Bizimlə əlaqə: (012) 493-56-00
Bizimlə əlaqə: (012) 493-56-00 Az En
   Elektron xidmətlər
   İndeks və Ünvanların axtarışı
   Poçt göndərişlərinin izlənilməsi
   Məktub yazmaq
   Elektron Xidmətlər Portalı
   Elektron İmzası
   E-Ticarət
Xəbərlər
9 Nov 2014

9 noyabr- "Milli Bayraq günü"dür

 Bu gün Azərbaycanda Dövlət Bayrağı günü kimi qeyd edilir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir.
  Azərbaycan Respublikasının Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilib və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub. Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilib. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu Dövlət bayrağı elan edib.
1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını bərpa edib. 2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Həmin il dekabrın 4-də isə Milli Məclis noyabrın 9-unu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib.
Azərbaycanın dövlət bayrağı yaşıl, qırmızı, mavi rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarətdir.

 








19 Apr 2018 Belarus milli poçt şəbəkəsinin operatoru olan Belpoçt 23-27 aprel 2018-ci il tarixləri arasında E-commerce"- elektron ticarət təqdimat həftəsi keçirəcək
Elektron ticarət bütün dünyada olduğu kimi, Belarus dövlətinin də logistika mərkəzinə çevrilməsində böyük rol oynayır. Beynəlxalq elektron ticarət məhsullarının poçt vasitəsilə daşınma və çatdırılması baxımından ölkə üçün yeni imkanlar açır.
ətraflı >>

18 Apr 2018 Amerika Birləşmiş Ştatlarının Poçt Xidməti ABŞ Aviapoçt unun 100 illik yubileyini qeyd edəcək
Bu il Amerika Birləşmiş Ştatlarının Poçt Xidməti hava poçtunun 100 illiyinə həsr olunmuş iki Forever (Əbədi) tipli poçt markalarını nəşr edəcək. Markalardan biri mavi, digəri isə qırmızı rəngdə olacaq.
ətraflı >>

17 Apr 2018 Azərekspresspoçt ÜPİ tərəifndən mükafata layiq görüldü
İsveçrənin Bern şəhərində yerləşən Ümumdünya Poçt İttifaqında(ÜPİ) EMS Kooperativinin 21-ci Ümumi Assambleyası keçirilib. Azərbaycan da daxil olmaqla EMS Kooperativinə üzv olan Avropa ölkələri mərasimdə iştirak ediblər.
ətraflı >>

13 Apr 2018 Qazaxıstan poçtu 25 illik yubiley
Qazaxıstan poçtu 25 illik yubileyi şərəfinə "Gələcəyin poçtu" mövzusunda müsabiqə elan edib.
ətraflı >>

12 Apr 2018 Bakıda poçt göndərişləri üzərində gömrük nəzarəti mövzusunda seminar keçirilir
Bu gün Bakıda Avropa İttifaqının Texniki Yardım və İnformasiya Proqramı (TAIEX) çərçivəsində "Ümumdünya Poçt İttifaqı aktları ilə müşayiət olunan beynəlxalq poçt göndərişləri və daşıyıcı şirkətlər tərəfindən daşınan sürətli poçt göndərişləri üzərində gömrük nəzarəti" mövzusunda seminar öz işinə başlayıb.
ətraflı >>

30 Mar 2018 Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qobustanda vətəndaşlarla görüşüb
Bu gün Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin mart ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Qobustan şəhərində görüş keçirib.
ətraflı >>

29 Mar 2018 Nazir Qobustan şəhərində vətəndaşlarla görüşəcək
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə 30.03.2018-ci il tarixdə saat 11:30-da Qobustan şəhərində Qobustan, Şamaxı, Ağsu və İsmayıllı rayonlarının sakinlərinə göstərilən poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və nəqqliyyat, telekommunikasiya (o cümlədən, internet, televiziya və radio yayımı), bu sahələrdə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşlar vətəndaşları qəbul edəcək.
ətraflı >>

19 Mar 2018 Bayram günlərində əhali fasiləsiz poçt,rabitə və nəqliyyat xidmətləri ilə təmin ediləcək
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Novruz Bayramı günlərində əhalinin nəqliyyat, telekommunikasiya, o cümlədən telefon, internet, mobil rabitə, radio-televiziya yayımı və poçt xidmətləri ilə keyfiyyətli və dayanıqlı şəkildə təmin edilməsinə dair tabeli qurumlara, rabitə müəssisələrinə, həmçinin telekommunikasiya operatorlarına müvafiq tapşırıqlar verib.
ətraflı >>

19 Mar 2018 "Azərpoçt" MMC vasitəsilə Novruz bayramına həsr olunmuş marka dövriyəyə buraxılıb
Bakıda Azərbaycan xalqının milli bayramı Novruz münasibətilə keçirilən ümumxalq şənliyində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Azərmarka" MMC tərəfindən bayrama həsr olunmuş xüsusi stend təqdim olunub.
ətraflı >>

5 Mar 2018 200-dən çox insan "Azərpoçt"un aksiyana qoşuldu
Bunu nəzərə alaraq, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Azərpoçt" MMC 8 Mart Beynəlxalq Qadınlar günü" münasibətilə məktub yazmaq aksiyası keçirib.
ətraflı >>



Alış Satış
2.0850 2.1150
1.6970 1.7020
0.0274 0.0280
GBP 2.3600 2.4100
SDR 1 SDR 2,4753