Bizimlə əlaqə: (012) 493-56-00
Bizimlə əlaqə: (012) 493-56-00 Az En
   Elektron xidmətlər
   İndeks və Ünvanların axtarışı
   Poçt göndərişlərinin izlənilməsi
   Məktub yazmaq
   Elektron Xidmətlər Portalı
   Elektron İmzası
   E-Ticarət
Xəbərlər
21 Apr 2016

Ölkəmiz "TİBO-2016" Beynəlxalq İnformasiya-Kommunikasiya Sərgi-Forumunda təmsil olunub

Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin rəhbərliyi ilə dövlət, özəl və qeyri-hökümət təşkilatlarından ibarət 40-a yaxın Azərbaycan nümayəndə heyəti Belarus Respublikasının Minsk şəhərində cari ilin 19-22 aprel tarixlərində küçirilən "TİBO-2016" Beynəlxalq informasiya- Kommunikasiya Sərgi- Forumunda iştirak edib.

Qeyd edək ki, 23-cü dəfə təşkil olunan "TİBO-2016" ixtisaslaşmış sərgisi Müstəqil Dövlətlər Birliyi və Baltikyanı ölkələrin ən böyük İKT tədbirlərindən biri hesab olunur. 

Tədbirin açılış mərasimində Belarus Respublikasının baş naziri Andrey Kobyakov, Belarus Respublikasının rabitə və informasiyalaşdırma naziri Sergey Popkov, Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, eləcə də, digər ölkələrin sahə üzrə rəhbər şəxsləri iştirak edib.

Sərgidə təşkil olunan VİP-tur çərçivəsində rəsmi şəxslər Azərbaycan Milli Pavilyonuna baş çəkib, ölkəmizin İKT sahəsində əldə etdiyi yeniliklərlə yaxından tanış olublar.

Bundan başqa, sərgi çərçivəsində Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Belarus Respublikasının Rabitə və İnformasiyalaşdırma Nazirliyi arasında hər iki ölkənin informasiya texnologiyaları üzrə şirkətlərinin iştirakı ilə 3-cü Belarus-Azərbaycan informasiya-kommunikasiya texnologiyaları (İKT) Forumu keçirilib







9 Oct 2018 9 oktyabr - Poçt işçilərinin peşə bayramıdır
Azərbaycanda poçt rabitəsi 16-cı əsrdən inkişaf etməyə başlayıb. Müasir formada poçtun yaranması isə 19-cü əsrə təsadüf edir. 1818-ci ildə isə Gəncədə, o vaxtki Yelizavetpolda poçt kontoru açılıb. Bu isə o deməkdir ki, Azərbaycanda rəsmi olaraq poçt sahəsinin inkişafı 200 illik bir dövrü əhatə edir.
ətraflı >>

8 Oct 2018 Rusiya Silahlı Qüvvələrinin Tarixi seriyalı markalar zərflərdə
9 oktyabrda Rusiya Silahlı Qüvvələrinin Tarixi seriyası çərçivəsində ordu generalı A.V.Xrulyeva adına Maddi-Texniki Təchizat Üzrə Hərbi Akademiyanın Hərbi İnstitutunun 100 illiyinə həsr olunmuş orijinal markalı zərf poçt dövriyyəsinə buraxılacaq.
ətraflı >>

6 Oct 2018 6 Oktyabr Poçt və Teleqraf Nazirliyinin yarandığı gündür
Azərbaycanda poçt rabitəsi 16-cı əsrdən inkişaf etməyə başlayıb. Müasir formada poçtun yaranması isə 19-cu əsrə təsadüf edir. 1818-ci il, iyun ayının 1-də Gəncə şəhərində ilk poçt kontoru açılıb. 19-cu əsrin sonları, 20-ci əsrin əvvəllərində Bakıda sürətlə inkişaf etməkdə olan neft sənayesi ilə bərabər telefon rabitəsi də inkişaf edib.
ətraflı >>

5 Oct 2018 Çeçenistan paytaxtının 200 illiyi şərəfinə marka
Bu gün Qroznı şəhərinin 200 illiyinə həsr olunmuş marka poçt dövriyyəsinə buraxılıb. Markanın üzərində Qroznı-Siti yüksək mərtəbəli binalar kompleksinin fonunda A.Kadırov adına Çeçenistanın ürəyi məscidi təsvir olunub.
ətraflı >>

5 Oct 2018 Moldova poçtu xatirə markaları buraxır
Moldova Respublikasının Ticarət-Sənaye Palatasının yüz illiyi nə həsr olunan markanın həkk edildiyi poçt zərfləri dövriyyəyə buraxılıb. Zərflərin tiraj həcmi 20 min nüsxədən ibarətdir.
ətraflı >>

4 Oct 2018 Belpoçtada müəllimlərə təbrik
Oktyabrın 5-də Belpoçta RUM xüsusi ayrılmış poçt rabitəsi şöbələrində Müəllimlər günü münasibətilə təqdimat tədbiri keçirəcək.
ətraflı >>

28 Sep 2018 Ukraynada marka təsvirli yeni sikkə dövriyyədə
Ukrayna Milli Bankı Ukraynanın ilk poçt markalarının buraxılmasının 100 illiyi xatirə sikkəsini buraxıb.
ətraflı >>

27 Sep 2018 Rusiya Poçtu mobil poçt-kassa terminallarının sayını 24 minə çatdırıb
Rusiya Poçtu 24 min poçtalyonu evdə maliyyə xidmətlərinin göstərilməsi üçün mobil poçt-kassa terminalları ilə təmin edib. Bu xidmət Rusiya Poçtunun 79 filialında göstərilir.
ətraflı >>

26 Sep 2018 Bakıdakı ilk Beynəlxalq Elektron Ticarət Forumu başa çatdı
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü, Avropa İttifaqının və BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının dəstəyi ilə Bakıda keçirilən ilk Elektron Ticarət Forumu öz işini yekunlaşdırıb.
ətraflı >>

24 Sep 2018 PTT - dən yeni təşəbbüs: Drone ilə Karqonun çatdırılması
Türkiyə Dövlət Poçtu PTT-nin təqribən iki əsrlik təcrübəsi var və daim yenilikləri ilə seçilir.
ətraflı >>



Alış Satış
1.9560 1.9730
1.6990 1.7020
0.0252 0.0258
GBP 2.2200 2.2550
SDR 1 SDR 2,3753