Bizimlə əlaqə: (012) 493-56-00
Bizimlə əlaqə: (012) 493-56-00 Az En
   Elektron xidmətlər
   İndeks və Ünvanların axtarışı
   Poçt göndərişlərinin izlənilməsi
   Məktub yazmaq
   Elektron Xidmətlər Portalı
   Elektron İmzası
   E-Ticarət
Xəbərlər
16 Dec 2016

Azərbaycanda telefon rabitəsinin yaradılmasının 135 illiyi ilə əlaqədar keçirilən müsabiqə və yarışların qalibləri mükafatlandırılıb

 Bu gün Rabitə və Yüksək Texnologiyalar Nazirliyində  rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı – Azərbaycanda telefon rabitəsinin yaradılmasının 135   illiyi  ilə əlaqədar keçirilən müsabiqə və yarışların qaliblərinin təltifetmə mərasimi keçirilib.
 
Tədbiri açıq elan edən Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Azərbaycan Respublikasında  rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı – Azərbaycanda telefon rabitəsinin yaradılmasının 135   illiyi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə səmərəli fəaliyyətinə görə bir qrup rabitəçiyə fəxri adların verilməsinin ölkə başçısının bu sahəyə diqqət və qayğısının göstəricisi olduğunu qeyd edib. O, fəxri adlarla təltif olunanları, keçirilən müsabiqə və yarışların qaliblərini təbrik edib, hər birinə işlərində müvəffəqiyyətlər arzu edib.
 
Təltifetmə mərasimində ilk olaraq Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə fəxri dövlət mükafatlarına layiq görülən bir qrup rabitəçi mükafatlandırılıb.
 
Qeyd edək ki, ölkə başçısının Sərəncamı ilə təltif olunan bir qrup rabitəçi rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı və  Azərbaycanda telefon rabitəsinin yaradılmasının 135   illiyinin  qeyd olunması ilə əlaqədar Gəncə şəhərində keçirilən yubiley  tədbirində mükafatlandırılmışdı.
 
Beləliklə, Azərbaycan Respublikasının "Əməkdar mühəndis" fəxri adı ilə təltif olunan Bakı Telefon Rabitəsi İstehsalat Birliyi  "AzEvrotel" MMC-nin əməkdaşı  Yaqub Mirzəyevə,  Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin CDMA xidməti şöbəsinin rəisi  Murad Cəbrayılova,  "Azərpoçt" MMC-nin Keyfiyyətə Nəzarət şöbəsinin rəisi Novruz Qalayevə vəsiqələri təqdim olunub.
 
Masallı Telekommunikasiya Qovşağının rəisi Səməd  Abıyevə, Lənkəran Telekommunikasiya Qovşağının aparıcı mühəndisi Murad Hüseynova, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin texniki direktoru Razi Tağıyevə, "Azərpoçt" MMC-nin Poçt əməliyyatları şöbəsinin rəisi Alı Müşəyevə, 2 saylı Poçt Filialının rəis müavini Arif Maqsudova, Şəki Radio Televiziya Yayımı Stansiyasının  rəisi   Paşa Yusubova, Antena – fider sistemləri  laboratoriyasının rəisi  Şakir Əmirova Azərbaycan Respublikasının "Tərəqqi" medalları verilib.
    
Daha sonra, 24 sentyabr - 01 noyabr  tarixləri arasında Bakı şəhərində keçirilmiş Rabitəçilərin ənənəvi "Sağlamlıq – 2016" Respublika Spartakiadasının qalibləri mükafatlandırılıb. I, II və III yerləri tutan komandalar Fəxri Fərman və Kubokla, həmin komandaların üzvləri, habelə ayrı-ayrı idman növləri üzrə fərdi yarışlarda ilk üç yeri tutan idmançılar isə Fəxri Fərman və pul mükafatları ilə təltif olunublar. Qeyd edək ki, 9 idman növü üzrə keçirilən yarışlarda 1200-ə yaxın idmançı iştirak edib.  Spartakiadanın yekununa görə ümumkomanda hesabında birinci yerin qalibi "Aztelekom" Məhdud Məsuliyyətli Cəmiyyəti olub. İkinci yerdə Dövlət Radiotezliklər İdarəsi, üçüncü yerdə isə Bakı Telefon Rabitəsi İstehsalat Birliyi qərarlaşıb.
  
Bundan başqa, tədbir çərçivəsində  "İKT üzrə ən yaxşı kitab", "İKT üzrə ən yaxşı elmi məqalə"nin müəyyənləşdirilməsi üçün keçirilən  müsabiqənin qalibləri mükafatlandırılıb.
 
"İKT üzrə ən yaxşı elmi məqalə" nominasiyası üzrə birinci yerin qalibi  Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutunun əməkdaşı Nərmin Rzayeva, ikinci yerin qalibləri AMEA-nın müxbir üzvü, Azərbaycan Milli Aviasiya Akademiyasının əməkdaşı Ağasi Məlikov,  Bakı Dövlət Universitetinin texnika elmləri doktoru, prof. Ələkbər Əliyev olub. Üçüncü yerdə isə Azərbaycan Texniki Universitetinin texnika elmləri doktoru Tofiq Mənsurov və Azərbaycan Texniki Universitetinin  texnika elmləri doktoru,  prof. Bayram İbrahimov qərarlaşıblar.
  
"İKT üzrə ən yaxşı kitab" nominasiyası üzrə birinci yerin sahibi Azərbaycan Memarlıq və İnşaat Universiteti  texnika elmləri üzrə fəlsəfə doktoru dosent Namiq Əliyev, ikinci  yer üzrə Qafqaz Universitetinin əməkdaşı Etibar Seyidzadə, üçüncü yer üzrə isə  "ATL Group" şirkətinin əməkdaşı Camal Şahverdiyev mükafatlandırılıb.
 
"Azərbaycanda rabitənin 135 illik inkişaf tarixi -  informasiya cəmiyyətinə keçid" mövzusunda  kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında keçirilən yazı müsabiqəsinin qalibləri də tədbir çərçivəsində mükafatlandırılıb.
 
"Maraqlı Müəllif Yazısı" nominasiyası üzrə  "AzerTac" İnformasiya Agentliyinin əməkdaşı Elvira Məmmədova, "İctimai TV"-nin  əməkdaşı Şöhrət Eyvazov, "Mövqe" qəzetinin əməkdaşı Zülfiyyə Quliyeva, "www.modern.az" İnformasiya Agentliyinin əməkdaşı Namidə Bingöl, "Azadinform" İnformasiya Agentliyindən Leyla Məhərrəmova diplom və pul mükafatı ilə təltif olunublar.

Yazı müsabiqəsində birinci yerin qalibi  "525-ci- qəzet"in əməkdaşı İsgəndər Həsənov, ikinci yerin qalibi "Trend" İnformasiya Agentliyinin əməkdaşı  Hüseyn Vəliyev, üçüncü yerin qalibləri isə  "Kaspi" qəzetinin əməkdaşı Aygün Asimqızı və "www.azvision.az" internet saytının əməkdaşı İlkin Nəcəfzadə olub. Qaliblər diplom və pul mükafatı ilə təltif olunublar.







1 Jun 2017 Azərbaycan poçtunun yaranmasından 199 il ötür
Ölkəmizdə poçt rabitəsinin yaradılmasından 199 il ötür Bəşər övladı qədim zamanlardan bəri informasiya mübadiləsinə, məlumatların məsafədən-məsafəyə ötürülməsinə daim ehtiyac duyub.
ətraflı >>

14 Mar 2017 "PoçTap" sosial layihəsi çərçivəsində əməkdaşlıq memorandumu imzalanıb
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Azərpoçt" MMC-nin reallaşdırdığı itirilmiş sənədlərin tapılaraq sahibinə qaytarılmasına xidmət edən "PoçTap" sosial layihəsi çərçivəsində əməkdaşlıq haqqında memorandum imzalanıb.
ətraflı >>

2 Mar 2017 İtirilmiş sənədlərin tapılaraq sahibinə qaytarılması üzrə PoçTap xidməti istifadəyə verildi
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərpoçt MMC tərəfindən reallaşdırılan yeni sosial layihə çərçivəsində PoçTap xidməti istifadəyə verilib. PoçTap itirilmiş sənədlərin tapılaraq sahibinə qaytarılmasına xidmət edir.
ətraflı >>

13 fev 2017 Azərbaycan Prezidentinin Sərəncamı ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradılıb
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması haqqında Sərəncam imzalayıb. Dövlətimizin başçısının digər Sərəncamı ilə Ramin Quluzadə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilib.
ətraflı >>

10 fev 2017 İlham Əliyev Bakıdakı 1 saylı poçt filialında yeni xidmət mərkəzinin açılışında iştirak edib
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əsaslı şəkildə yenidən qurulan 1 saylı poçt filialının yeni xidmət mərkəzinin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər.
ətraflı >>

25 Jan 2017 Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yeni elektron xidmət istifadəyə verdi
Elektron hökumət portalında 36 xidməti ilə təmsil olunan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Poçt ünvanları - interaktiv xəritə adlı daha bir elektron xidməti portala inteqrasiya olundu.
ətraflı >>

16 Dec 2016 Azərbaycanda telefon rabitəsinin yaradılmasının 135 illiyi ilə əlaqədar keçirilən müsabiqə və yarışların qalibləri mükafatlandırılıb
Bu gün Rabitə və Yüksək Texnologiyalar Nazirliyində rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı Azərbaycanda telefon rabitəsinin yaradılmasının 135 illiyi ilə əlaqədar keçirilən müsabiqə və yarışların qaliblərinin təltifetmə mərasimi keçirilib.
ətraflı >>

1 Dec 2016 Prezident İlham Əliyev Bakutel 2016 sərgisi ilə tanış olub
Noyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva XXII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisi - \"Bakutel-2016\" ilə tanış olublar.
ətraflı >>

5 Nov 2016 Azərpoçtda yeni xidmət
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərpoçt MMC yeni sosial layihəyə başlayır.
ətraflı >>

25 Oct 2016 Rabitə və Yüksək Texnologiyalar Nazirliyində 9 ayın yekunlarına dair müşavirə keçirilib
Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) cari ilin 9 ayının yekunlarına dair müşavirə keçirilib. İclasda Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, nazir müavinləri, müşavirlər, şöbə müdirləri, tabeli qurum və müəssisələrin rəhbərləri iştirak edib, bir çox qurumlarla canlı videokonfrans əlaqəsi yaradılıb.
ətraflı >>



Alış Satış
2.0200 2.0500
1.6900 1.7040
0.0290 0.0295
GBP 2.2700 2.3400
SDR 1 SDR 2,4132