Bizimlə əlaqə: (012) 493-56-00
Bizimlə əlaqə: (012) 493-56-00 Az En
   Elektron xidmətlər
   İndeks və Ünvanların axtarışı
   Poçt göndərişlərinin izlənilməsi
   Məktub yazmaq
   Elektron Xidmətlər Portalı
   Elektron İmzası
   E-Ticarət
Xəbərlər
22 Nov 2014

Moskvada Regional Rabitə Birliyinin rabitə administrasiyaları mütəxəssisləri üçün ilk beynəlxalq seminar keçirilib

 Noyabr ayının 18-19 tarixlərində Moskvada Ümumdünya Poçt İttifaqının (ÜPİ) elektron ticarətin və ixracın inkişafı üzrə strateji regional layihəsi çərçivəsində Regional Rabitə Birliyinin (RRB) rabitə administrasiyaları mütəxəssisləri üçün ilk beynəlxalq seminar keçirilib.

Bu seminar  mikro, kiçik və orta biznes müəssisələri ilə elektron ticarətin və işgüzar əməkdaşlığın inkişafı üzrə ilk regional forumdur.

RRB İcraiyyə Komitəsi, ÜPİ Beynəlxalq Bürosu, Avropa Dövlət Poçt Rabitəsi Operatorları Assosiasiyası (PostEurop)və Rusiya Rabitə Administrasiyası ilə birlikdə təşkil olunan seminarda milli poçt operatorlarının baş direktorları və onların müavinləri, struktur bölmələrinin rəhbərləri, poçt rabitəsi məsələləri ilə məşğul olan nazirlik, agentlik və komitələrin işçiləri, rabitə administrasiyalarının aparıcı mütəxəssisləri və RRB və Avropa Dövlət Poçt Rabitəsi Operatorları Assosiasiyasının (Cənub-Şərqi Avropa) layihə üzrə təyin edilən operatorlarının milli əlaqələndiriciləri iştirak ediblər. İştirakçıların ümumi sayı 80 nəfərdən çox olub.

Seminarda ölkəmizi Rabitə və Yüksək Texnologiyalar Nazirliyi İnfrastrukturun inkişafı şöbəsi, poçt sektorunun müdiri Novruz Məmmədov, “Azərpoçt” MMC-nin  Poçt analizi şöbəsinin rəisi Nüsrət Səmədov və Plastik kartlar şöbəsinin rəisi Fərid Cəfərov təmsil ediblər.

Seminarı Rusiya rabitə və kütləvi kommunikasiyalar nazirinin müavini Mixail Yevraev açıb.
Giriş sözü ilə “Rusiya Poçtu”nun baş direktoru Dmitri Straşnov, RRB İcraiyyə Komitəsinin baş direktoru Nurudin Muhutdinov, Avropa Dövlət Poçt Rabitəsi Operatorları Assosiasiyasının baş katibi Botond Tseben çıxış ediblər.  

ÜPİ Beynəlxalq Bürosunun baş direktoru adından müraciəti Avropa və MDB ölkələri üzrə regional proqramın rəhbəri Aleksandr Sudakov oxuyub.

Seminarda iştirakçılar elektron ticarətin və ixracın inkişaf məsələlərini, qlobal tendensiyaları, poçt administrasiyaları üçün hazırkı və gələcək imkanları, eləcə də poçt ticarətinin inkişafına yardım sahəsində tendensiya və imkanları müzakirə ediblər. Bundan başqa, iştirakçılar Avropada elektron ticarətin inkişafını (qanunvericilik, normativlər və s.), inkişaf etməkdə olan ölkələrdə mikro, kiçik və orta biznes müəssisələrinin maliyyələşdirilməsi ilə bağlı yanaşmanı, konkret nümunə və qabaqcıl təcrübəni, o cümlədən elektron ticarət sahəsində poçt əməliyyatları (texnoloji əlaqə), elektron ticarət sahəsində informasiya poçt platformaları, lokal İT sistemləri, texnoloji həllərin hazırlanması, ÜPİ-nin elektron ticarət sahəsində İT məhsullarının strukturu (poçtda elektron ticarətin inkişafına xidmət edən alətlər, ödəniş və logistika üçün kompleks həllər, həmçinin ÜPİ elektron gömrük bəyannaməsi sistemi) kimi məsələləri nəzərdən keçiriblər.
ÜPİ Beynəlxalq Bürosunun nümayəndələri “.post” platformasından elektron ticarət sahəsində tranzaksiyaların etibarlığının təmini üçün istifadə imkanları, filateliya üzrə internet mağazalarının “.post” əsasında keçirdikləri sınaqlar və “.post” çərçivəsində “website-in- a box” həlli, eləcə də vahid alış mərkəzinin (milli və regional elektron mağaza platformalarının mikro, kiçik və orta müəssisələr üçün yaradılması və istismarı) yaradılması imkanları barədə məlumat veriblər.

Bundan əlavə, iştirakçılar BMT-nin Avropa İqtisadi Komissiyası çərçivəsində ticarətin inkişafına dəstək, Ümumdünya Ticarət Təşkilatı (ÜTT) çərçivəsində beynəlxalq ticarətin inkişafına dair saziş, onun əsas müddəaları, özəl sektor üçün tətbiqi və imkanları, mikro, kiçik və orta müəssisələrlə tərəfdaşlıq münasibətlərinin inkişafı və ticarətin inkişafına kömək məsələlərinə diqqət yetiriblər.

ABŞ, İspaniya və Portuqaliya Poçt İttifaqının nümayəndəsi Cənubi Amerika ölkələrində mikro, kiçik və orta müəssisələr üçün ixracı asanlaşdıran “ExportaFácil” texnologiyasının Braziliya, Peru və Ekvadorda fəaliyyəti (təcrübə, problemlər, təsir, nəticə) barədə məlumat verib. ÜPİ-nin ixracın sadələşdirilməsi (proqram, sorğu və təlimat) üzrə metodologiyası da müzakirə edilən məsələlər sırasında olub.
Beynəlxalq Gömrük İttifaqının nümayəndəsi gömrük xidmətlərinin poçt vasitəsilə ticarətin inkişafına necə kömək edə bilməsi barədə danışıb.

ÜPİ Beynəlxalq Bürosunun nümayəndəsi ÜPİ-nin elektron ticarət sahəsində çatdırılma üzrə yeni xüsusiyyətləri özündə birləşdirən proqramını (ECOMPRO) təqdim edib.

Seminar iştirakçıları internet mağazaları ixrac üçün poçt platformaları vasitəsilə bağlantıların yaradılması imkanlarını, ÜPİ-nin elektron ticarət üzrə təlimatını, poçt operatorları üçün elektron ticarət və biznes modellərinin tətbiqi məsələlərini nəzərdən keçirib, ÜPİ-yə elektron ticarətin inkişafı üzrə regional və milli biznes modellərinin tətbiqinə köməyin göstərilməsi perspektivlərini, tövsiyələri və regional səviyyədə atılacaq gələcək addımları (fəaliyyət planı layihəsi) müzakirə ediblər.

Seminar iştirakçılar tərəfindən yüksək qiymətləndirilib.







16 Jan 2018 2017-ci ildə ölkə ərazisinə daxil olan beynəlxalq poçt göndərişlərin sayı 876 min 509 ədəd təşkil edib.
Bu öncəki ilin müvafiq dövrü ilə müqayisədə 26,4% (183321 ədəd) çoxdur və bu göndərişlərin böyük əksəriyyəti elektron ticarət saytlarından sifariş olunan məhsullardır.
ətraflı >>

12 Jan 2018 Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturu
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli Fərmanı ilə TƏSDİQ EDİLMİŞDİR
ətraflı >>

29 Dec 2017 Qanvermə aksiyası keçirildi
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparatının, qurum və müəssisələrinin əməkdaşlarının iştirakı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilmiş qanvermə aksiyası keçirilib.
ətraflı >>

28 Dec 2017 Bayram günlərində əhali fasiləsiz poçt xidmətləri ilə təmin olunacaq
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı günlərində əhalinin nəqliyyat, telekommunikasiya, o cümlədən internet, mobil rabitə xidmətləri və radio-televiziya yayımı ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsinə dair tabeli qurumlara, rabitə birlik və müəssisələrinə, həmçinin telekommunikasiya operatorlarına müvafiq tapşırıqlar verib.
ətraflı >>

19 Dec 2017 Azərbaycandakı Amerika Ticarət Palatası işgüzar nahar təşkil edib
Dekabrın 19-da Azərbaycandakı Amerika Ticarət Palatası (AmCham Azərbaycan) Hewlett Packard Enterprise (HPE) şirkətinin dəstəyi ilə öz üzvləri üçün Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin iştirakı və nitqi ilə müşayiət olunan aylıq işgüzar nahar təşkil edib.
ətraflı >>

18 Dec 2017 Poçtda alınan və göndərilən bağlamalara görə nə qədər ödənməlidir? - Rəsmi qiymətlər
Mövcud qanunvericiliyə əsasən ölkəyə daxil olan və ölkədən çıxan hər bir gömrüklü poçt göndərişi çəkisindən, dəyərindən və ona gömrük rüsumunun tətbiq olunub-olunmamasından asılı olmayaraq beynəlxalq poçt işləmələri mərkəzində gömrük nəzarətindən keçirilir.
ətraflı >>

15 Dec 2017 Nazir Ramin Quluzadə Saylanda vətəndaşlarla görüşüb
Bu gün Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Salyan şəhərində vətəndaşlarla görüşüb.
ətraflı >>

11 Dec 2017 Zaqatalada Şəbəkə xidmət mərkəzi fəaliyyətə başladı
Ölkəmizdə telekommunikasiya infrastrukturunun müasirləşdirilməsi üzrə aparılan işlər çərçivəsində Zaqatala Telekommunikasiya Qovşağının inzibati və texnoloji binası əsaslı şəkildə yenidən qurularaq, ən müasir avadanlıqla təchiz olunub. Rekonstruksiya işləri başa çatdırılan bina artıq istifadəyə verilib.
ətraflı >>

6 Dec 2017 Azərbaycan Prezidenti İlham Əliyev Bakutel-2017 sərgisi ilə tanış olub
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 6-da Bakı Ekspo Mərkəzində XXIII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisi - Bakutel-2017 ilə tanış olublar.
ətraflı >>

6 Dec 2017 Dekabrın 6-da Azərbaycanda rabitə və yüksək texnologiyalar sahəsi işçilərinin peşə bayramıdır.
Peşə bayramı Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il 2 dekabr tarixli Sərəncamına müvafiq olaraq təsis edilib. O vaxtdan bütün respublikada rabitəçilər və informasiya texnologiyaları sahəsinin işçiləri dekabrın 6-da öz peşə bayramlarını qeyd edirlər.
ətraflı >>



Alış Satış
2.0650 2.1000
1.6950 1.7015
0.0295 0.0302
GBP 2.3450 2.3950
SDR 1 SDR 2,4491