Bizimlə əlaqə: (012) 493-56-00
Bizimlə əlaqə: (012) 493-56-00 Az En
   Elektron xidmətlər
   İndeks və Ünvanların axtarışı
   Poçt göndərişlərinin izlənilməsi
   Məktub yazmaq
   Elektron Xidmətlər Portalı
   Elektron İmzası
   E-Ticarət
Xəbərlər
1 Jun 2017

Azərbaycan poçtunun yaranmasından 199 il ötür

 Ölkəmizdə poçt rabitəsinin yaradılmasından 199 il ötür

Bəşər övladı qədim zamanlardan bəri informasiya mübadiləsinə, məlumatların məsafədən-məsafəyə ötürülməsinə daim ehtiyac duyub.

İnformasiyanı ötürmək üçün insanlar qədimdə tonqallardan, qasidlərdən, öyrədilmiş xüsusi göyərçinlərdən və digər vasitələrdən istifadə ediblər.

Azərbaycanda da yazılı məlumatların qasidlər vasitəsi ilə ötürülməsi qədim zamanlardan bəri mövcud olub. Lakin poçt rabitəsinin nizamlı dövrü 1501-ci ilə təsadüf edir.

Müasir formada poçt isə XIX əsrin 1-ci qərinəsində bərqərar olur. Beləliklə, 1818-ci ilin iyun ayının 1-də Azərbaycan ərazisində ilk poçt rabitəsi yaradılır.

Bəli, bu gün ölkəmizdə poçt rabitəsinin yaradılmasından 199 il ötür. İlk poçt kontoru Respublikanın ikinci böyük şəhəri sayılan Gəncədə açılır. Daha sonra Bakıda və Naxçıvanda poçt ekspedisiyaları təşkil edilir.

Bu gün isə “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti milli poçt operatoru kimi ölkənin bütün ərazisində ən geniş xidmət şəbəkəsinə malikdir. Respublika üzrə poçt filial və şöbələrində əhalinin bütün təbəqələrinə münasib qiymətlərlə ənənəvi və qeyri-ənənəvi poçt, maliyyə xidmətləri göstərilir.

 







21 Sep 2018 Nazir Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb
Azərbaycan Respublikası Prezidentinin tapşırıq və tövsiyələrinə uyğun olaraq, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə Qazax şəhərində vətəndaşlarla görüşüb.
ətraflı >>

20 Sep 2018 Çinlə birgə növbəti elektron ticarət platformasının yaradılması təklif olunub
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərpoçt MMC-də Çin Xalq Respublikası Sənaye və Kommersiya Federasiyasının sədri Donq Yancunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
ətraflı >>

19 Sep 2018 Nazir Ramin Quluzadə Avstriyanın vitse-kansleri ilə görüşüb
Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Bakıda səfərdə olan Avstriya Respublikasının vitse-kansleri, dövlət qulluğu və idman üzrə federal naziri Haynts-Kristian Ştraxenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
ətraflı >>

18 Sep 2018 Azərbaycan Ümumdünya Poçt İttifaqının konqresində təmsil olunub
Ümumdünya Poçt İttifaqının (ÜPİ) Efiopiyanın paytaxtı Əddis Əbəbə şəhərində keçirilən 2-ci növbədənkənar konqresi başa çatıb. Tədbirdə dünyanın 130 ölkəsini təmsil edən mindən çox nümayəndə iştirak edib, Azərbaycan nümayəndə heyəti ilə təmsil olunub.
ətraflı >>

18 Sep 2018 Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşəcək
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə sentyabrın 21-də Ağstafa rayonunda nəzərdə tutulan Ağstafa, Qazax, Tovuz, Şəmkir və Gədəbəy rayonlarından olan vətəndaşları qəbul edəcək. Vətəndaşlarla görüş Qazax rayonunda saat 12:00-da keçiriləcək.
ətraflı >>

13 Sep 2018 Peterburq ali kino məktəbinin 100 illiyi şərəfinə bədii zərf buraxılıb
Rusiya Poçtu Sankt-Peterburq dövlət kino və televiziya institutunun 100 illiyinə həsr olunmuş bədii markalı zərfi poçt dövriyyəsinə buraxıb.
ətraflı >>

10 Sep 2018 Belarusun şəhərləri markalarda, Qrodno
Sentyabrın 14-də Belarus Respubikası Rabitə və İnformasiyalaşdırma Nazirliyi Belarusun şəhərləri silsiləsindən Qrodno poçt markasını dövriyyəyə buraxacaq.
ətraflı >>

9 Sep 2018 İkinci Növbədənkənar Ümumdünya Poçt Konqresi başa çatıb
3 günlük konqresdə Ümumdünya Poçt İttifaqının üzvü olan ölkələr poçt sektorunun gələcək inkişafına dair mühüm məsələlər nəzərdən keçirilib, qərarlar qəbul edilib.
ətraflı >>

7 Sep 2018 Kosmos və kosmik uçuşların sirrləri poçt markasında
Sentyabrın 13-də Belarus Respubikası Rabitə və İnformasiyalaşdırma Nazirliyi Kosmik uçuşların iştirakçıları Assosiasiyasının 31-ci Beynəlxalq Konqresi poçt markasını dövriyyəyə buraxacaq.
ətraflı >>

6 Sep 2018 Postkrosser günü: dünyanın müxtəlif guşələrindən salam!
Sentyabr ayının 7-də Respublikanın bütün poçt rabitəsi şöbələrində Postkrosser günü promo tədbiri keçiriləcək. Eyni vaxtda 10 və daha artıq beynəlxalq adi poçt kartı göndərən müştərilər onların göndəriş haqqını 10% güzəştlə ödəyə biləcəklər.
ətraflı >>



Alış Satış
1.9900 2.0100
1.6990 1.7030
0.0252 0.0257
GBP 2.2150 2.2450
SDR 1 SDR 2,3880