Bizimlə əlaqə: (012) 493-56-00
Bizimlə əlaqə: (012) 493-56-00 Az En
   Elektron xidmətlər
   İndeks və Ünvanların axtarışı
   Poçt göndərişlərinin izlənilməsi
   Məktub yazmaq
   Elektron Xidmətlər Portalı
   Elektron İmzası
   E-Ticarət
Xəbərlər
25 fev 2015

"Azərpoçt" MMC-nin "Gənclər Təşkilatı"nın Xocalı Soyqırımının 23-cü il dönümü ilə bağlı bəyanatı

 1100-dən çox üzvü olan “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətin “Gənclər Təşkilatı”nın 1992-ci ilin 26 fevral tarixində baş vermiş Xocalı Soyqrımının 23-cü ildönümü ilə bağlı

BƏYANATI

Bakı şəhəri                                                                                                                                  25.02.2015

“1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin və keçmiş sovet ordusunun Xankəndindəki 366-cı motoatıcı alayının iştirakı ilə Azərbaycan Respublikasının   Xocalı şəhərinin dinc əhalisinə qarşı vəhşicəsinə törədilən kütləvi qırğından -   Azərbaycan xalqının  soyqırımı hadisəsindən 23 il ötür.  Şəxsi heyətində erməni zabitlərin də olduğu bu alayın çoxsaylı ağır texnikası şəhərə yeridilib, yaşayış evləri və sosial infrastruktur tamamilə dağıdılıb və yandırılıb. Cinayətkarlar vahimə içərisində şəhəri tərk etmək məcburiyyətində qalan dinc insanları amansızcasına qətlə yetiriblər. XX əsrin sonunda törədilən Xocalı qətliamı bəşəriyyətə, insanlığa qarşı çağdaş dövrdə törədilən ən ağır cinayətlərdən biri kimi erməni təcavüzkarlarının niyyətini, həqiqi mənəvi- əxlaqi- mədəni simasını, bəşəri dəyərlərdən və müasir mədəniyyətdən nə qədər uzaqda olduqlarını  bütün çılpaqlığı ilə ortaya qoyur. Bu faciə erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı uzun müddət davam edən etnik təmizləmə və soyqırımı siyasətinin daha bir dəhşətli nümunəsidir.

“Azərpoçt” MMC-nin Gənclər Təşkilatı təəssüflə qeyd edir ki, baş verməsindən 23  il keçməsinə baxmayaraq, Xocalı soyqırımı beynəlxalq aləm tərəfindən lazımi qiymətini almamışdır. Bu cinayəti törədənlər  haqqında hüquqi hökmlər  verilməmiş, cinayətkarlar hələ də cəzasız qalmaqda davam edirlər. İnsan həyatını ən ali dəyər kimi qəbul edən müasir dünyanın bu anti-bəşəri cinayətə qarşı susqun qalması  bağışlanılan və  başa düşülən deyil.

“Azərpoçt” MMC-nin Gənclər Təşkilatı hesab edir ki, Xocalı soyqırımı hadisəsinin həqiqi qiymətini alması  bütün dünyada genosid   cinayətlərinin önünə keçilməsi, genosid cinayətlərində təqsirli olan şəxslərin müəyyən edilib cəzalandırılması  sahəsində bəşəriyyətin apardığı mübarizənin gücləndirilməsi üçün fövqəladə əhəmiyyətə malikdir. Xocalı soyqırımı zamanı baş vermiş cinayət əməllərinin qabaqcadan düşünülərək, milli əlamətinə görə insanların kütləvi şəkildə məhv edilməsi niyyəti ilə törədilməsi onun genosid aktı olduğunu sübut edir.

Beynəlxalq hüquq normalarına görə, soyqırımı törətmiş şəxslərin cinayət mühakiməsi və cəzalandırılması labüddür. Lakin təəssüf ki, Azərbaycanda dinc əhaliyə qarşı belə dəhşətli soyqırımı aktları həyata keçirilməsinə baxmayaraq, bu faktlar, o cümlədən Xocalı soyqırımı beynəlxalq aləmdə hələ də öz qiymətini almayıb, bu hadisəni planlaşdıranlar, təşkil edənlər və törədənlər məsuliyyətə cəlb edilməyib, layiqli cəzalarına çatmayıb və bu istiqamətdə hər hansı bir tədbir görülməyib.

Ümummilli liderimiz Heydər Əliyev Xocalı soyqırımının əsl mahiyyətini açıqlayıb və 1994-cü ilin fevralında Azərbaycan Milli Məclisi Xocalı soyqırımına hüquqi-siyasi qiymət verib. Respublika Prezidenti cənab İlham Əliyev bu münaqişənin yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllini tapmasının, zəbt edilmiş Azərbaycan torpaqlarından işğalçı qüvvələrin çıxarılmasının zəruriliyini daim qətiyyətlə vurğulayır. Cənab Prezidentin uğurlu siyasətinin nəticəsidir ki, artıq Kanada, Meksika, Kolumbiya, Peru, Pakistan, Bosniya və Herseqovina, Rumıniya, Çexiya, Sudan, İordaniya və Hondurasın parlamentləri Xocalı soyqırımını tanıyıblar.

İkili standartlara yol vermədən, beynəlxalq hüquq norma və prinsiplərinə uyğun olaraq, bu hadisə xüsusi beynəlxalq komissiya tərəfindən araşdırılmalı, səlahiyyətli beynəlxalq qurumlar tərəfindən genosid aktı kimi tanınmalı, cinayət törədənlərə qarşı sanksiyalar tətbiq edilməlidir. Nüfuzlu beynəlxalq qurumları birmənalı mövqe nümayiş etdirərək, bir daha bu soyqırımını pisləməyə, onu törədənlərin layiq olduqları cəzanı tezliklə alması üçün səyləri artırmağa çağırırıq.

Bir daha bəyan edirik ki, Ermənistan münaqişə ilə bağlı qəbul edilmiş beynəlxalq sənədlərin müddəalarını yerinə yetirməli, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalı, azərbaycanlı əsir və girovlar azad edilməli, qaçqın və məcburi köçkünlərin pozulmuş hüquqları bərpa olunmalı, onlar öz doğma yurdlarına qayıtmalı, günahsız, dinc insanları məhv edən cinayətkarlar tezliklə ədalət məhkəməsi qarşısında cavab verməli və cəzalandırılmalıdır.

“Azərpoçt” MMC-nin Gənclər Təşkilatı Xocalı soyqırımını və Xocalı soyqırımı qurbanlarını öz tarixinin ən faciəli hadisələrindən biri kimi heç vaxt unutmur, Xocalı soyqırımında həlak olmuş soydaşlarımızın əziz xatirəsi qarşısında baş əyir və əmin olduğunu bildirir ki, Azərbaycan xalqı vətən uğrunda həlak olduğu müqəddəs torpaqlarımızın azad edilməsi vəzifəsini mütləq yerinə yetirəcəkdir”. 

 







16 Jan 2018 2017-ci ildə ölkə ərazisinə daxil olan beynəlxalq poçt göndərişlərin sayı 876 min 509 ədəd təşkil edib.
Bu öncəki ilin müvafiq dövrü ilə müqayisədə 26,4% (183321 ədəd) çoxdur və bu göndərişlərin böyük əksəriyyəti elektron ticarət saytlarından sifariş olunan məhsullardır.
ətraflı >>

12 Jan 2018 Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturu
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli Fərmanı ilə TƏSDİQ EDİLMİŞDİR
ətraflı >>

29 Dec 2017 Qanvermə aksiyası keçirildi
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparatının, qurum və müəssisələrinin əməkdaşlarının iştirakı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilmiş qanvermə aksiyası keçirilib.
ətraflı >>

28 Dec 2017 Bayram günlərində əhali fasiləsiz poçt xidmətləri ilə təmin olunacaq
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı günlərində əhalinin nəqliyyat, telekommunikasiya, o cümlədən internet, mobil rabitə xidmətləri və radio-televiziya yayımı ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsinə dair tabeli qurumlara, rabitə birlik və müəssisələrinə, həmçinin telekommunikasiya operatorlarına müvafiq tapşırıqlar verib.
ətraflı >>

19 Dec 2017 Azərbaycandakı Amerika Ticarət Palatası işgüzar nahar təşkil edib
Dekabrın 19-da Azərbaycandakı Amerika Ticarət Palatası (AmCham Azərbaycan) Hewlett Packard Enterprise (HPE) şirkətinin dəstəyi ilə öz üzvləri üçün Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin iştirakı və nitqi ilə müşayiət olunan aylıq işgüzar nahar təşkil edib.
ətraflı >>

18 Dec 2017 Poçtda alınan və göndərilən bağlamalara görə nə qədər ödənməlidir? - Rəsmi qiymətlər
Mövcud qanunvericiliyə əsasən ölkəyə daxil olan və ölkədən çıxan hər bir gömrüklü poçt göndərişi çəkisindən, dəyərindən və ona gömrük rüsumunun tətbiq olunub-olunmamasından asılı olmayaraq beynəlxalq poçt işləmələri mərkəzində gömrük nəzarətindən keçirilir.
ətraflı >>

15 Dec 2017 Nazir Ramin Quluzadə Saylanda vətəndaşlarla görüşüb
Bu gün Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Salyan şəhərində vətəndaşlarla görüşüb.
ətraflı >>

11 Dec 2017 Zaqatalada Şəbəkə xidmət mərkəzi fəaliyyətə başladı
Ölkəmizdə telekommunikasiya infrastrukturunun müasirləşdirilməsi üzrə aparılan işlər çərçivəsində Zaqatala Telekommunikasiya Qovşağının inzibati və texnoloji binası əsaslı şəkildə yenidən qurularaq, ən müasir avadanlıqla təchiz olunub. Rekonstruksiya işləri başa çatdırılan bina artıq istifadəyə verilib.
ətraflı >>

6 Dec 2017 Azərbaycan Prezidenti İlham Əliyev Bakutel-2017 sərgisi ilə tanış olub
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 6-da Bakı Ekspo Mərkəzində XXIII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisi - Bakutel-2017 ilə tanış olublar.
ətraflı >>

6 Dec 2017 Dekabrın 6-da Azərbaycanda rabitə və yüksək texnologiyalar sahəsi işçilərinin peşə bayramıdır.
Peşə bayramı Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il 2 dekabr tarixli Sərəncamına müvafiq olaraq təsis edilib. O vaxtdan bütün respublikada rabitəçilər və informasiya texnologiyaları sahəsinin işçiləri dekabrın 6-da öz peşə bayramlarını qeyd edirlər.
ətraflı >>



Alış Satış
2.0650 2.1000
1.6950 1.7015
0.0295 0.0302
GBP 2.3450 2.3950
SDR 1 SDR 2,4491