Bizimlə əlaqə: (012) 493-56-00
Bizimlə əlaqə: (012) 493-56-00 Az En
   Elektron xidmətlər
   İndeks və Ünvanların axtarışı
   Poçt göndərişlərinin izlənilməsi
   Məktub yazmaq
   Elektron Xidmətlər Portalı
   Elektron İmzası
   E-Ticarət
Xəbərlər
30 Oct 2017

Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinə həsr olunan Azərbaycan və Türkiyə birgə poçt markası buraxıldı.

     “Azərpoçt” MMC-də Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin açılışı münasibətilə Azərbaycan və Türkiyənin birgə istehsal etdiyi poçt markasının imzalanma mərasimi keçirilib. Tədbirdə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Türkiyənin Poçt və Teleqraf Təşkilatının nümayəndələri iştirak edib. 

    Qonaqları salamlayan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi Tahir Məmmədov qeyd etdi ki, Bakı-Tbilisi-Qars dəmiryol xətti poçtdaşımalarında da böyük əhəmiyyət daşıyacaq. Nazirliyin əməkdaşı Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə ilk qatarın yola düşməsi ilə yadda qalan tarixi hadisəyə həsr etdikləri poçt markasının buraxılması təşəbbüsünə görə Türkiyənin Poçt və Teleqraf Təşkilatına və markanın hazırlanmasında əməyi olan hər kəsə təşəkkürünü bildirdi.Türkiyənin Poçt və Teleqraf Təşkilatının Poçt direktor müavini Gürbüz Akbulut Bakı-Tbilisi-Qars layihəsinin iqtisadi üstünlüklərindən danışdı. Bununla yanaşı, dəmiryol xəttinin yük, sərnişin, poçt axını ilə yanaşı, təhlükəsizlik, sabitlik və sosial rifahı yaxşılaşdıracağını və ölkələrimizin qlobal müstəvidə inkişafına öz töhfəsini verəcəyini söylədi. Sonra Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin açılışına həsr olunmuş marka imzalandı və auditoriyaya təqdim olundu. Bununla da birgə istehsal olunan marka poçt dövriyyəsinə buraxıldı.

 10.000 tirajla istehsal olunan Azərbaycan-Türkiyə birgə markası Türkiyənin Poçt və Teleqraf Təşkilatı tərəfindən çap edilib.Markanın göstəriciləri aşağıdakı kimidir:

Blok ölçüsü: 115x75 mm

Markanın ölçüsü: 76x39mm

Nominal: 1.50 AZN







13 Aug 2018 Sürünənlər.Kərtənkələlər silsiləsindən poçt markası
2018-ci il avqustun 13-də Belarus Respubikası Rabitə və İnformasiyalaşdırma Nazirliyi Sürünənlər. Kərtənkələlər silsiləsindən üç poçt markasını dövriyyəyə buraxır.
ətraflı >>

9 Aug 2018 İvanovoda Belarus Yazısı Günü
17 avqust 2018-ci ildə Belarus Respublikasının Rabitə və İnformasiyalaşdırma Nazirliyi Belarus yazısı günü orijinal zərfini dövriyyəyə buraxacaq.
ətraflı >>

8 Aug 2018 Özbəkistan poçt markalarında idman
Özbəkistan Respublikası İnformasiya Texnologiyalarının və Kommunikasiyaların İnkişafı Nazirliyi 2018-ci il avqustun 6-dan Özbəkistan poçt markalarında idman poçt markaları seriyasını dövriyyəyə buraxıb.
ətraflı >>

31 Jul 2018 Rusiya Poçtunda yenilik
Rusiya Poçtu avqust ayından Yaponiyadan Avropaya tranzit qurum rolu oynayacaq. 2018-ci ilin mayında Rusiya Poçtu və Yaponiynın Japan Post Holdings şirkəti poçt rabitəsi sahəsində əməkdaşlığın inkişafı haqqında saziş imzalayıb.
ətraflı >>

20 Jul 2018 Nazir Qaxda vətəndaşlarla görüşüb
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Qax rayonunda vətəndaşlarla görüşüb.
ətraflı >>

13 Jul 2018 "Poçtap" layihəsi çərçivəsində 312 itirilmiş sənəd sahibinə geri qaytarılıb
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərpoçt MMC tərəfindən reallaşdırılan sosial layihə çərçivəsində istifadəyə verilən Poçtap xidməti artıq 1 (2 mart 2017) ildən çoxdur ki, sənədini itirənləri sevindirir. Poçtap sayəsində itirilmiş sənədlər tapılaraq sahibinə qaytarılır.
ətraflı >>

13 Jul 2018 NRYTN-nin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı təsdiqlənib
Nazirlər Kabineti Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısını təsdiq edib.
ətraflı >>

11 Jul 2018 Elektron ticarət məhsullarının poçt vasitəsilə çatdırılması baxımından yeni imkanlar yaradılıb
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) və Avropa İttifaqının birgə təşkilatçılığı ilə Bakıda Azərbaycanda elektron ticarət: mövcud vəziyyət və inkişaf perspektivləri mövzusunda dəyirmi masa keçirilib.
ətraflı >>

10 Jul 2018 Ukrpoçta mobil əlavəni işə salıb
Ukrpoçta iOS əməliyyat sistemi üçün özünəməxsus mobil əlavəni işə salıb. İndi bütün arzu edənlər öz smartfonundan ölkənin baş poçtuna çıxış əldə edə biləcəklər. Proqramın yaradılması üzərində Ukrpoçta komandası və marketinqin digitallaşdırılması üzrə tərəfdaşı D2 İT-şirkəti çalışıb.
ətraflı >>

8 Jul 2018 8 iyul Rusiyada poçtun yarandığı gündür
Rusiyada hər il iyulun ikinci bazar günü qeyd olunan poçt rabitəsi işçilərinin peşə bayramıdır. Rusiya poçtunun tarixi min ildən artıqdır. Poçt haqqında qeydlərə min il əvvəlki yazılı abidələrdə rast gəlinir, lakin dövlət nizamlı poçt rabitəsi Böyük Pyotrun islahatlarından başlanır.
ətraflı >>



Alış Satış
1.9330 1.9630
1.6990 1.7025
0.0243 0.0254
GBP 2.1500 2.2000
SDR 1 SDR 2,3596