Bizimlə əlaqə: (012) 493-56-00
Bizimlə əlaqə: (012) 493-56-00 Az En
   Elektron xidmətlər
   İndeks və Ünvanların axtarışı
   Poçt göndərişlərinin izlənilməsi
   Məktub yazmaq
   Elektron Xidmətlər Portalı
   Elektron İmzası
   E-Ticarət
Xəbərlər
5 May 2016

Bakıda ÜPİ-nin Avropa və MDB ölkələrində keyfiyyətin yaxşılaşdırılması və loqistika şəbəkəsinin təkmilləşdirilməsi adlı yekun seminarı keçirilib

 Ümumdünya Poçt İttifaqının dəstəyi (ÜPİ), Regional Rabitə Birliyi (RRB) və Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə Bakıda ÜPİ-nin "Avropa və MDB ölkələrində keyfiyyətin yaxşılaşdırılması və loqistika şəbəkəsinin təkmilləşdirilməsi" adlı yekun seminarı keçirilib.
 
Seminar Ümumdünya Poçt İttifaqının Strateji regional layihəsi çərçivəsində reallaşır.
 
Tədbirdə ÜPİ-nin ekspertləri və Regional Rabitə Birliyinə üzv ölkələrin sahə üzrə səlahiyyətli nümayəndələri iştirak ediblər. 
 
Xidmətin keyfiyyəti, etibarlılığı və poçt şəbəkələrinin effektivliyinin artırılmasına həsr olunan seminarda RRB üzvü olan ölkələrdə fəaliyyət planının icrası, həyata keçirilən tədbirlərin analizi, məhsulların təkmilləşdirilməsi, təcrübə mübadiləsi, eləcə də fəaliyyət planı üzrə atılacaq növbəti addımlar müzakirə olunub.
  
Tədbirdə Avropa və MDB ölkələri üçün ÜPİ-nin regional layihələrinin koordinatoru Yuri Spiriev və ÜPİ-nin baş eksperti Yan Boyanski keyfiyyətin yaxşılaşdırılması və loqistika şəbəkəsinin təkmilləşdirilməsi üzrə Avropa və MDB ölkələrindəki vəziyyət, layihə çərçivəsində əldə olunan nəticələr haqda hesabatla çıxış ediblər.
 
 Daha sonra poçt sahəsi üzrə təyin olunmuş operatorların, o cümlədən, Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Özbəkistan, Tacikistan və digər ölkələrin poçt sektorunda layihə üzrə əldə olunan əsas göstəriciləri əks etdirən təqdimatlar dinlənilib.
 
Qeyd edək ki, mayın 4-də acılış edən seminar fəaliyyətini bu gün yekunlaşdırmışdır.
 
6 may tarixində isə Regional Rabitə Birliyinin Poçt Rabitəsi üzrə Komissiyası və Poçt Rabitəsi Operatorlar Şurasının 41/30-cu birgə iclası keçiriləcək.
  
Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Poçt sektorunun müdiri Novruz Məmmədovun sədri olduğu RRB-nin Poçt Rabitəsi üzrə Komissiyası və Poçt Rabitəsi Operatorlar Şurasının birgə iclasında gündəlikdə bir sıra məsələlər yer alıb.
 
Müzakirə olunacaq məsələlərə ÜPİ-nin 25-ci Konqresinin qərarlarının yerinə yetirilməsi üzrə Tədbirlər Planının icra vəziyyəti, ÜPİ-nin 26-cı İstanbul Konqresinə hazırlanmış Ümumi təkliflərin müzakirəsi,  RRB-nin İşçi qruplarının hesabatlarının dinlənilməsi, RRB-nin 25 illiyinin qeyd edilməsi ilə bağlı hazırlıq və digər məsələlər daxildir. 







13 Jul 2018 "Poçtap" layihəsi çərçivəsində 312 itirilmiş sənəd sahibinə geri qaytarılıb
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərpoçt MMC tərəfindən reallaşdırılan sosial layihə çərçivəsində istifadəyə verilən Poçtap xidməti artıq 1 (2 mart 2017) ildən çoxdur ki, sənədini itirənləri sevindirir. Poçtap sayəsində itirilmiş sənədlər tapılaraq sahibinə qaytarılır.
ətraflı >>

13 Jul 2018 NRYTN-nin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı təsdiqlənib
Nazirlər Kabineti Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısını təsdiq edib.
ətraflı >>

11 Jul 2018 Elektron ticarət məhsullarının poçt vasitəsilə çatdırılması baxımından yeni imkanlar yaradılıb
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) və Avropa İttifaqının birgə təşkilatçılığı ilə Bakıda Azərbaycanda elektron ticarət: mövcud vəziyyət və inkişaf perspektivləri mövzusunda dəyirmi masa keçirilib.
ətraflı >>

10 Jul 2018 Ukrpoçta mobil əlavəni işə salıb
Ukrpoçta iOS əməliyyat sistemi üçün özünəməxsus mobil əlavəni işə salıb. İndi bütün arzu edənlər öz smartfonundan ölkənin baş poçtuna çıxış əldə edə biləcəklər. Proqramın yaradılması üzərində Ukrpoçta komandası və marketinqin digitallaşdırılması üzrə tərəfdaşı D2 İT-şirkəti çalışıb.
ətraflı >>

8 Jul 2018 8 iyul Rusiyada poçtun yarandığı gündür
Rusiyada hər il iyulun ikinci bazar günü qeyd olunan poçt rabitəsi işçilərinin peşə bayramıdır. Rusiya poçtunun tarixi min ildən artıqdır. Poçt haqqında qeydlərə min il əvvəlki yazılı abidələrdə rast gəlinir, lakin dövlət nizamlı poçt rabitəsi Böyük Pyotrun islahatlarından başlanır.
ətraflı >>

7 Jul 2018 Hərbi dəniz admiralları şərəfinə marka buraxıldı
2018-ci il iyulun 7-də Belarus Respubikası Rabitə və İnformasiyalaşdırma Nazirliyi Belarusda yetişmiş hərbi-dəniz donanması admiralları silsiləsindən dörd poçt markasını və bloku dövriyyəyə buraxıb.
ətraflı >>

5 Jul 2018 Helikopter idmanı üzrə 16-cı Dünya çempionatına həsr olunmuş ştempel dövriyyəyə buraxılır
Belarus Respublikası Rabitə və İnformasiyalaşdırma Nazirliyi 2018-ci il iyulun 9-da helikopter idmanı üzrə 16-cı Dünya çempionatına həsr olunmuş xüsusi xatirə tədbirinin keçirilməsi üçün istifadə olunacaq xüsusi xatirə ştempelini dövriyyəyə buraxır.
ətraflı >>

29 Jun 2018 Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qusarda vətəndaşlarla görüşüb
Bu gün nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin iyun ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Qusar şəhərində görüş keçirib.
ətraflı >>

26 Jun 2018 "Əsgərə məktub" aksiyası bitti
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi \"Azərpoçt\" MMC tərəfindən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 100 illiyinə həsr olunmuş \"Əsgərə məktub\" adlı aksiya başa çatıb.
ətraflı >>

25 Jun 2018 Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qusarda vətəndaşlarla görüşəcək
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə iyunun 29-u 12:00-da Qusar şəhərində vətəndaşları qəbul edəcək.
ətraflı >>



Alış Satış
1.9750 2.0050
1.6970 1.7010
0.0268 0.0272
GBP 2.2300 2.2800
SDR 1 SDR 2,3834