Bizimlə əlaqə: (012) 493-56-00
Bizimlə əlaqə: (012) 493-56-00 Az En
   Elektron xidmətlər
   İndeks və Ünvanların axtarışı
   Poçt göndərişlərinin izlənilməsi
   Məktub yazmaq
   Elektron Xidmətlər Portalı
   Elektron İmzası
   E-Ticarət
Xəbərlər
2 Dec 2014

Bakutel sərgisi öz 20 illik yubileyini qeyd edir

 Bu gün Bakı Ekspo Mərkəzində İKT sahəsi üzrə ən böyük ixtisaslaşmış tədbir - Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları ("Bakutel-2014") Sərgi -Konfransı öz işinə başlayır. Bu il sərgi 20 illik yubileyini qeyd edir.

Keçirildiyi illər ərzində sərgi hər il dünya ictimaiyyətinin diqqətini özünə cəlb edərək Xəzər regionunun aparıcı İKT forumuna çevrilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin son illər ərzində "Bakutel" sərgisini ziyarət etməsi bu tədbirin yüksək statusunu bir daha sübut edir və ona daha da vüsət verir. Sərgiyə hərtərəfli dəstək göstərən Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi sərginin inkişafında və təşəkkül tapmasında, habelə ona yeni nəfəs verilməsində xüsusi rol oynayıb.
 
Hər il sərgi və konfransa qatılan mötəbər qonaqlar sərginin rəsmi açılış mərasimində, sərgi çərçivəsində keçirilən konfrans və digər tədbirlərdə iştirak edirlər. 20 il ərzində dünyanın 50 ölkəsindən 2000-dən artıq şirkət sərgiyə qatılmış və yüz mindən çox ziyarətçi sərgidə iştirak edib. Dünyanın 19 ölkəsi, o cümlədən Koreya, Fransa, Kanada, Litva və digər ölkələr bu sərgidə mütəmadi olaraq öz milli pavilyonları ilə çıxış ediblər. Hazırda bazarda uğurla fəaliyyət göstərən yerli iri şirkətlərin başlanğıc platforması məhz "Bakutel" sərgisi olub. Sərginin daimi iştirakçıları sırasında: "Avirtel", "Azercell Telecom MMC", "Azerfon MMC", "Azqtel", "Aztelekom İB", "Bakcell", "BestComp Group", Bakı Telefon Rabitəsi İstehsalat Birliyi, "Caspel", "aspian Navtel", "Connect", "Delta Telecom LTD", "Iskratel", "Microsoft Azerbaijan LLC", "R.I.S.K.", "SİNAM", "Smart Systems Technology MMC", "Softline International", "Teleradio İB" və "Ultra Technologies" şirkətləri var. Yubiley "Bakutel" sərgisində dünyanın 23 ölkəsindən 250 şirkət iştirak edir ki, bu şirkətlər arasında da aparıcı İKT şirkətləri, Azərbaycanın mobil rabitə operatorları, internet provayderləri, sistem inteqratorları və məşhur brendlərin distribütorları var.
 
Sərgi hazırda qlobal informasiya mühitinə inteqrasiyaya, İKT üzrə milli məhsulların istehsalına və müasir informasiya-kommunikasiya infrastrukturunun yaradılmasına şərait yaratmaqla yanaşı, ölkədə İKT-nın inkişafı üzrə proqramların həyata keçirilməsinin göstəricilərindən biridir.
 

 
  Sərginin ekspozisiyası və konfransın keçirilmə yeri Bakı Ekspo Mərkəzinin üç zalını və foyesini əhatə edir.







16 Nov 2018 Belarusun Böyük Tarixi Atlası
Belarus Respublikasının İnformasiya və Texnologiyalar Nazirliyi dörd cilddə olan Belarusun Böyük Tarixi Atlasının dərcinə həsr olunan, 21 Noyabr 2018-ci ildə xüsusi xatirə tədbirində istifadə olunacaq xatirə ştempelli buraxacaq.
ətraflı >>

16 Nov 2018 Nazir Ramin Quluzadə Bərdədə vətəndaşlarla görüşüb
Azərbaycan Respublikası Prezidentinin tapşırıq və tövsiyələrinə uyğun olaraq Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Bərdə şəhərində vətəndaşlarla görüşüb.
ətraflı >>

15 Nov 2018 Bakutel-2018 sərgisinin ziyarətçiləri lotereya qalibi olacaq
Bakı Expo Mərkəzinin sərgi zalında təşkil olunan xüsusi guşədə məhz Bakutel sərgisinin ziyarətçiləri üçün lotereya oyunu keçiriləcək. Azərlotereya ASC tərəfindən təşkil olunacaq lotereyanın oyun qaydalarına əsasən, biletlər oyunda iştirak üçün qeydiyyata alınacaq.
ətraflı >>

14 Nov 2018 Kiyevski kotlet markalarda
Ukrayna poçtu Milli yeməklər seriyasından Kiyevsayağı kotlet markasını dövriyyəyə buraxıb. 140 min tirajla dərc olunan nüsxənin nominalı 7 qrivni, yəni 0.43 Azn-dir.
ətraflı >>

13 Nov 2018 Azərbaycan və Belarus birgə marka dövriyyəyə buraxacaq
Belarus Respublikası Rabitə və İnformasiyalaşdırma Nazirliyi 2018-ci il noyabrın 19-da Azərbaycan və Belarus arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə poçt markasını dövriyyəyə buraxacaq.
ətraflı >>

13 Nov 2018 Nazir Bərdədə vətəndaşlarla görüşəcək
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə 16.11.2018-ci il tarixində saat 12:30-da Bərdə şəhərində Bərdə, Yevlax, Tərtər və Ağdam rayonlarının sakinlərinə göstərilən nəqliyyat, telekommunikasiya (o cümlədən, internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.
ətraflı >>

12 Nov 2018 Müstəqillik qəhrəmanları poçt markalarında
Polşa poçtu 11 noyabr 2018-ci ildə Polşanın müstəqilliyinin bərpasının 100 illiyi adı altında poçt məhsulu dövriyyəyə buraxıb. Poçt məhsulu səkkiz markadan ibarətdir və hər bir markanın tirajı 180 min nüsxə təşkil edir.
ətraflı >>

12 Nov 2018 1 Poçt Şöbəsi və 2 Poçt Agentliyi açılaraq müştərilərin istifadəsinə verilib
Azərpoçt MMC 2018-ci ilin 9 ayı üzrə tarif gəliri proqnozunu 105% icra edib. Belə ki, 2018-ci ilin 9 ayı üzrə təyin olunmuş tarif gəliri proqnoz tapşırıqları yerinə yetirilib, nəzərdə tutulan proqnozdan keçən ilin müvafiq dövrü ilə müqayisədə yəni 4.8% artıq gəlir əldə edilib.
ətraflı >>

7 Nov 2018 Poçt bağlamalarını robotlar daşıyacaq
Norveçin poçt operatoru robot poçtalyonlar hazırlayan "Buddy Mobility" startapı ilə əməkdaşlıq müqaviləsi imzalayıb.
ətraflı >>

6 Nov 2018 Arxeologiya silsiləsindən olan şahmat fiqurları markalarda
Noyabrın 12-də Belarus Respublikası Rabitə və İnformasiya Nazirliyi "Arxeologiya" seriyasından iki poçt markasını dövriyyəyə buraxacaq.
ətraflı >>



Alış Satış
1.9150 1.9500
1.6980 1.7015
0.0251 0.0258
GBP 2.1500 2.2000
SDR 1 SDR 2,3499