Bizimlə əlaqə: (012) 493-56-00
Bizimlə əlaqə: (012) 493-56-00 Az En
   Elektron xidmətlər
   İndeks və Ünvanların axtarışı
   Poçt göndərişlərinin izlənilməsi
   Məktub yazmaq
   Elektron Xidmətlər Portalı
   Elektron İmzası
   E-Ticarət
Xəbərlər
8 May 2015

Şuşanın işğalının 23-cü il dönümü "Azərpoçt" MMC-də qeyd edilib

 Bu gün “Azərpoçt” MMC-də Azərbaycanın dilbər güşələrindən biri olan Şuşanın erməni silahlı qüvvələri tərəfindən işğalının 23-cü il dönümü ilə əlaqədar anım mərasimi keçirilib. Tədbirdə Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəliyev, MMC-nin rəhbər heyəti və əməkdaşları iştirak edib. Tədbir iştirakçıları ilk öncə ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad edib.

1988-ci ildən başlayaraq ermənilərin işğalçılıq siyasəti nəticəsində Azərbaycan ərazisinin 20 faizi zəbt olunub. Ermənistan Azərbaycan əhalisinə qarşı etnik təmizləmə siyasəti aparıb. BMT-nin məlum qətnamələrinə baxmayaraq, Ermənistan bu gün də işğalçılıq siyasətini davam etdirir. Bu işğalçılıq xalqımıza böyük maddi-mənəvi ziyan vurub, 1 milyondan artıq soydaşımız öz yurd-yuvasından didərgin düşüb.

Diqqətə çatdırılıb ki, Şuşanın işğalı nəticəsində şəhərdə 195 nəfər Azərbaycan vətəndaşı xüsusi amansızlıqla qətlə yetirilib, 165 nəfər yaralanıb, onlardan 150 nəfəri əlil olub, 552 körpə valideynlərini itirib, 20 mindən artıq insan isə doğma yurd-yuvasını tərk edərək məcburi köçkün vəziyyətinə düşüb. Əsir və girov götürülmüş 58 azərbaycanlının taleyi barədə bu günə qədər məlumat yoxdur.

Qeyd edilib ki, Şuşa Azərbaycan tarixinə, mədəniyyətinə görkəmli şəxsiyyətlər, incəsənət xadimləri, ziyalılar bəxş edib. Respublikada ilk teatr, nəşriyyat, kitabxana Şuşada açılıb. Şuşada ermənilər 8 mədəniyyət evinevini, 25 tibb mərkəzini, 7 uşaq bağçasını, 2 mehmanxananı, Şuşa televiziyasını və bir sıra tarixi mədəniyyət abidələri talan edib, yandırıb və dağıdıblar.

Sonda qeyd olunub ki, Azərbaycan heç vaxt öz torpaqlarının işğalı faktı ilə razılaşmayıb. Şuşanın işğalından keçən 23 il ərzində Azərbaycan özünün iqtisadi imkanlarını və hərbi qüdrətini xeyli artırıb. Bütün bunlar Şuşanın düşmən işğalından azad olunması gününün uzaqda olmadığı deməkdir. 







19 Apr 2018 Belarus milli poçt şəbəkəsinin operatoru olan Belpoçt 23-27 aprel 2018-ci il tarixləri arasında E-commerce"- elektron ticarət təqdimat həftəsi keçirəcək
Elektron ticarət bütün dünyada olduğu kimi, Belarus dövlətinin də logistika mərkəzinə çevrilməsində böyük rol oynayır. Beynəlxalq elektron ticarət məhsullarının poçt vasitəsilə daşınma və çatdırılması baxımından ölkə üçün yeni imkanlar açır.
ətraflı >>

18 Apr 2018 Amerika Birləşmiş Ştatlarının Poçt Xidməti ABŞ Aviapoçt unun 100 illik yubileyini qeyd edəcək
Bu il Amerika Birləşmiş Ştatlarının Poçt Xidməti hava poçtunun 100 illiyinə həsr olunmuş iki Forever (Əbədi) tipli poçt markalarını nəşr edəcək. Markalardan biri mavi, digəri isə qırmızı rəngdə olacaq.
ətraflı >>

17 Apr 2018 Azərekspresspoçt ÜPİ tərəifndən mükafata layiq görüldü
İsveçrənin Bern şəhərində yerləşən Ümumdünya Poçt İttifaqında(ÜPİ) EMS Kooperativinin 21-ci Ümumi Assambleyası keçirilib. Azərbaycan da daxil olmaqla EMS Kooperativinə üzv olan Avropa ölkələri mərasimdə iştirak ediblər.
ətraflı >>

13 Apr 2018 Qazaxıstan poçtu 25 illik yubiley
Qazaxıstan poçtu 25 illik yubileyi şərəfinə "Gələcəyin poçtu" mövzusunda müsabiqə elan edib.
ətraflı >>

12 Apr 2018 Bakıda poçt göndərişləri üzərində gömrük nəzarəti mövzusunda seminar keçirilir
Bu gün Bakıda Avropa İttifaqının Texniki Yardım və İnformasiya Proqramı (TAIEX) çərçivəsində "Ümumdünya Poçt İttifaqı aktları ilə müşayiət olunan beynəlxalq poçt göndərişləri və daşıyıcı şirkətlər tərəfindən daşınan sürətli poçt göndərişləri üzərində gömrük nəzarəti" mövzusunda seminar öz işinə başlayıb.
ətraflı >>

30 Mar 2018 Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qobustanda vətəndaşlarla görüşüb
Bu gün Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin mart ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Qobustan şəhərində görüş keçirib.
ətraflı >>

29 Mar 2018 Nazir Qobustan şəhərində vətəndaşlarla görüşəcək
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə 30.03.2018-ci il tarixdə saat 11:30-da Qobustan şəhərində Qobustan, Şamaxı, Ağsu və İsmayıllı rayonlarının sakinlərinə göstərilən poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və nəqqliyyat, telekommunikasiya (o cümlədən, internet, televiziya və radio yayımı), bu sahələrdə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşlar vətəndaşları qəbul edəcək.
ətraflı >>

19 Mar 2018 Bayram günlərində əhali fasiləsiz poçt,rabitə və nəqliyyat xidmətləri ilə təmin ediləcək
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Novruz Bayramı günlərində əhalinin nəqliyyat, telekommunikasiya, o cümlədən telefon, internet, mobil rabitə, radio-televiziya yayımı və poçt xidmətləri ilə keyfiyyətli və dayanıqlı şəkildə təmin edilməsinə dair tabeli qurumlara, rabitə müəssisələrinə, həmçinin telekommunikasiya operatorlarına müvafiq tapşırıqlar verib.
ətraflı >>

19 Mar 2018 "Azərpoçt" MMC vasitəsilə Novruz bayramına həsr olunmuş marka dövriyəyə buraxılıb
Bakıda Azərbaycan xalqının milli bayramı Novruz münasibətilə keçirilən ümumxalq şənliyində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Azərmarka" MMC tərəfindən bayrama həsr olunmuş xüsusi stend təqdim olunub.
ətraflı >>

5 Mar 2018 200-dən çox insan "Azərpoçt"un aksiyana qoşuldu
Bunu nəzərə alaraq, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Azərpoçt" MMC 8 Mart Beynəlxalq Qadınlar günü" münasibətilə məktub yazmaq aksiyası keçirib.
ətraflı >>



Alış Satış
2.0850 2.1150
1.6970 1.7020
0.0274 0.0280
GBP 2.3600 2.4100
SDR 1 SDR 2,4753