdırılması uğurların əldə olunmasına səbəb olub. Son vaxtlar poçt şöbələri tərəfindən əhaliyə göstərilən poçt xidmətləri - bağlama, pul köçürmələri, məktub, banderol, teleqram qəbulu, göndərilməsi və çatdırılması, mətbuat abunəsi və satışı, şəhərlərarası telefon, kommunal haqlarının yığımı, müxtəlif kommersiya xidmətləri sahəsində artım müşahidə olunur.

Rayonda  müasir tələblərə cavab verən poçt şöbələri tikilərək sakinlərin istifadəsinə verilib. Hər bir poçt şöbəsi bugünkü tələblərə cavab verən müasir avadanlıqlarla təchiz edilib. Hazırda  şəhərin bütün poçt şöbələri ilə paralel olaraq bu kəndlərdə də poçt şöbələri kompüterləşdirilir ki, bu da sakinlərin kommunal haqlarının ödənişi ilə yanaşı onların teleqram və pul köçürmələrinin daha operativ şəkildə ünvanlarına çatdırılmasını təmin edir.

  Bu gün poçtun yerlərə vaxtında çatdırılması və təhlükəsizliyi əsas məsələ kimi önə çəkilib.

  Dünya Bankı ilə Azərbaycan hökuməti arasında imzalanmış "Maliyyə xidmətlərinin inkişafı" layihəsinə uyğun olaraq  poçtamt tərəfindən kəndlərdə icmal poçt şöbələri yaradılıb. Bu şöbələr tərəfindən əhaliyə yüksək səviyyədə bank xidmətləri göstərilməsi üçün hər cür şərait var. Bütün göstəricilərinə görə daim öncül olan poçtamt yeni xidmət sahələrinin yaradılması istiqamətində də fəaliyyətini genişləndirir.
 







1 Jun 2017 Azərbaycan poçtunun yaranmasından 199 il ötür
Ölkəmizdə poçt rabitəsinin yaradılmasından 199 il ötür Bəşər övladı qədim zamanlardan bəri informasiya mübadiləsinə, məlumatların məsafədən-məsafəyə ötürülməsinə daim ehtiyac duyub.
ətraflı >>

14 Mar 2017 "PoçTap" sosial layihəsi çərçivəsində əməkdaşlıq memorandumu imzalanıb
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Azərpoçt" MMC-nin reallaşdırdığı itirilmiş sənədlərin tapılaraq sahibinə qaytarılmasına xidmət edən "PoçTap" sosial layihəsi çərçivəsində əməkdaşlıq haqqında memorandum imzalanıb.
ətraflı >>

2 Mar 2017 İtirilmiş sənədlərin tapılaraq sahibinə qaytarılması üzrə PoçTap xidməti istifadəyə verildi
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərpoçt MMC tərəfindən reallaşdırılan yeni sosial layihə çərçivəsində PoçTap xidməti istifadəyə verilib. PoçTap itirilmiş sənədlərin tapılaraq sahibinə qaytarılmasına xidmət edir.
ətraflı >>

13 fev 2017 Azərbaycan Prezidentinin Sərəncamı ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradılıb
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması haqqında Sərəncam imzalayıb. Dövlətimizin başçısının digər Sərəncamı ilə Ramin Quluzadə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilib.
ətraflı >>

10 fev 2017 İlham Əliyev Bakıdakı 1 saylı poçt filialında yeni xidmət mərkəzinin açılışında iştirak edib
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əsaslı şəkildə yenidən qurulan 1 saylı poçt filialının yeni xidmət mərkəzinin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər.
ətraflı >>

25 Jan 2017 Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yeni elektron xidmət istifadəyə verdi
Elektron hökumət portalında 36 xidməti ilə təmsil olunan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Poçt ünvanları - interaktiv xəritə adlı daha bir elektron xidməti portala inteqrasiya olundu.
ətraflı >>

16 Dec 2016 Azərbaycanda telefon rabitəsinin yaradılmasının 135 illiyi ilə əlaqədar keçirilən müsabiqə və yarışların qalibləri mükafatlandırılıb
Bu gün Rabitə və Yüksək Texnologiyalar Nazirliyində rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı Azərbaycanda telefon rabitəsinin yaradılmasının 135 illiyi ilə əlaqədar keçirilən müsabiqə və yarışların qaliblərinin təltifetmə mərasimi keçirilib.
ətraflı >>

1 Dec 2016 Prezident İlham Əliyev Bakutel 2016 sərgisi ilə tanış olub
Noyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva XXII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisi - \"Bakutel-2016\" ilə tanış olublar.
ətraflı >>

5 Nov 2016 Azərpoçtda yeni xidmət
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərpoçt MMC yeni sosial layihəyə başlayır.
ətraflı >>

25 Oct 2016 Rabitə və Yüksək Texnologiyalar Nazirliyində 9 ayın yekunlarına dair müşavirə keçirilib
Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) cari ilin 9 ayının yekunlarına dair müşavirə keçirilib. İclasda Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, nazir müavinləri, müşavirlər, şöbə müdirləri, tabeli qurum və müəssisələrin rəhbərləri iştirak edib, bir çox qurumlarla canlı videokonfrans əlaqəsi yaradılıb.
ətraflı >>



Alış Satış
1.8650 1.9100
1.6850 1.7100
0.0279 0.0286
GBP 2.1200 2.1900
SDR 1 SDR 2,3473