Bizimlə əlaqə: (012) 493-56-00
Bizimlə əlaqə: (012) 493-56-00 Az En
   Elektron xidmətlər
   İndeks və Ünvanların axtarışı
   Poçt göndərişlərinin izlənilməsi
   Məktub yazmaq
   Elektron Xidmətlər Portalı
   Elektron İmzası
   E-Ticarət
Xəbərlər
27 Oct 2014

Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin Sağlamlıq-2014 Respublika Spartakiadasının təntənəli açılışı olub

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Rabitə İşçiləri Müstəqil  Həmkarlar İttifaqı Respublika Komitəsi və «Spartak» İdman Cəmiyyətinin təşkilatçılığı ilə rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin «Sağlamlıq-2014» Respublika Spartakiadasının təntənəli açılış mərasimi keçirilib.
 
Spartakiadanın keçirilməsində məqsəd rabitəçilərin sağlamlığının möhkəmləndirilməsi, onları bədən tərbiyəsi və idman məşğələlərinə cəlb etməklə asudə vaxtlarının səmərəli keçirilməsini təmin etmək, eləcə də ən yaxşı idman kollektivlərini müəyyən etmək və Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının ( AHİTA)  keçirəcəyi nazirliklərarası spartakiadada rabitə işçilərinin yığma komandasını formalaşdırmaqdan ibarətdir.
 
 "ABU Arena"  idman sarayında keçirilən tədbirdə bildirilib ki, bu dəfəki yarışda 18 komanda olmaqla 700 nəfərdən çox iştirakçı öz gücünü sınayacaq.  Bundan əlavə rabitə müəssisələrində çalışan işçilərin 2000-dən çoxu idmanla məşğul olduğu qeyd olunub. 
 
İdmanın atletiko-kross, voleybol, mini-futbol, kəndirdartma, nərd, şahmat, dama, ağırlıqqaldırma və ilk dəfə olaraq güllə atıcılığı növü üzrə keçiriləcək builki spartakiadada "Aztelekom" İB, BTRİB, "Azərkosmos" ASC,  "Teleradio" İB , "Azərpoçt" MMC, Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzi (BƏHM), Hərbiləşdirilmiş Mühafizə İdarəsi, Dövlət Radiotezliklər İdarəsi,  Məlumat Hesablama Mərkəzi və özəl şirkətlərin nümayəndələri iştirak edir.
 
Bu il keçirilən spartakiadanın Azərbaycan telefon rabitəsinin yaradılmasının 133-cü il dönümünə həsr olunduğu vurğulanaraq bildirilib ki, ölkəmizdə rabitə sahəsinin təşəkkülü uzun tarixi yol keçib.
 
Açılış mərasimində çıxış edən Rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədov idmançılara nazir Əli Abbasovun salamlarını çatdıraraq, onları idman bayramı münasibəti ilə təbrik edib. 
 
Azərbaycanda telefonlaşma prosesinin genişləndirilməsinin ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu deyən İ.Məmmədov qeyd edib ki, ulu öndərin yenidən hakimiyyətə qayıdışından  sonra bu proses daha da geniş vüsət alıb. Onun xüsusi diqqət və qayğısı sayəsində ölkə infrastrukturunun mühüm tərkib hissələrindən biri olan rabitə sahəsi dirçəliş və tərəqqi mərhələsinə qədəm qoyub. Bu siyasətin ölkə prezidenti İlham Əliyev tərəfindən layiqlə davam etdirildiyini qeyd edən nazir müavini bildirib ki, dövlət başçısının düşünülmüş addımlarının nəticəsi olaraq bu gün Azərbaycan rabitə və informasiya kommunikasiya texnologiyaları sahəsində də dünya üzrə öncül yer tutur:
 
 Azərbaycanın günü-gündən inkişaf etdiyini, müxtəlif beynəlxalq tədbirlərə, eyni zamanda idman yarışlarına ev sahibliyi etdiyini vurğulayan İ.Məmmədov ölkəyə gələn qonaqların da təşkilatçılıq işlərindən, rabitə və internet xidmətlərindən məmnun qaldıqlarını bildirib.
 
Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov da idmançılara uğurlar arzulayaraq bildirib ki, ölkədə idmana göstərilən diqqətin və qayğının nəticəsi olaraq dünyanın ən məşhur meydanlarında Azərbaycan bayrağı dalğalandırılır və himnimiz səsləndirilir.
 
Rabitə işçilərinin idmana diqqət ayırmasının əhəmiyyətindən danışan nazir müavini bildirib ki, bu spartakiadanın idmanın kütləviləşməsində çox böyük rolu var.
 
Bundan sonra spartakiada açıq elan edilib və yarışlara start verilib.
 
Yarışlar oktyabr ayının 25-dən noyabr ayının 26-na kimi Bakının ayrı-ayrı idman qurğularında keçiriləcək.

  Spartakiadanın ümumkomanda birinciliyində 1-3-cü yerləri tutan komandalar xatirə kubokları, ayrı-ayrı idman növlərində 1-3-cü yerləri tutan komandaların üzvləri və şəxsi yarışlarda 1-ci yeri tutan idmançılar qiymətli hədiyyələrlə təltif olunacaqlar.
 







16 Nov 2018 Belarusun Böyük Tarixi Atlası
Belarus Respublikasının İnformasiya və Texnologiyalar Nazirliyi dörd cilddə olan Belarusun Böyük Tarixi Atlasının dərcinə həsr olunan, 21 Noyabr 2018-ci ildə xüsusi xatirə tədbirində istifadə olunacaq xatirə ştempelli buraxacaq.
ətraflı >>

16 Nov 2018 Nazir Ramin Quluzadə Bərdədə vətəndaşlarla görüşüb
Azərbaycan Respublikası Prezidentinin tapşırıq və tövsiyələrinə uyğun olaraq Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Bərdə şəhərində vətəndaşlarla görüşüb.
ətraflı >>

15 Nov 2018 Bakutel-2018 sərgisinin ziyarətçiləri lotereya qalibi olacaq
Bakı Expo Mərkəzinin sərgi zalında təşkil olunan xüsusi guşədə məhz Bakutel sərgisinin ziyarətçiləri üçün lotereya oyunu keçiriləcək. Azərlotereya ASC tərəfindən təşkil olunacaq lotereyanın oyun qaydalarına əsasən, biletlər oyunda iştirak üçün qeydiyyata alınacaq.
ətraflı >>

14 Nov 2018 Kiyevski kotlet markalarda
Ukrayna poçtu Milli yeməklər seriyasından Kiyevsayağı kotlet markasını dövriyyəyə buraxıb. 140 min tirajla dərc olunan nüsxənin nominalı 7 qrivni, yəni 0.43 Azn-dir.
ətraflı >>

13 Nov 2018 Azərbaycan və Belarus birgə marka dövriyyəyə buraxacaq
Belarus Respublikası Rabitə və İnformasiyalaşdırma Nazirliyi 2018-ci il noyabrın 19-da Azərbaycan və Belarus arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə poçt markasını dövriyyəyə buraxacaq.
ətraflı >>

13 Nov 2018 Nazir Bərdədə vətəndaşlarla görüşəcək
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə 16.11.2018-ci il tarixində saat 12:30-da Bərdə şəhərində Bərdə, Yevlax, Tərtər və Ağdam rayonlarının sakinlərinə göstərilən nəqliyyat, telekommunikasiya (o cümlədən, internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.
ətraflı >>

12 Nov 2018 Müstəqillik qəhrəmanları poçt markalarında
Polşa poçtu 11 noyabr 2018-ci ildə Polşanın müstəqilliyinin bərpasının 100 illiyi adı altında poçt məhsulu dövriyyəyə buraxıb. Poçt məhsulu səkkiz markadan ibarətdir və hər bir markanın tirajı 180 min nüsxə təşkil edir.
ətraflı >>

12 Nov 2018 1 Poçt Şöbəsi və 2 Poçt Agentliyi açılaraq müştərilərin istifadəsinə verilib
Azərpoçt MMC 2018-ci ilin 9 ayı üzrə tarif gəliri proqnozunu 105% icra edib. Belə ki, 2018-ci ilin 9 ayı üzrə təyin olunmuş tarif gəliri proqnoz tapşırıqları yerinə yetirilib, nəzərdə tutulan proqnozdan keçən ilin müvafiq dövrü ilə müqayisədə yəni 4.8% artıq gəlir əldə edilib.
ətraflı >>

7 Nov 2018 Poçt bağlamalarını robotlar daşıyacaq
Norveçin poçt operatoru robot poçtalyonlar hazırlayan "Buddy Mobility" startapı ilə əməkdaşlıq müqaviləsi imzalayıb.
ətraflı >>

6 Nov 2018 Arxeologiya silsiləsindən olan şahmat fiqurları markalarda
Noyabrın 12-də Belarus Respublikası Rabitə və İnformasiya Nazirliyi "Arxeologiya" seriyasından iki poçt markasını dövriyyəyə buraxacaq.
ətraflı >>



Alış Satış
1.9150 1.9500
1.6980 1.7015
0.0251 0.0258
GBP 2.1500 2.2000
SDR 1 SDR 2,3499