Bizimlə əlaqə: (012) 493-56-00
Bizimlə əlaqə: (012) 493-56-00 Az En
   Elektron xidmətlər
   İndeks və Ünvanların axtarışı
   Poçt göndərişlərinin izlənilməsi
   Məktub yazmaq
   Elektron Xidmətlər Portalı
   Elektron İmzası
   E-Ticarət
Xəbərlər
5 Dec 2017

TASİM layihəsinin reallaşdırılmasını intensivləşdirmək üçün memorandum imzalanacaq

 Dekabrın 5-də “Bakutel-2017” XXIII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgi və konfransı çərçivəsində “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) layihəsi üzrə növbəti yüksək səviyyəli görüş keçirilib.

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə İKT sahəsinin inkişafı istiqamətində Azərbaycanda həyata keçirilən islahatlar fonunda TASİM layihəsinin əhəmiyyətindən söz açıb. Bildirib ki, layihə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət mərkəzindədir və ölkə başçısının birbaşa dəstəyi ilə son illər qonşu dövlətlərlə sıx əməkdaşlıq münasibətləri şəraitində bir sıra uğurlu regional infrastruktur layihələri həyata keçirilir.

Nazir Ramin Quluzadə TASİM layihəsinin ticarət, turizm və iqtisadi inkişafa töhfə verməklə yanaşı, müxtəlif dövlətlərdə yaşayan xalqların yaxınlaşmasına və davamlı inkişaf məqsədlərinə çatmasına yardım edəcəyinə inandığını bildirib. O, tərəfləri işlərin sürətləndirilməsi üçün zəruri sənədləri imzalamağa dəvət edib.

Azərbaycan Prezidenti İlham Əliyev ilə bugünkü görüşündə Azərbaycanın regional əhəmiyyətli infrastruktur layihələrini uğurla icra etdiyini öyrəndiyini bildirən Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Houlin Çjao TASİM layihəsinin də qısa zamanda reallaşacağına əminliyini ifadə edib. Layihənin təkcə Azərbaycan üçün deyil, Avropa və Asiya qitələri üçün də nəhəng telekommunikasiya infrastrukturu adlandırıb.

Çinin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyinin nümayəndəsi Çen Jiaçun layihənin reallaşmasına olduqca yaxınlaşıldığını qeyd edib. “Çinin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyi olaraq bu layihədə iştirak edirik, inanırıq ki, tezliklə bu layihə işə düşəcək və müsbət nəticələr əldə olunacaq. Hesab edirəm ki, “Çin Telecom”un bu layihədə iştirakı olduqca əhəmiyyətlidir”, - deyə Çen Jiaçun bildirib.

“Çin Telecom”un vitse-prezidenti Yang Liu çıxış edərək, TASİM layihəsinin reallaşdırılması məqsədilə ətraflı texniki-iqtisadi əsaslandırmanın aparılması üçün Azərbaycan tərəfindən irəli sürülmüş birgə büdcənin yaradılmasını müsbət qiymətləndirib: “Ötən gün biz bu protokolu artıq imzaladıq. Hesab edirəm ki, bu növbəti mərhələyə keçid üçün uğurlu nəticədir”.

Sonda tərəflərin birgə qərarı ilə layihənin reallaşdırılması üzrə işlərin intensivləşdirilməsi üçün memorandumun imzalanması ilə bağlı qərar qəbul olunub.

Məlumat üçün bildirilir ki, vacib regional təşəbbüs olan “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) layihəsinin məqsədi Qərbi Avropadan Şərqi Asiyaya qədər Avrasiya ölkələrini əhatə edən transmilli fiber-optik xəttin çəkilməsidir. Layihə Frankfurt şəhərindən Honq Konq şəhərinə istiqamətlənən əsas tranzit xəttinin qurulmasını nəzərdə tutur. Bu xətt Avropa və Asiyanın ən böyük informasiya mübadiləsi mərkəzlərini birləşdirəcək. Tranzit xətti Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyədən keçərək Almaniyaya çatacaq. Ehtiyat Şimal tranzit xətti Rusiya, Ukrayna və Polşa ərazisindən keçəcək.

TASİM uzunmüddətli təşəbbüsdür və mərhələlərlə həyata keçiriləcək.

TASİM layihəsinin reallaşdırılması məqsədilə ətraflı texniki-iqtisadi əsaslandırmanın aparılması üçün birgə büdcənin yaradılması təklifi Azərbaycan tərəfindən irəli sürülüb, təklif müsbət qarşılanaraq protokolda öz əksini tapıb.







16 Nov 2018 Belarusun Böyük Tarixi Atlası
Belarus Respublikasının İnformasiya və Texnologiyalar Nazirliyi dörd cilddə olan Belarusun Böyük Tarixi Atlasının dərcinə həsr olunan, 21 Noyabr 2018-ci ildə xüsusi xatirə tədbirində istifadə olunacaq xatirə ştempelli buraxacaq.
ətraflı >>

16 Nov 2018 Nazir Ramin Quluzadə Bərdədə vətəndaşlarla görüşüb
Azərbaycan Respublikası Prezidentinin tapşırıq və tövsiyələrinə uyğun olaraq Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Bərdə şəhərində vətəndaşlarla görüşüb.
ətraflı >>

15 Nov 2018 Bakutel-2018 sərgisinin ziyarətçiləri lotereya qalibi olacaq
Bakı Expo Mərkəzinin sərgi zalında təşkil olunan xüsusi guşədə məhz Bakutel sərgisinin ziyarətçiləri üçün lotereya oyunu keçiriləcək. Azərlotereya ASC tərəfindən təşkil olunacaq lotereyanın oyun qaydalarına əsasən, biletlər oyunda iştirak üçün qeydiyyata alınacaq.
ətraflı >>

14 Nov 2018 Kiyevski kotlet markalarda
Ukrayna poçtu Milli yeməklər seriyasından Kiyevsayağı kotlet markasını dövriyyəyə buraxıb. 140 min tirajla dərc olunan nüsxənin nominalı 7 qrivni, yəni 0.43 Azn-dir.
ətraflı >>

13 Nov 2018 Azərbaycan və Belarus birgə marka dövriyyəyə buraxacaq
Belarus Respublikası Rabitə və İnformasiyalaşdırma Nazirliyi 2018-ci il noyabrın 19-da Azərbaycan və Belarus arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə poçt markasını dövriyyəyə buraxacaq.
ətraflı >>

13 Nov 2018 Nazir Bərdədə vətəndaşlarla görüşəcək
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə 16.11.2018-ci il tarixində saat 12:30-da Bərdə şəhərində Bərdə, Yevlax, Tərtər və Ağdam rayonlarının sakinlərinə göstərilən nəqliyyat, telekommunikasiya (o cümlədən, internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.
ətraflı >>

12 Nov 2018 Müstəqillik qəhrəmanları poçt markalarında
Polşa poçtu 11 noyabr 2018-ci ildə Polşanın müstəqilliyinin bərpasının 100 illiyi adı altında poçt məhsulu dövriyyəyə buraxıb. Poçt məhsulu səkkiz markadan ibarətdir və hər bir markanın tirajı 180 min nüsxə təşkil edir.
ətraflı >>

12 Nov 2018 1 Poçt Şöbəsi və 2 Poçt Agentliyi açılaraq müştərilərin istifadəsinə verilib
Azərpoçt MMC 2018-ci ilin 9 ayı üzrə tarif gəliri proqnozunu 105% icra edib. Belə ki, 2018-ci ilin 9 ayı üzrə təyin olunmuş tarif gəliri proqnoz tapşırıqları yerinə yetirilib, nəzərdə tutulan proqnozdan keçən ilin müvafiq dövrü ilə müqayisədə yəni 4.8% artıq gəlir əldə edilib.
ətraflı >>

7 Nov 2018 Poçt bağlamalarını robotlar daşıyacaq
Norveçin poçt operatoru robot poçtalyonlar hazırlayan "Buddy Mobility" startapı ilə əməkdaşlıq müqaviləsi imzalayıb.
ətraflı >>

6 Nov 2018 Arxeologiya silsiləsindən olan şahmat fiqurları markalarda
Noyabrın 12-də Belarus Respublikası Rabitə və İnformasiya Nazirliyi "Arxeologiya" seriyasından iki poçt markasını dövriyyəyə buraxacaq.
ətraflı >>



Alış Satış
1.9250 1.9600
1.6980 1.7020
0.0253 0.0260
GBP 2.1550 2.2050
SDR 1 SDR 2,3573