Bizimlə əlaqə: (012) 493-56-00
Bizimlə əlaqə: (012) 493-56-00 Az En
   Elektron xidmətlər
   İndeks və Ünvanların axtarışı
   Poçt göndərişlərinin izlənilməsi
   Məktub yazmaq
   Elektron Xidmətlər Portalı
   Elektron İmzası
   E-Ticarət
Xəbərlər
30 Jan 2015

Nazir Şirvanda vətəndaşlarla görüşüb

 Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə müvafiq olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu davam etdirir, onların müraciət, şikayət və təkliflərinin araşdırılaraq həll olunması üçün konkret tədbirlər görürlər. Tərtib olunan qrafikə əsasən rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bu gün Şirvan şəhərində Şirvan, Hacıqabul və Saatlıdan olan vətəndaşlarla görüşüb.
 
 Qəbuldan öncə Şirvan şəhər icra hakimiyyətinin başçısı Mərdan Camalovun və Dünya Bankının nümayəndələrinin iştirakı ilə "Maliyyə xidmətlərinin inkişafı" layihəsi çərçivəsində tamamilə yenidən qurulan Şirvan Regional Poçt filialının Müştəri Xidmətləri Mərkəzi ilə tanışlıq olub.
 
Nazir Əli Abbasova və tədbir iştirakçılarına məlumat verilib ki, bu xidmət  çərçivəsində ölkəmizin şəhər və regionlarında əhalinin bank-maliyyə xidmətlərinə sərbəst çıxışı təmin edilir.
 
 Bu istiqamətdə Şirvan RPF-də Qafqaz regionunda analoqu olmayan bir müştəri xidmətləri mərkəzi (MXM) yaradılıb. Yeni yaradılan xidmət mərkəzində bank və maliyyə xidmətləri ilə yanaşı, məktub, bağlama və banderolların, teleqramların, poçt pul baratlarının qəbulu və göndərilməsi, poçt markalarının satışı, sürətli poçt xidmətləri, dövri mətbuatın abunəsi və çatdırılması, enerji daşıyıcılarının və digər kommunal xidmət haqlarının yığılması, dünyanın istənilən ölkəsinə sürətli pulköçürmələri, şəhərlərarası telefon danışıq haqlarının ödənilməsi xidmətlərinin həyata keçirilməsi təmin edilir.
 
Bundan əlavə, poçt rabitəsi sahəsində ilk dəfə olaraq MXM-də valideynləri ilə gələn uşaqlar üçün istirahət guşəsi yaradılıb.
 
   Daha sonra nazir Telekommunikasiya Qovşağının geniş akt zalında bölgə vətəndaşlarını qəbul edib. Qəbulda nazirliyin müvafiq struktur rəhbərləri, habelə rayonların poçt  və telekommunikasiya qovşaqlarının rəhbərləri ilə videoəlaqə yaradılıb.

Müraciət edən hər bir vətəndaş diqqətlə dinlənilərək qaldırılan məsələlərin əksəriyyəti yerindəcə həllini tapıb. Araşdırılmaya ehtiyac olan bəzi müraciətlər isə qeydiyyata götürülüb. 

Qəbul zamanı nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər də olub. Bununla əlaqədar vətəndaşlarla ətraflı izahat işləri aparılıb. Həmin müraciətlər müvafiq strukturlara göndərilərək həll olunması üçün qeydiyyata alınıb.







1 Jun 2017 Azərbaycan poçtunun yaranmasından 199 il ötür
Ölkəmizdə poçt rabitəsinin yaradılmasından 199 il ötür Bəşər övladı qədim zamanlardan bəri informasiya mübadiləsinə, məlumatların məsafədən-məsafəyə ötürülməsinə daim ehtiyac duyub.
ətraflı >>

14 Mar 2017 "PoçTap" sosial layihəsi çərçivəsində əməkdaşlıq memorandumu imzalanıb
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Azərpoçt" MMC-nin reallaşdırdığı itirilmiş sənədlərin tapılaraq sahibinə qaytarılmasına xidmət edən "PoçTap" sosial layihəsi çərçivəsində əməkdaşlıq haqqında memorandum imzalanıb.
ətraflı >>

2 Mar 2017 İtirilmiş sənədlərin tapılaraq sahibinə qaytarılması üzrə PoçTap xidməti istifadəyə verildi
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərpoçt MMC tərəfindən reallaşdırılan yeni sosial layihə çərçivəsində PoçTap xidməti istifadəyə verilib. PoçTap itirilmiş sənədlərin tapılaraq sahibinə qaytarılmasına xidmət edir.
ətraflı >>

13 fev 2017 Azərbaycan Prezidentinin Sərəncamı ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradılıb
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması haqqında Sərəncam imzalayıb. Dövlətimizin başçısının digər Sərəncamı ilə Ramin Quluzadə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilib.
ətraflı >>

10 fev 2017 İlham Əliyev Bakıdakı 1 saylı poçt filialında yeni xidmət mərkəzinin açılışında iştirak edib
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əsaslı şəkildə yenidən qurulan 1 saylı poçt filialının yeni xidmət mərkəzinin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər.
ətraflı >>

25 Jan 2017 Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yeni elektron xidmət istifadəyə verdi
Elektron hökumət portalında 36 xidməti ilə təmsil olunan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Poçt ünvanları - interaktiv xəritə adlı daha bir elektron xidməti portala inteqrasiya olundu.
ətraflı >>

16 Dec 2016 Azərbaycanda telefon rabitəsinin yaradılmasının 135 illiyi ilə əlaqədar keçirilən müsabiqə və yarışların qalibləri mükafatlandırılıb
Bu gün Rabitə və Yüksək Texnologiyalar Nazirliyində rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı Azərbaycanda telefon rabitəsinin yaradılmasının 135 illiyi ilə əlaqədar keçirilən müsabiqə və yarışların qaliblərinin təltifetmə mərasimi keçirilib.
ətraflı >>

1 Dec 2016 Prezident İlham Əliyev Bakutel 2016 sərgisi ilə tanış olub
Noyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva XXII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisi - \"Bakutel-2016\" ilə tanış olublar.
ətraflı >>

5 Nov 2016 Azərpoçtda yeni xidmət
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərpoçt MMC yeni sosial layihəyə başlayır.
ətraflı >>

25 Oct 2016 Rabitə və Yüksək Texnologiyalar Nazirliyində 9 ayın yekunlarına dair müşavirə keçirilib
Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) cari ilin 9 ayının yekunlarına dair müşavirə keçirilib. İclasda Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, nazir müavinləri, müşavirlər, şöbə müdirləri, tabeli qurum və müəssisələrin rəhbərləri iştirak edib, bir çox qurumlarla canlı videokonfrans əlaqəsi yaradılıb.
ətraflı >>



Alış Satış
1.8650 1.9150
1.6850 1.7100
0.0277 0.0284
GBP 2.1100 2.1800
SDR 1 SDR 2,3469