Bizimlə əlaqə: (012) 493-56-00
Bizimlə əlaqə: (012) 493-56-00 Az En
   Elektron xidmətlər
   İndeks və Ünvanların axtarışı
   Poçt göndərişlərinin izlənilməsi
   Məktub yazmaq
   Elektron Xidmətlər Portalı
   Elektron İmzası
   E-Ticarət
Xəbərlər
8 May 2015

Qubada gənclərlə görüş

 Xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar mayın 6-da Azərpoçt MMC-nin Quba Poçt Filialında gənclərlə görüş keçirilib.Tədbirdə rayon Yeni Azərbaycan Partiyasının Gənclər Təşkilatının nümayəndəsi, habelə yerli kütləvi informasiya vasitələrindən nümayəndələr qonaq qismində iştirak edirdilər.  İlk olaraq ulu öndər Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Azərpoçt MMC-nin Quba Poçt Filialının rəisi Eldar Akimi tədbirdə çıxış edərək müasir müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın müdrik rəhbəri Heydər Əliyevin müasir Azərbaycan tarixindəki rolu, demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu islahatlar barədə ətraflı məlumat verib.
E.Akimi xüsusi vurğulayıb ki, şərəfli və mənalı ömür yolunu ölkəmizin tərəqqisinə həsr etmiş ulu öndərimiz Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi əsaslarını yaradıb, xalqı həqiqi müstəqilliyə qovuşduraraq ictimai şüurda əbədiyaşarlıq hüququ qazanıb.  Daha sonra çıxış üçün söz “Azərpoçt” MMC-nin Gənclər Təşkilatının idarə heyətinin sədri Elnur Nurəliyevə verilmişdir. O, bildirmişdir ki, ölkəmizdə gənclər siyasətinin əsasını ümummilli lider Heydər Əliyev qoyub. Yaşadığı dövr ərzində Ulu öndər gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirmiş, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm vermiş, bu siyasəti müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirmişdir. Gənclər, İdman və Turizm Nazirliyinin yaradılması, müstəqil Azərbaycan gənclərinin ilk ümumrespublika forumunun keçirilməsi, 2 fevralın Azərbaycan gəncləri günü elan edilməsi, 5 dövlət proqramının qəbulu, "Dövlət gənclər siyasəti haqqında" fərman və geniş fəaliyyət proqramının təsdiq edilməsi Heydər Əliyevin gənclərə böyük qayğısının nəticəsi idi. Bu, gənclərin respublikanın ictimai-siyasi həyatında daha fəal iştirakına şərait yaradır, habelə dövlət orqanlarının diqqətini gəncliyin problemlərinin həllinə yönəldirdi.

Ulu öndərin gəncliyə və gənclərə etimadı indi də öz təsdiqini tapmaqdadır. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və hal-hazırda onun siyasi kursunun layiqli davamçısı olan cənab prezident İlham Əliyev tərəfindən yürüdülən və inkişaf etdirilən gənclər siyasəti bu gün mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Cənab İlham Əliyev Ulu öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiyəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının  formalaşması və inkişafı üçün yaradılan şərait və imkan böyük diqqətin nəticəsidir. Dövlət başçısının gənclərin xaricdə təhsil almasına dəstək verən “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı” bütün təbəqədən olan gənclərin xaricdə təhsilinə geniş imkanlar yaratdı. İndi bu proqram çərçivəsində minlərlə gənc dünyanın ən nüfuzlu təhsil ocaqlarında təhsil alır.

Gənclər siyasətində idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılması da mühüm yer tutur. Təsadüfü deyil ki, İyun ayında İlk Avropa oyunları Azərbaycanın paytaxtı Bakı şəhərində keçiriləcək, bundan başqa 2017-ci ildə İslam həmrəylik oyunları, 2020-ci ildə Futbol üzrə Avropa çempionatının “play off” çərçivəsində bir neçə oyunun Bakıda keçirilməsi planlaşdırılır. Dövlət başçısının məqsədyönlü səyləri nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib. Bölgələrdə də olimpiya komplekslərinin açılması, ölkəmizin nüfuzlu beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi, idmançılarımızın olimpiada və dünya çempionatlarında uğurlu çıxışları buna əyani sübutdur.

Gənclərin məşğulluğunun təmin olunması üçün də mühüm addımlar atılır. Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycanın Birinci xanımı Mehriban Əliyevanın sədrliyi ilə keçirilən, dünyanın yüz ölkəsindən beş yüzə yaxın qonağın qatıldığı “Gənclərin Məşğulluq sammiti”nə ev sahibliyi edən Azərbaycan məşğulluq probleminin aradan qaldırılması istiqamətində gördüyü işləri qürurla ortaya qoydu. Bugün “Azərpoçt” MMC-nin 5000 nəfərdən çox əməkdaşı vardır ki, onarın da 20 %-dən çoxunu  məhz gənclər təşkil edir. Bu diqqət gənclərin fəallığını daha da artırır, onları səfərbər edir. Ayrı-ayrı gənclər təşkilatları il boyu gənclər və yeniyetmələri müxtəlif layihələrə cəlb edir, onların hər tərəfli inkişafı, kamil vətəndaş kimi yetişmələri, dövlət quruculuğunda lider kimi formalaşmalarına kömək məqsədilə çoxsaylı tədbirlər keçirirlər.

Görüşdə iştirak edən gənclər tədbirdə fəallıq göstərmiş və çıxışlar etmişlər. Tədbirə yekun vuran “Azərpoçt” MMC-nin Gənclər Təşkilatının idarə heyyətinin sədri Elnur Nurəliyev bildirib ki, Azərpoçt MMC-nin kollektivi, o cümlədən gənclər ulu öndər Heydər Əliyevin dövlətçilik ideyalarına həmişə sadiq qalacaq, müstəqilliyimizin qorunması istiqamətində Prezident İlham Əliyev tərəfindən həyata keçirilən dövlətçilik tədbirlərində həmişə yaxından iştirak edəcək. Sonda ulu öndərimiz Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş etdirilib.







21 Nov 2018 Robot və dronlar yürüşü
İKT LAB və AREA-nın birgə təşkilatçılığı ilə uşaqlar və gənclər üçün Robot və dronlar yürüşü adlı çox əyləncəli və maraqlı seminar keçiriləcəkdir.
ətraflı >>

20 Nov 2018 Prezident poçt layihəsinin təntənəli tədbirində iştirak etdi
Noyabr ayınının 19-da Azərbaycan prezidenti İlham Əliyevin Minskə rəsmi səfəri çərçivəsində Azərbaycan və Belarus arasında diplomatik əlaqələrin qurulmasının 25-ci il dönümünə həsr olunan birgə poçt layihəsinin təntənəli tədbiri keçirilib.
ətraflı >>

19 Nov 2018 "Azərpoçt" MMC HUB-la 16 ölkəyə 4 mln 171 min 645 ədəd poçt göndərib
Azərbaycanın yerləşdiyi əlverişli geostrateji mövqe, respublikamızda regional və beynəlxalq nəqliyyat dəhlizlərinin formalaşması və Bakının iri nəqliyyat-logistika mərkəzinə çevrilməsi beynəlxalq elektron ticarət məhsullarının poçt vasitəsilə daşınma və çatdırılması baxımından ölkəmiz üçün yeni imkanlar açıb.
ətraflı >>

16 Nov 2018 Belarusun Böyük Tarixi Atlası
Belarus Respublikasının İnformasiya və Texnologiyalar Nazirliyi dörd cilddə olan Belarusun Böyük Tarixi Atlasının dərcinə həsr olunan, 21 Noyabr 2018-ci ildə xüsusi xatirə tədbirində istifadə olunacaq xatirə ştempelli buraxacaq.
ətraflı >>

16 Nov 2018 Nazir Ramin Quluzadə Bərdədə vətəndaşlarla görüşüb
Azərbaycan Respublikası Prezidentinin tapşırıq və tövsiyələrinə uyğun olaraq Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Bərdə şəhərində vətəndaşlarla görüşüb.
ətraflı >>

15 Nov 2018 Bakutel-2018 sərgisinin ziyarətçiləri lotereya qalibi olacaq
Bakı Expo Mərkəzinin sərgi zalında təşkil olunan xüsusi guşədə məhz Bakutel sərgisinin ziyarətçiləri üçün lotereya oyunu keçiriləcək. Azərlotereya ASC tərəfindən təşkil olunacaq lotereyanın oyun qaydalarına əsasən, biletlər oyunda iştirak üçün qeydiyyata alınacaq.
ətraflı >>

14 Nov 2018 Kiyevski kotlet markalarda
Ukrayna poçtu Milli yeməklər seriyasından Kiyevsayağı kotlet markasını dövriyyəyə buraxıb. 140 min tirajla dərc olunan nüsxənin nominalı 7 qrivni, yəni 0.43 Azn-dir.
ətraflı >>

13 Nov 2018 Azərbaycan və Belarus birgə marka dövriyyəyə buraxacaq
Belarus Respublikası Rabitə və İnformasiyalaşdırma Nazirliyi 2018-ci il noyabrın 19-da Azərbaycan və Belarus arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə poçt markasını dövriyyəyə buraxacaq.
ətraflı >>

13 Nov 2018 Nazir Bərdədə vətəndaşlarla görüşəcək
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə 16.11.2018-ci il tarixində saat 12:30-da Bərdə şəhərində Bərdə, Yevlax, Tərtər və Ağdam rayonlarının sakinlərinə göstərilən nəqliyyat, telekommunikasiya (o cümlədən, internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.
ətraflı >>

12 Nov 2018 Müstəqillik qəhrəmanları poçt markalarında
Polşa poçtu 11 noyabr 2018-ci ildə Polşanın müstəqilliyinin bərpasının 100 illiyi adı altında poçt məhsulu dövriyyəyə buraxıb. Poçt məhsulu səkkiz markadan ibarətdir və hər bir markanın tirajı 180 min nüsxə təşkil edir.
ətraflı >>



Alış Satış
1.9150 1.9500
1.6980 1.7020
0.0252 0.0259
GBP 2.1450 2.1950
SDR 1 SDR 2,3587