Bizimlə əlaqə: (012) 493-56-00
Bizimlə əlaqə: (012) 493-56-00 Az En
   Elektron xidmətlər
   İndeks və Ünvanların axtarışı
   Poçt göndərişlərinin izlənilməsi
   Məktub yazmaq
   Elektron Xidmətlər Portalı
   Elektron İmzası
   E-Ticarət
Xəbərlər
16 fev 2018

Azərpoçtbeynəlxalq epistolyar inşa müsabiqəsinə start verdi

 Ümumdünya Poçt İttifaqı (ÜPİ) 47 ildir ki, təşkilata üzv ölkələrin poçt adminstrasiyaları ilə birgə ümümtəhsil məktəbliləri arasında epistolyar (məktub şəkilində yazı) inşa müsabiqəsi keçirir. Ölkəmizdə bu müsabiqə “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətivə Təhsil Nazirliyi ilə birgə təşkil edilir.

Müsabiqəyə biri Ümumdünya Poçt İttifaqı tərəfindən olmaqla 3 mövzu təqdim edilir. Bu il keçiriləcək müsabiqə üçün artıq mövzular müəyyən olunub.
Belə ki, “Təsəvvür edin ki, siz zaman üzrə səyahət edən bir məktubsunuz. Siz öz oxucularınıza hansı müraciəti çatdırardınız?” , “Azərbaycan ordusu: 100 illik inkişaf yolu”, “Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli şəxsiyyətləri” mövzuları üzrə inşa müsabiqəsində respublika məktəbliləri öz bilik və bacarıqlarının sınayacaqlar. .
Qeyd edək ki, birinci mövzu Ümumdünya Poçt İttifaqı, ikinci mövzu “Azərpoçt” MMC, üçüncü mövzu isə Təhsil Nazirliyi tərəfindən təklif edilərək təsdiqlənib. Müsabiqənin mükafat fondu aşağıdakı kimidir:

1-ci yer – 3 nəfər – hər biri 150 manat (hər bir mövzu üzrə 1 nəfər)
2-ci yer – 6 nəfər – hər biri 100 manat (hər bir mövzu üzrə 2 nəfər)
3-cü yer – 9 nəfər – hər biri 80 manat (hər bir mövzu üzrə 3 nəfər)
Həvəsləndirici - 12 nəfər – hər biri 50 manat (hər bir mövzu üzrə 4 nəfər)

Müsabiqəyə təqdim edilən inşa yazıları 01.04.2018-ci il tarixinə qədər yerli rayon Poçt Fiallarına, şəhər Poçt Fialları üzrə isə “Azərpoçt” MMC-nin mərkəzi filialına - Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi 36, AZ1000 indeks ünvana göndərilməlidir:
ÜPİ-nin təklif etdiyi mövzu üzrə qalib elan edilən inşa yazısı Azərbaycan Respublikası adından Ümumdünya Poçt İttifaqının mərkəzi ofisinə, Bern şəhərinə göndəriləcək.
Azərbaycan, rus və yaxud ingilis dillərindən birində yazılacaq inşaların həcmi 1000 sözdən artıq olmamalıdır. Müsabiqənin şərtlərinə əsasən ÜPİ-nin üzvü olan hər bir ölkədən yazılar 5 may tarixindən gec olmayaraq təşkilatın Beynəlxalq Bürosuna göndərilməlidir. Müsabiqə şərtlərinə görə, toplanan inşalar YUNESKO-nun təşkil etdiyi münsiflər heyətinə təqdim olunur.Sonda 3 əsas qalib və 5 laureat müəyyən olunur.
Qaliblər qızıl, gümüş, bürünc medallarla, laureatlar isə xüsusi hədiyyələrlə mükafatlandırılır. 
Qızıl medalın sahibi olan məktəbli Beynəlxalq Büronun prizini almaq üçün İsveçrənin Bern şəhərinə dəvət olunur. 
Gümüş və bürünc medalların sahiblərinin adları, ən yaxşı inşa yazısı ilə birlikdə “Poçt ittifaqı” jurnalında çap olunur. 
Beynəlxalq Büro bu hadisənin mətbuatda hərtərəfli işıqlandırılmasını təmin etməklə, ictimaiyyətin diqqətini laureatların aid olduğu ölkələrə cəlb edir. Mükafatlandırma mərasimi hər il 9 oktyabrda Ümumdünya Poçt Günü keçirilir.
Xatırladaq ki, “Azərpoçt” MMC 1993-cü ildən ÜPİ-nin üzvüdür.







13 Jul 2018 "Poçtap" layihəsi çərçivəsində 312 itirilmiş sənəd sahibinə geri qaytarılıb
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərpoçt MMC tərəfindən reallaşdırılan sosial layihə çərçivəsində istifadəyə verilən Poçtap xidməti artıq 1 (2 mart 2017) ildən çoxdur ki, sənədini itirənləri sevindirir. Poçtap sayəsində itirilmiş sənədlər tapılaraq sahibinə qaytarılır.
ətraflı >>

13 Jul 2018 NRYTN-nin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı təsdiqlənib
Nazirlər Kabineti Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısını təsdiq edib.
ətraflı >>

11 Jul 2018 Elektron ticarət məhsullarının poçt vasitəsilə çatdırılması baxımından yeni imkanlar yaradılıb
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) və Avropa İttifaqının birgə təşkilatçılığı ilə Bakıda Azərbaycanda elektron ticarət: mövcud vəziyyət və inkişaf perspektivləri mövzusunda dəyirmi masa keçirilib.
ətraflı >>

10 Jul 2018 Ukrpoçta mobil əlavəni işə salıb
Ukrpoçta iOS əməliyyat sistemi üçün özünəməxsus mobil əlavəni işə salıb. İndi bütün arzu edənlər öz smartfonundan ölkənin baş poçtuna çıxış əldə edə biləcəklər. Proqramın yaradılması üzərində Ukrpoçta komandası və marketinqin digitallaşdırılması üzrə tərəfdaşı D2 İT-şirkəti çalışıb.
ətraflı >>

8 Jul 2018 8 iyul Rusiyada poçtun yarandığı gündür
Rusiyada hər il iyulun ikinci bazar günü qeyd olunan poçt rabitəsi işçilərinin peşə bayramıdır. Rusiya poçtunun tarixi min ildən artıqdır. Poçt haqqında qeydlərə min il əvvəlki yazılı abidələrdə rast gəlinir, lakin dövlət nizamlı poçt rabitəsi Böyük Pyotrun islahatlarından başlanır.
ətraflı >>

7 Jul 2018 Hərbi dəniz admiralları şərəfinə marka buraxıldı
2018-ci il iyulun 7-də Belarus Respubikası Rabitə və İnformasiyalaşdırma Nazirliyi Belarusda yetişmiş hərbi-dəniz donanması admiralları silsiləsindən dörd poçt markasını və bloku dövriyyəyə buraxıb.
ətraflı >>

5 Jul 2018 Helikopter idmanı üzrə 16-cı Dünya çempionatına həsr olunmuş ştempel dövriyyəyə buraxılır
Belarus Respublikası Rabitə və İnformasiyalaşdırma Nazirliyi 2018-ci il iyulun 9-da helikopter idmanı üzrə 16-cı Dünya çempionatına həsr olunmuş xüsusi xatirə tədbirinin keçirilməsi üçün istifadə olunacaq xüsusi xatirə ştempelini dövriyyəyə buraxır.
ətraflı >>

29 Jun 2018 Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qusarda vətəndaşlarla görüşüb
Bu gün nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin iyun ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Qusar şəhərində görüş keçirib.
ətraflı >>

26 Jun 2018 "Əsgərə məktub" aksiyası bitti
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi \"Azərpoçt\" MMC tərəfindən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 100 illiyinə həsr olunmuş \"Əsgərə məktub\" adlı aksiya başa çatıb.
ətraflı >>

25 Jun 2018 Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qusarda vətəndaşlarla görüşəcək
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə iyunun 29-u 12:00-da Qusar şəhərində vətəndaşları qəbul edəcək.
ətraflı >>



Alış Satış
1.9730 1.9900
1.6970 1.7005
0.0263 0.0270
GBP 2.1950 2.2450
SDR 1 SDR 2,3796