Bizimlə əlaqə: (012) 493-56-00
Bizimlə əlaqə: (012) 493-56-00 Az En
   Elektron xidmətlər
   İndeks və Ünvanların axtarışı
   Poçt göndərişlərinin izlənilməsi
   Məktub yazmaq
   Elektron Xidmətlər Portalı
   Elektron İmzası
   E-Ticarət
Xəbərlər
13 Apr 2015

Azərpoçt növbəti dəfə Qızıl səviyyəli sertifikata layiq görülüb

 Azərbaycan poçtu göstərdiyi xidmətin keyfiyyətinə görə növbəti dəfə qızıl səviyyəli sertifikata layiq görülüb. Qeyd edək ki, Ümumdünya Poçt İttifaqının (ÜPİ) EMS (Ekspress Mail Servis - Sürətli Poçt Xidmətləri) Korporasiyasının üzvü olan ölkələrin göstərdiyi poçt xidmətlərinin keyfiyyətini ölçmək üçün hər il bir sıra kriterilər müəyyən edilir və bu kriterilər üzrə ilin yekunlarına görə keyfiyyət göstəriciləri müqayisə edilir. Aparılan müqayisənin nəticələrinə görə, ən yüksək faiz göstəricilərinə nail olan ölkələr qızıl, gümüş və bürünc səviyyəli keyfiyyət sertifikatlarına layiq görülürlər.
 
Azərbaycanın EMS xidmətləri göstərən “Azərekspresspoçt” müəssisəsi bu vaxta qədər 1 bürünc, 2 gümüş, 7 qızıl səviyyəli sertifikata layiq görülüb.
 
Son 2 il ərzində ÜPİ tərəfindən qoyulan tələblərin sərtləşdirilməsi, yeni-yeni keyfiyyət kriterilərinin əlavə edilməsi səbəbindən qızıl səviyyəli sertifikatı əldə etmək mümkün olmamışdı.
 
Lakin 2014-cü ildə “Azərpoçt” MMC tərəfindən aparılan məqsədyönlü işlər, görülən əlavə tədbirlər, xidmətin keyfiyyətinin yaxşılaşdırılması, göndərişlərin nəzərdə tutulan vaxt çərçivəsində çatdırılması istiqamətində, eləcə də müştərilərlə münasibətlərin tənzimləndirilməsi üzrə görülən əlavə tədbirlərin nəticəsində Azərbaycan 200 ölkə arasında 4-cü yeri tutmaqla növbəti dəfə qızıl səviyyəli sertifikata layiq görülüb.
 
 
Bu, bir daha onu göstərir ki, Azərbaycanda poçt xidməti, xüsusilə də EMS xidmətinin təşkili yüksək səviyyədədir. Qeyd etmək yerinə düşər ki, sözügedən qiymətləndirmə Azərbaycanın özü tərəfindən və hətta Ümumdünya Poçt İttifaqının daxili qurumları tərəfindən deyil, ÜPİ-yə aid olmayan müstəqil  audit  şirkəti tərəfindən aparılıb.
 
 
Məlumat üçün bildirək ki, aprel ayının 15-dən may ayının 5-nə qədər Ümumdünya Poçt İttifaqının yaz sessiyası keçiriləcək. Bu sessiya çərçivəsində aprelin 22-də EMS Korporasiyasının ümumi yığıncağı baş tutacaq. Yığıncaqda mükafat əldə edən ölkələrə, o cümlədən Azərbaycana sözügedən sertifikat təqdim ediləcək.
 







16 Nov 2018 Belarusun Böyük Tarixi Atlası
Belarus Respublikasının İnformasiya və Texnologiyalar Nazirliyi dörd cilddə olan Belarusun Böyük Tarixi Atlasının dərcinə həsr olunan, 21 Noyabr 2018-ci ildə xüsusi xatirə tədbirində istifadə olunacaq xatirə ştempelli buraxacaq.
ətraflı >>

16 Nov 2018 Nazir Ramin Quluzadə Bərdədə vətəndaşlarla görüşüb
Azərbaycan Respublikası Prezidentinin tapşırıq və tövsiyələrinə uyğun olaraq Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Bərdə şəhərində vətəndaşlarla görüşüb.
ətraflı >>

15 Nov 2018 Bakutel-2018 sərgisinin ziyarətçiləri lotereya qalibi olacaq
Bakı Expo Mərkəzinin sərgi zalında təşkil olunan xüsusi guşədə məhz Bakutel sərgisinin ziyarətçiləri üçün lotereya oyunu keçiriləcək. Azərlotereya ASC tərəfindən təşkil olunacaq lotereyanın oyun qaydalarına əsasən, biletlər oyunda iştirak üçün qeydiyyata alınacaq.
ətraflı >>

14 Nov 2018 Kiyevski kotlet markalarda
Ukrayna poçtu Milli yeməklər seriyasından Kiyevsayağı kotlet markasını dövriyyəyə buraxıb. 140 min tirajla dərc olunan nüsxənin nominalı 7 qrivni, yəni 0.43 Azn-dir.
ətraflı >>

13 Nov 2018 Azərbaycan və Belarus birgə marka dövriyyəyə buraxacaq
Belarus Respublikası Rabitə və İnformasiyalaşdırma Nazirliyi 2018-ci il noyabrın 19-da Azərbaycan və Belarus arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə poçt markasını dövriyyəyə buraxacaq.
ətraflı >>

13 Nov 2018 Nazir Bərdədə vətəndaşlarla görüşəcək
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə 16.11.2018-ci il tarixində saat 12:30-da Bərdə şəhərində Bərdə, Yevlax, Tərtər və Ağdam rayonlarının sakinlərinə göstərilən nəqliyyat, telekommunikasiya (o cümlədən, internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.
ətraflı >>

12 Nov 2018 Müstəqillik qəhrəmanları poçt markalarında
Polşa poçtu 11 noyabr 2018-ci ildə Polşanın müstəqilliyinin bərpasının 100 illiyi adı altında poçt məhsulu dövriyyəyə buraxıb. Poçt məhsulu səkkiz markadan ibarətdir və hər bir markanın tirajı 180 min nüsxə təşkil edir.
ətraflı >>

12 Nov 2018 1 Poçt Şöbəsi və 2 Poçt Agentliyi açılaraq müştərilərin istifadəsinə verilib
Azərpoçt MMC 2018-ci ilin 9 ayı üzrə tarif gəliri proqnozunu 105% icra edib. Belə ki, 2018-ci ilin 9 ayı üzrə təyin olunmuş tarif gəliri proqnoz tapşırıqları yerinə yetirilib, nəzərdə tutulan proqnozdan keçən ilin müvafiq dövrü ilə müqayisədə yəni 4.8% artıq gəlir əldə edilib.
ətraflı >>

7 Nov 2018 Poçt bağlamalarını robotlar daşıyacaq
Norveçin poçt operatoru robot poçtalyonlar hazırlayan "Buddy Mobility" startapı ilə əməkdaşlıq müqaviləsi imzalayıb.
ətraflı >>

6 Nov 2018 Arxeologiya silsiləsindən olan şahmat fiqurları markalarda
Noyabrın 12-də Belarus Respublikası Rabitə və İnformasiya Nazirliyi "Arxeologiya" seriyasından iki poçt markasını dövriyyəyə buraxacaq.
ətraflı >>



Alış Satış
1.9150 1.9500
1.6980 1.7015
0.0251 0.0258
GBP 2.1500 2.2000
SDR 1 SDR 2,3499