Bizimlə əlaqə: (012) 493-56-00
Bizimlə əlaqə: (012) 493-56-00 Az En
   Elektron xidmətlər
   İndeks və Ünvanların axtarışı
   Poçt göndərişlərinin izlənilməsi
   Məktub yazmaq
   Elektron Xidmətlər Portalı
   Elektron İmzası
   E-Ticarət
Xəbərlər
20 May 2016

Ümumdünya Poçt İttifaqının dəstəyi ilə məktəblilər arasında keçirilən epistolyar inşa müsabiqəsinin respublika üzrə qalibləri müəyyənləşib

 Ümumdünya Poçt İttifaqının (ÜPİ) dəstəyi, Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti Təhsil Nazirliyi ilə birlikdə bu il də respublika məktəbliləri arasında inşa müsabiqəsi keçirib.

 Müsabiqəyə ÜPİ,  “Azərpoçt” MMC və Təhsil Nazirliyi üzrə  hər biri 1 mövzu olmaqla 3 mövzu -  “Özündən “45 yaşındakı özünə”  məktub yaz (15 yaşa qədər olan məktəblilər)”, “Ana dili (B.Vahabzadə)” və “Ən çox sevdiyim ədəbi qəhrəmanlar” təklif edilib.

 Sayca 45-ci olan beynəlxalq epistolyar müsabiqənin respublika mərhələsi yekunlaşaraq nəticələri açıqlanıb.  

 Nəticələrə əsasən, müsabiqədə 35600 ədəd inşa yazısı iştirak edib, 30  nəfər qalib  müəyyənləşib. I yerə layiq görülmüş 3 qalibin hər birinə 150 manat, II yerə layiq görülmüş 6 qalibin hər birinə 100 manat, III yerə layiq görülmüş 9 qalibin hər birinə 80 manat, həvəsləndirici - IV yerə layiq görülmüş 12 qalibin  hər birinə isə 50 manat məbləğində pul mükafatı təqdim olunub, bütün qaliblər fəxri fərmanla təltif edilib.

 Beləliklə, birinci yerə Bakı şəhəri, Nərimanov rayonu, Məktəb Lisey kompleksinin X “ç”  sinif şagirdi Mehdiyeva Gülər, Bakı şəhəri, Səbail rayonu, 236 -li tam orta məktəbin X “ç” sinif şagirdi Şükürov Şirin,  Qazax rayonu, Daş Salahlı  kənd 2 -li tam orta məktəbin X sinif  şagirdi Qurbanova Ayşən layiq görülüblər.

Müsabiqədə paytaxt məktəbliləri ilə yanaşı, ölkənin ayrı-ayrı regionlarından olan şagirdlər də fəallıq göstərərək müsbət nəticələrə nail olublar.

Ümumdünya Poçt İttifaqının təqdim etdiyi mövzu üzrə qalib elan edilmiş inşa ingilis dilinə tərcümə olunaraq  Azərbaycan Respublikası adından ÜPİ-yə göndərilib. 







16 Jan 2018 2017-ci ildə ölkə ərazisinə daxil olan beynəlxalq poçt göndərişlərin sayı 876 min 509 ədəd təşkil edib.
Bu öncəki ilin müvafiq dövrü ilə müqayisədə 26,4% (183321 ədəd) çoxdur və bu göndərişlərin böyük əksəriyyəti elektron ticarət saytlarından sifariş olunan məhsullardır.
ətraflı >>

12 Jan 2018 Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturu
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli Fərmanı ilə TƏSDİQ EDİLMİŞDİR
ətraflı >>

29 Dec 2017 Qanvermə aksiyası keçirildi
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparatının, qurum və müəssisələrinin əməkdaşlarının iştirakı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilmiş qanvermə aksiyası keçirilib.
ətraflı >>

28 Dec 2017 Bayram günlərində əhali fasiləsiz poçt xidmətləri ilə təmin olunacaq
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı günlərində əhalinin nəqliyyat, telekommunikasiya, o cümlədən internet, mobil rabitə xidmətləri və radio-televiziya yayımı ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsinə dair tabeli qurumlara, rabitə birlik və müəssisələrinə, həmçinin telekommunikasiya operatorlarına müvafiq tapşırıqlar verib.
ətraflı >>

19 Dec 2017 Azərbaycandakı Amerika Ticarət Palatası işgüzar nahar təşkil edib
Dekabrın 19-da Azərbaycandakı Amerika Ticarət Palatası (AmCham Azərbaycan) Hewlett Packard Enterprise (HPE) şirkətinin dəstəyi ilə öz üzvləri üçün Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin iştirakı və nitqi ilə müşayiət olunan aylıq işgüzar nahar təşkil edib.
ətraflı >>

18 Dec 2017 Poçtda alınan və göndərilən bağlamalara görə nə qədər ödənməlidir? - Rəsmi qiymətlər
Mövcud qanunvericiliyə əsasən ölkəyə daxil olan və ölkədən çıxan hər bir gömrüklü poçt göndərişi çəkisindən, dəyərindən və ona gömrük rüsumunun tətbiq olunub-olunmamasından asılı olmayaraq beynəlxalq poçt işləmələri mərkəzində gömrük nəzarətindən keçirilir.
ətraflı >>

15 Dec 2017 Nazir Ramin Quluzadə Saylanda vətəndaşlarla görüşüb
Bu gün Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Salyan şəhərində vətəndaşlarla görüşüb.
ətraflı >>

11 Dec 2017 Zaqatalada Şəbəkə xidmət mərkəzi fəaliyyətə başladı
Ölkəmizdə telekommunikasiya infrastrukturunun müasirləşdirilməsi üzrə aparılan işlər çərçivəsində Zaqatala Telekommunikasiya Qovşağının inzibati və texnoloji binası əsaslı şəkildə yenidən qurularaq, ən müasir avadanlıqla təchiz olunub. Rekonstruksiya işləri başa çatdırılan bina artıq istifadəyə verilib.
ətraflı >>

6 Dec 2017 Azərbaycan Prezidenti İlham Əliyev Bakutel-2017 sərgisi ilə tanış olub
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 6-da Bakı Ekspo Mərkəzində XXIII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisi - Bakutel-2017 ilə tanış olublar.
ətraflı >>

6 Dec 2017 Dekabrın 6-da Azərbaycanda rabitə və yüksək texnologiyalar sahəsi işçilərinin peşə bayramıdır.
Peşə bayramı Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il 2 dekabr tarixli Sərəncamına müvafiq olaraq təsis edilib. O vaxtdan bütün respublikada rabitəçilər və informasiya texnologiyaları sahəsinin işçiləri dekabrın 6-da öz peşə bayramlarını qeyd edirlər.
ətraflı >>



Alış Satış
2.0650 2.1000
1.6950 1.7015
0.0295 0.0302
GBP 2.3450 2.3950
SDR 1 SDR 2,4491