Bizimlə əlaqə: (012) 493-56-00
Bizimlə əlaqə: (012) 493-56-00 Az En
   Elektron xidmətlər
   İndeks və Ünvanların axtarışı
   Poçt göndərişlərinin izlənilməsi
   Məktub yazmaq
   Elektron Xidmətlər Portalı
   Elektron İmzası
   E-Ticarət
Xəbərlər
10 Oct 2016

Azərbaycan Ümumdünya Poçt İttifaqının ali orqanına üzv seçildi


 
Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Ümumdünya Poçt İttifaqının İstanbulda keçirilən 26-cı Konqresi çərçivəsində təşkil olunan Nazirlər Konfransında iştirak edib.
 
Konqresin nəticələri Azərbaycan üçün uğurlu olub. ÜPİ-nin 2 ali orqanından biri olan Poçt Əməliyyatları Şurasına Azərbaycanın da namizədliyi verilib və ölkəmiz Şuraya üzv seçilib.
 
Eyni zamanda Konqresdə Azərbaycan Poçt Administrasiyası adından edilən 21 təklifin əksəriyyəti qəbul olunub, bir neçəsi sonrakı müzakirələr üçün təşkilatın növbəti ildə keçiriləcək sessiyasına göndərilib.
 
Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Nazirlər Konfransının "Ticarətin təşviqində poçtun rolu" mövzusunda sessiyada çıxış edərək Azərbaycanda poçt sektorunda aparılan islahatlar, elektron ticarətin təşviqi və poçt sektorunda maliyyə xidmətlərinin inkişafı ilə bağlı rellaşdırılan və perspektiv layihələr barədə tədbir iştirakçılarına məlumat verib.
 
Nazirlər Konfrası çərçivəsində  Ramin Quluzadə Ümumdünya Poçt İttifaqının Baş direktoru cənab Bişar Hüseyn, Türkiyə Respublikasının nəqliyyat, dənizçilik və rabitə naziri cənab Əhməd Arslan, İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri cənab Mahmud Vaezi, Rusiya Federasiyasının rabitə və kütləvi kommunikasiyalar nazirinin müavini cənab Rəşid İsmayılovla ikitərəfli görüşlər keçirilib.
 
Görüşlərdə  telekommuikasiya, poçt, peyk rabitəsi, yüksək texnologiyalar, genişzolaqlı internet sahələrində birgə əməkdaşlığa dair müzakirələr və fikir mübadilərsi aparılıb.
 
Azərbaycan nümayəndə heyəti tərəfindən Ümumdünya Poçt İttifaqının İstanbul (2016) Konqresində Azərbaycan Respublikasının adından bəyanat verilib. Bəyanat Ümumdünya Poçt İttifaqının Konqresi tərəfindən təsdiq olunan "Aktların imzası üzrə bəyannamələr" rəsmi sənədinə daxil edilib.

 

Bəyanatın mətni: 
 
Azərbaycan Respublikası Ümumdünya Poçt İttifaqının tam hüquqlu üzv-ölkələrindən biridir və beynəlxalq səviyyədə tanınmış ölkə ərazisində Ümumdünya Poçt Konvensiyası və digər beynəlxalq hüquqi Aktlar çərçivəsində poçt xidmətlərini həyata keçirmək hüququna malikdir. Lakin, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 %-i, o cümlədən Dağlıq Qarabağ regionu və onun ətrafındakı 7 inzibati rayon Ermənistan Respublikası tərəfindən işğal edilmişdir. Nəticədə işğal altındakı ərazidə  poçt xidmətlərinin göstərilməsində çətinliklər yaranmışdır.
 
Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinin dərhal, tamamilə və qeyd-şərtsiz erməni işğalçı qüvvələrindən azad edilməsinə dair Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 822 (30 aprel, 1993), 853 (29 iyun, 1993), 874 (14 oktyabr, 1993) və 884 (12 noyabr, 1993) saylı qətnamələri, eləcə də digər beynəlxalq təşkilatların qərar və qətnamələri yerinə yetirilməmiş qalır.
 
İşğal nəticəsində Azərbaycan Respublikasının iqtisadiyyatına, o cümlədən poçt sahəsinə külli miqdarda ziyan dəymişdir. Bununla əlaqədar Azərbaycan Respublikasının məruz qaldığı itki və tələfatların qiymətləndirilməsi üçün yaradılmış İşçi Qrupu tərəfindən hesablamalar aparılır.
 
Ermənistan Respublikası tərəfindən işğal edilmiş Azərbaycan Respublikasının ərazilərində Ümumdünya Poçt Konvensiyasının poçt markalarının dövriyyəsinə dair 8-ci maddənin müddəalarını yerinə yetirmək mümkün olmur və həmin ərazilərdə yaradılmış qondarma "Dağlıq Qarabağ Respublikası" adlanan qanunsuz rejim adından poçt markalarının buraxılması, həmçinin Ümumdünya Poçt İttifaqının Nizamnaməsinin 23-cü maddəsinə zidd olaraq qanunsuz poçt əməliyyatlarının həyata keçirilməsi halları davam edir.
 
Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikası bir daha bəyan edir ki, Azərbaycan Respublikasının Hökuməti Ümumdünya Poçt İttifaqının müvafiq qaydaları əsasında Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış bütün ərazisində, o cümlədən işğal altındakı ərazilərdə belə, poçt markalarının dövriyyəyə buraxılması, poçt əməliyyatlarının həyata keçirilməsi üçün yeganə qanuni strukturdur. Azərbaycan Respublikasının Hökumətinin icazəsi olmadan işğal edilmiş ərazilərdə hər hansı poçt əməliyyatları həyata keçirilə bilməz və belə hallar Azərbaycan Respublikasının milli qanunvericiliyinə, eləcə də bu sahədə mövcud olan beynəlxalq hüquq normalarına ziddir və heç bir hüquqi qüvvəyə malik deyildir.
 
Təəssüflə bildiririk ki, Ermənistan Respublikası tərəfındən işğal olunmuş ərazilərdə "Ümumdünya Poçt Konvensiyası və onun yekun Protokolu"nun müddəalarının həyata keçirilməsi həmin ərazilər işğaldan azad olunanadək və işğalın nəticələri tam aradan qaldırılanadək mümkün deyildir.
 
Azərbaycan Respublikası "Ümumdünya Poçt Konvensiyası və onun yekun Protokolu"nun müddəalarından irəli gələn hüquq və öhdəlikləri Ermənistan Respublikasına münasibətdə tətbiq etməmək hüququnu özündə saxlayır.







13 Dec 2018 12 tikilidən ibarət Dimitrov Kremli muzey-qoruğu şərəfinə marka dövriyyədə
Rusiya poçtu Dimitrov Kremli muzey-qoruğunun 100 illiyinə həsr olunan markanı poçt dövriyyəsinə buraxıb. Əlavə olaraq, bu gün Moskva və Dmitrova Moskva vilayəti üçün İlk gün zərfi hazırlanıb, üzərinə xüsusi həkketmə həyata keçirilib.
ətraflı >>

13 Dec 2018 Nazir Biləsuvar rayonunda vətəndaşlarla görüşəcək
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə sabah saat 11:30-da Biləsuvar şəhərində Biləsuvar, Cəlilabad, Salyan, Neftçala və Cəbrayıl rayonlarının sakinlərinə göstərilən nəqliyyat, telekommunikasiya (o cümlədən, internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.
ətraflı >>

12 Dec 2018 Qazaxıstan teatr sənəti. Yermek Serkebayev markası poçt dövriyyəsində
Qazaxıstan Poçtu Qazaxıstan teatr sənəti. Yermek Serkebayev markasını poçt dövriyyəsinə buraxıb. Poçt markasının üzərində Yermek Serkebayevin portreti əks olunub. Layihənin dizayn rəssamı S. Marşaldı. Markanın tirajli 10 min nüsxə təşkil edir.
ətraflı >>

11 Dec 2018 Azərbaycanın UNICEF-lə tərəfdaşlığının 25 illiyinə həsr olunmuş poçt markası
BMT-nin Uşaq Fondu (UNICEF) Azərbaycan hökuməti ilə tərəfdaşlığının 25 illiyinə həsr olunmuş xatirə poçt markası nəşr etdirib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərmarka MMC-nin direktoru Leyla Güləliyevanın və UNICEF-in ölkəmizdəki nümayəndəliyinin rəhbəri Edvard Karvardinin iştirakı ilə marka imzalanaraq möhürlənib.
ətraflı >>

11 Dec 2018 Çingiz Aytmatovun 90 illiyinə həsr olunan poçt markası dövriyyədə
Qırğızıstan İnformasiya Kommunikasiya Texnologiyalar Dövlət Komitəsi Qırğızıstanın xalq yazıçısı Çingiz Aytmatovun (1928 - 2008) 90 illiyinə həsr olunan poçt markasını dövriyyəyə buraxıb. Orijinal markada Çingiz Aytmatovun portreti əks olunub.
ətraflı >>

10 Dec 2018 ePttAVM.com Azərbaycan bazarına daxil olur
Azərbaycanda türk məhsullarının satışı PTT və Azərpoçt vasitəsilə həyata keçiriləcək. Qarşıdakı aylarda ePttAVM.com sistemindəki məhsulları azərbaycanlı istehlakçılar üçün satışa çıxarılacaq.Məhsullar Bakıya qədər PTT vasitəsi ilə, Bakıda isə Azərpoçt vasitəsi ilə operativ şəkildə istehlakçıların ünvanlarına çatdırılacaq.
ətraflı >>

7 Dec 2018 Azərpoçt MMC Rusiya poçtu ilə memorandum imzalayıb
Bakutel-2018 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgi-konfransı çərçivəsində Azərpoçt Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Rusiya poçtu arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb. Məqsəd tərəflər arasında poçt, maliyyə və elektron xidmətlər sahəsində yaranan problemlərin aradan qaldırılmasıdır.
ətraflı >>

6 Dec 2018 6 dekabr rabitə və informasiya texnologiyaları işçilərinin peşə bayramıdır
Azərbaycan rabitəsi zəngin tarixi köklərə malikdir. Belə ki, Hülakilər dövlətini iqtisadi və siyasi böhrandan qurtarmaq üçün Qazan xan hələ 1303-cü ildə poçt sahəsində islahatlar həyata keçirmişdir. 1501-ci ildə isə Şah İsmayıl Xətai tərəfindən poçt rabitəsinin dövlət səviyyəsində təşkilinin təməli qoyulmuşdur. 1881-ci il 6 dekabr tarixində isə Nobel qardaşları cəmiyyəti tərəfindən Azərbaycanda rəsmi olaraq ilk telefon xətti istismara verilmişdir.
ətraflı >>

6 Dec 2018 Bakı Beynəlxalq Avtovağzal Kompleksində Şəbəkə xidmət mərkəzi istifadəyə verildi
6 dekabr rabitə və informasiya texnologiyaları işçilərinin peşə bayramı günü münasibəti ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu gün paytaxtda növbəti Şəbəkə xidmət mərkəzini istifadəyə verib. Mərkəz Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (Bakı-Sumqayıt şosesi, 3) ərazisində yerləşir.
ətraflı >>

5 Dec 2018 Qar qız poçt markasında
DekabrIN 4-də Rusiya poçtu Yeni il bayramına həsr olunan poçt markasını dövriyyəyə buraxıb. Poçt markasının üzərində qış meşəsi və Qar qız təsvir olunub.
ətraflı >>



Alış Satış
1.9100 1.9400
1.6990 1.7025
0.0250 0.0257
GBP 2.1300 2.1800
SDR 1 SDR 2,3482