Bizimlə əlaqə: (012) 493-56-00
Bizimlə əlaqə: (012) 493-56-00 Az En
   Elektron xidmətlər
   İndeks və Ünvanların axtarışı
   Poçt göndərişlərinin izlənilməsi
   Məktub yazmaq
   Elektron Xidmətlər Portalı
   Elektron İmzası
   E-Ticarət
Xəbərlər
13 Oct 2017

Nazır Ramin Quluzadə Göyçay şəhərində vətəndaşlarla görüşüb.

Göyçay şəhərində Göyçay, Kürdəmir, Ucar, Ağdaş rayonlarının və Mingəçevir şəhərinin sakinləri ilə görüşdə vətəndaşların telekommunikasiya, internet, poçt xidmətləri, yol təmir-tikintisi, yeni marşrut xəttinin açılması, marşrut qrafiklərində dəyişiklik edilməsi, işə qəbul kimi məsələlərlə bağlı müraciətlərinə baxılıb, təkliflərini dinlənilib.

Vətəndaşların müraciətlərinin dəqiqliklə araşdırılması və qaldırılan məsələlərin həlli barədə nazirliyin müvafiq strukturlarına konkret tapşırıqlar verilib. Eyni zamanda, vətəndaşların müxtəlif təklifləri qeydə alınıb, şikayət xarakterli müraciətlər araşdırılaraq müvafiq tədbirlərin görülməsi üçün nəzarətə götürülüb.

Vətəndaşların müraciətlərində qaldırılan problemlərin əksəriyyəti yerində həllini tapıb.

Görüşdə nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınıb. Həmin müraciətlərin müvafiq qurumlara göndərilməsi təmin olunacaq.

Regiona səfəri çərçivəsində aidiyyəti rayonların Telekommunikasiya qovşaqları, poçt filialları, eləcə də, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin regional bölmələrinin və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib.

Sektor üzrə mövcud durum, çatışmazlıqlar, nöqsanlar, vətəndaş şikayətləri üzrə geniş müzakirələrin aparıldığı müşavirədə həyata keçirilən islahatların vətəndaş məmnunluğu və xidmət keyfiyyətinin yüksəldilməsinə yönəldiyi diqqətə çatdırılıb.

Toplantıda müvafiq sahə rəhbərlərinə hər bir vətəndaş müraciətinə fərdi və həssaslıqla yanaşılması barədə tapşırıqlar verilib. 







21 Jun 2018 Azərpoçt MMC Əsgərə məktub aksiyasını keçirir
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərpoçt MMC Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 100 illiyinə həsr olunmuş Əsgərə məktub adlı aksiya keçirir.
ətraflı >>

12 Jun 2018 Poçtap layihəsi çərçivəsində 915 sənəd tapıldı
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərpoçt MMC tərəfindən reallaşdırılan sosial layihə çərçivəsində istifadəyə verilən Poçtap xidməti artıq 1 (2 mart 2017 ) ildən çoxdur ki, sənədini itirənləri sevindirir. Poçtap sayəsində itirilmiş sənədlər tapılaraq sahibinə qaytarılır.
ətraflı >>

6 Jun 2018 Belpoçta Respublika Unitar Müəssisəsi-dən Postkrosser günü: dünyanın müxtəlif guşələrindən salam aksiyası
İyunun 8-də respublikanın bütün poçt rabitəsi şöbələrində Postkrosser günü promo tədbiri keçiriləcək. Eyni vaxtda 10 və daha artıq beynəlxalq adi poçt kartı göndərən müştərilər onların göndəriş haqqını 10% güzəştlə ödəyə biləcəklər.
ətraflı >>

5 Jun 2018 Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Vahid Çağrı Mərkəzi yaradıldı 155
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki qurumlarda fəaliyyət göstərən müxtəlif çağrı mərkəzləri birləşdirilib. Yüksək keyfiyyətli müştəri xidmətlərinin göstərilməsi, vətəndaşların daha rahat müraciəti, tam düzgün və ətraflı məlumat ala bilməsi üçün Vahid Çağrı Mərkəzi 155 yaradılıb.
ətraflı >>

5 Jun 2018 2018-ci ildə poçt xidmətlərinin dünya reytinqi
Ümumdünya Poçt İttifaqı poçt göndərişləri haqqında trekinqin məlumatlarını, poçt operatorlarının fəaliyyəti haqqında rəsmi statistikanı və öz araşdırmalarını təhlil edərək, xüsusi metodika ilə ölkələrin poçt rabitəsinin inkişafı üzrə vahid indeksini müəyyən edir.
ətraflı >>

1 Jun 2018 Azərbaycanda poçt rabitəsinin yaradılmasından 200 il ötür
Azərbaycan poçtunun tarixi 1 iyun 1818-ci ildə Gəncə şəhərində ilk poçt kontorunun açılmasından başlanır. Daha sonra 1826-cı ildə Bakıda, 1828-ci ildə isə Naxçıvanda poçt ekspedisiyası təşkil edilib.
ətraflı >>

22 May 2018 Gürcüstan Poçtu Avropanın ən yaxşı poçt şirkətləri onluğuna daxildir
Gürcüstan Poçtu Dövlət Şirkəti Premium dərəcəli beynəlxalq poçt xidməti birliyi (EMS) Şurasına seçkilərdə qalib gəlib. Səsvermə İsveçrənin Bern şəhərində Ümumdünya Poçt İttifaqının baş ofisində keçirilib. Bu barədə Gürcüstan Poçtunun rəsmi saytında məlumat verilir.
ətraflı >>

19 May 2018 47-ci epistolyar inşa müsabiqəsinin qalibləri mükafatlandırıldı
Ümumdünya Poçt İttifaqı (ÜPİ) 47 ildir ki, təşkilata üzv ölkələrin poçt adminstrasiyaları ilə birgə ümümtəhsil məktəbliləri arasında epistolyar (məktub şəkilində yazı) inşa müsabiqəsi keçirilir.
ətraflı >>

11 May 2018 Poçtap layihəsi çərçivəsində 885 sənəd tapıldı
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərpoçt MMC tərəfindən reallaşdırılan sosial layihə çərçivəsində istifadəyə verilən Poçtap xidməti artıq 1 (2 mart 2017) ildən çoxdur ki, sənədini itirənləri sevindirir. Poçtap sayəsində itirilmiş sənədlər tapılaraq sahibinə qaytarılır.
ətraflı >>

10 May 2018 Heydər Əliyev-95 illik
Azərpoçt MMC-də milli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunan tədbir keçirilib.
ətraflı >>



Alış Satış
1.9600 1.9900
1.6970 1.7020
0.0264 0.0270
GBP 2.2150 2.2650
SDR 1 SDR 2,3995