Bizimlə əlaqə: (012) 493-56-00
Bizimlə əlaqə: (012) 493-56-00 Az En
   Elektron xidmətlər
   İndeks və Ünvanların axtarışı
   Poçt göndərişlərinin izlənilməsi
   Məktub yazmaq
   Elektron Xidmətlər Portalı
   Elektron İmzası
   E-Ticarət
Xəbərlər
28 Sep 2017

Azərbaycan ITU Telecom World sərgilərində fəal iştirakına görə təşəkkürnamə ilə təltif edilib

 Koreya Respublikasının Busan şəhərində keçirilən Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) illik ənənəvi “ITU Telecom World 2017” beynəlxalq sərgi-konfransı başa çatıb. İnformasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində innovasiyaların sürətləndirilməsi üçün qlobal platforma rolunu oynayan “ITU Telecom World 2017”də Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin himayəsi ilə geniş nümayəndə heyəti ilə təmsil olunub.

Dörd gün ərzində 20 min nəfərə yaxın ziyarətçinin baş çəkdiyi “ITU Telecom World 2017” beynəlxalq sərgisində Azərbaycan milli pavilyonunda ölkəmizdə İKT sektorunda həyata keçirilən layihələrin, startapların, mobil operatorların ən yeni xidmətlərinin, Yüksək Texnologiyalar Parkının fəaliyyətinin, “Elektron hökumət” portalının təqdimatı olub.

Qeyd edək ki, sərginin ən çox maraq doğuran pavilyonlarından biri də məhz Azərbaycan pavilyonu olub. Xüsusi vurğulamaq lazımdır ki, ölkəmiz 2009-cu ildən etibarən davamlı olaraq “ITU Telecom World” sərgilərində milli pavilyon ilə təmsil olunur. Bu il isə Azərbaycan Avropadan və Regional Rabitə Birliyində təmsil olunan dövlətlərdən sərgidə milli pavilyon ilə təmsil olunan yeganə ölkə olub.

Sentyabrın 28-də sərginin yekunu olaraq Beynəlxalq Telekommunikasiya İttifaqının müxtəlif nominasiyalarda mükafatlarının qalibləri açıqlanıb. “ITU Telecom World” sərgilərində bir neçə il davamlı və fəal iştirakına görə Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi BTİ-nin xüsusi təşəkkürnamə sertifikatı ilə təltif olunub. Bundan başqa, nazirliyin tabeliyində fəaliyyət göstərən Yüksək Texnologiyalar Parkı sərginin ən yaxşı innovativ fərdi iştirakçı mükafatına, milli pavilyonumuzda təqdim olunan “Sağlam yaşam platforması” sosial sahə üzrə ən yaxşı layihələrdən biri kimi sertifikata layiq görülüb. 







13 Jul 2018 "Poçtap" layihəsi çərçivəsində 312 itirilmiş sənəd sahibinə geri qaytarılıb
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərpoçt MMC tərəfindən reallaşdırılan sosial layihə çərçivəsində istifadəyə verilən Poçtap xidməti artıq 1 (2 mart 2017) ildən çoxdur ki, sənədini itirənləri sevindirir. Poçtap sayəsində itirilmiş sənədlər tapılaraq sahibinə qaytarılır.
ətraflı >>

13 Jul 2018 NRYTN-nin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı təsdiqlənib
Nazirlər Kabineti Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısını təsdiq edib.
ətraflı >>

11 Jul 2018 Elektron ticarət məhsullarının poçt vasitəsilə çatdırılması baxımından yeni imkanlar yaradılıb
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) və Avropa İttifaqının birgə təşkilatçılığı ilə Bakıda Azərbaycanda elektron ticarət: mövcud vəziyyət və inkişaf perspektivləri mövzusunda dəyirmi masa keçirilib.
ətraflı >>

10 Jul 2018 Ukrpoçta mobil əlavəni işə salıb
Ukrpoçta iOS əməliyyat sistemi üçün özünəməxsus mobil əlavəni işə salıb. İndi bütün arzu edənlər öz smartfonundan ölkənin baş poçtuna çıxış əldə edə biləcəklər. Proqramın yaradılması üzərində Ukrpoçta komandası və marketinqin digitallaşdırılması üzrə tərəfdaşı D2 İT-şirkəti çalışıb.
ətraflı >>

8 Jul 2018 8 iyul Rusiyada poçtun yarandığı gündür
Rusiyada hər il iyulun ikinci bazar günü qeyd olunan poçt rabitəsi işçilərinin peşə bayramıdır. Rusiya poçtunun tarixi min ildən artıqdır. Poçt haqqında qeydlərə min il əvvəlki yazılı abidələrdə rast gəlinir, lakin dövlət nizamlı poçt rabitəsi Böyük Pyotrun islahatlarından başlanır.
ətraflı >>

7 Jul 2018 Hərbi dəniz admiralları şərəfinə marka buraxıldı
2018-ci il iyulun 7-də Belarus Respubikası Rabitə və İnformasiyalaşdırma Nazirliyi Belarusda yetişmiş hərbi-dəniz donanması admiralları silsiləsindən dörd poçt markasını və bloku dövriyyəyə buraxıb.
ətraflı >>

5 Jul 2018 Helikopter idmanı üzrə 16-cı Dünya çempionatına həsr olunmuş ştempel dövriyyəyə buraxılır
Belarus Respublikası Rabitə və İnformasiyalaşdırma Nazirliyi 2018-ci il iyulun 9-da helikopter idmanı üzrə 16-cı Dünya çempionatına həsr olunmuş xüsusi xatirə tədbirinin keçirilməsi üçün istifadə olunacaq xüsusi xatirə ştempelini dövriyyəyə buraxır.
ətraflı >>

29 Jun 2018 Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qusarda vətəndaşlarla görüşüb
Bu gün nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin iyun ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Qusar şəhərində görüş keçirib.
ətraflı >>

26 Jun 2018 "Əsgərə məktub" aksiyası bitti
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi \"Azərpoçt\" MMC tərəfindən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 100 illiyinə həsr olunmuş \"Əsgərə məktub\" adlı aksiya başa çatıb.
ətraflı >>

25 Jun 2018 Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qusarda vətəndaşlarla görüşəcək
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə iyunun 29-u 12:00-da Qusar şəhərində vətəndaşları qəbul edəcək.
ətraflı >>



Alış Satış
1.9750 2.0050
1.6970 1.7010
0.0268 0.0272
GBP 2.2300 2.2800
SDR 1 SDR 2,3834