Bizimlə əlaqə: (012) 493-56-00
Bizimlə əlaqə: (012) 493-56-00 Az En
   Elektron xidmətlər
   İndeks və Ünvanların axtarışı
   Poçt göndərişlərinin izlənilməsi
   Məktub yazmaq
   Elektron Xidmətlər Portalı
   Elektron İmzası
   E-Ticarət
Xəbərlər
26 Sep 2016

Sağlamlıq 2016 rabitə işçilərinin Respublika Spartakiadasına start verilib

 Azərbaycan Respublikasında rabitə və yüksək texnologiyalar sahəsi işçilərinin peşə bayramının və ölkəmizdə telefon rabitəsinin yaradılmasının 135  illiyi ilə əlaqədar keçirilən “Sağlamlıq – 2016” rabitə işçilərinin Respublika Spartakiadasına start verildi.

Mərasimdə rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini Əli Abdullayev, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Aqil Dadaşov, rabitə birlik müəssisələrinin nümayəndələri, idman cəmiyyətlərinin təmsilçiləri iştirak etmişlər.

Spartakiadanı açıq elan edən rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini Əli Abdullayev ölkəmizdə idmanın dinamik inkişafından, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin idmana qayğısından, bu diqqət və qayğının təzahürü kimi idmançılarımızın beynəlxalq arenalarda göstərdikləri uğurlu nəticələrdən bəhs etmişdir.  O, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin himayəsi ilə qadınlardan ibarət “Telekom” voleybol klubunun 2017-ci ildə Avropa çempionatının qrup mərhələsinə vəsiqə qazanmasını idman ictimaiyyətinin uğuru kimi qeyd etmişdir.

Ə.Abdullayev spartakiadanın keçirilməsində əsas məqsədin rabitəçilərin sağlamlığının möhkəmləndirilməsi, onları bədən tərbiyəsi və idman məşğələlərinə cəlb etməklə asudə vaxtlarının səmərəli keçirilməsini təmin etmək, eləcə də ən yaxşı idman kollektivlərini müəyyən etməkdən ibarət olduğunu bildirmişdir.

Digər çıxış edənlər ölkəmizin son illər idman sahəsində ciddi uğurlara imza atdığını qeyd edərək, bu cür spartakiadaların ümumi inkişafa önəmli töhfələr verdiyini vurğulamışlar.

  

 Qeyd edək ki, idmanın 9 növü (atletika, voleybol, stolüstü tennis, kəndirdartma, mini-futbol, şahmat, nərd, dama və güllə atıcılığı) üzrə keçirilən yarışlarda  Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan qurumları təmsil edən 14 komanda, 500-dən artıq idmançı iştirak edəcəkdir.

Yarışlar sentyabrın 24-dən oktyabrın  25-nə qədər keçiriləcək.








14 Mar 2017 "PoçTap" sosial layihəsi çərçivəsində əməkdaşlıq memorandumu imzalanıb
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Azərpoçt" MMC-nin reallaşdırdığı itirilmiş sənədlərin tapılaraq sahibinə qaytarılmasına xidmət edən "PoçTap" sosial layihəsi çərçivəsində əməkdaşlıq haqqında memorandum imzalanıb.
ətraflı >>

2 Mar 2017 İtirilmiş sənədlərin tapılaraq sahibinə qaytarılması üzrə PoçTap xidməti istifadəyə verildi
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərpoçt MMC tərəfindən reallaşdırılan yeni sosial layihə çərçivəsində PoçTap xidməti istifadəyə verilib. PoçTap itirilmiş sənədlərin tapılaraq sahibinə qaytarılmasına xidmət edir.
ətraflı >>

13 fev 2017 Azərbaycan Prezidentinin Sərəncamı ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradılıb
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması haqqında Sərəncam imzalayıb. Dövlətimizin başçısının digər Sərəncamı ilə Ramin Quluzadə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilib.
ətraflı >>

10 fev 2017 İlham Əliyev Bakıdakı 1 saylı poçt filialında yeni xidmət mərkəzinin açılışında iştirak edib
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əsaslı şəkildə yenidən qurulan 1 saylı poçt filialının yeni xidmət mərkəzinin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər.
ətraflı >>

25 Jan 2017 Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yeni elektron xidmət istifadəyə verdi
Elektron hökumət portalında 36 xidməti ilə təmsil olunan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Poçt ünvanları - interaktiv xəritə adlı daha bir elektron xidməti portala inteqrasiya olundu.
ətraflı >>

16 Dec 2016 Azərbaycanda telefon rabitəsinin yaradılmasının 135 illiyi ilə əlaqədar keçirilən müsabiqə və yarışların qalibləri mükafatlandırılıb
Bu gün Rabitə və Yüksək Texnologiyalar Nazirliyində rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı Azərbaycanda telefon rabitəsinin yaradılmasının 135 illiyi ilə əlaqədar keçirilən müsabiqə və yarışların qaliblərinin təltifetmə mərasimi keçirilib.
ətraflı >>

1 Dec 2016 Prezident İlham Əliyev Bakutel 2016 sərgisi ilə tanış olub
Noyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva XXII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisi - \"Bakutel-2016\" ilə tanış olublar.
ətraflı >>

5 Nov 2016 Azərpoçtda yeni xidmət
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərpoçt MMC yeni sosial layihəyə başlayır.
ətraflı >>

25 Oct 2016 Rabitə və Yüksək Texnologiyalar Nazirliyində 9 ayın yekunlarına dair müşavirə keçirilib
Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) cari ilin 9 ayının yekunlarına dair müşavirə keçirilib. İclasda Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, nazir müavinləri, müşavirlər, şöbə müdirləri, tabeli qurum və müəssisələrin rəhbərləri iştirak edib, bir çox qurumlarla canlı videokonfrans əlaqəsi yaradılıb.
ətraflı >>

10 Oct 2016 Azərbaycan Ümumdünya Poçt İttifaqının ali orqanına üzv seçildi
Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Ümumdünya Poçt İttifaqının İstanbulda keçirilən 26-cı Konqresi çərçivəsində təşkil olunan Nazirlər Konfransında iştirak edib.
ətraflı >>



Alış Satış
1.7950 1.8750
1.6550 1.7100
0.0292 0.0300
GBP 2.1100 2.2300
SDR 1 SDR 2,3309