Bizimlə əlaqə: (012) 493-56-00
Bizimlə əlaqə: (012) 493-56-00 Az En
   Elektron xidmətlər
   İndeks və Ünvanların axtarışı
   Poçt göndərişlərinin izlənilməsi
   Məktub yazmaq
   Elektron Xidmətlər Portalı
   Elektron İmzası
   E-Ticarət
Xəbərlər
10 May 2018

Heydər Əliyev-95 illik

 “Azərpoçt” MMC-də milli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunan tədbir keçirilib.

Mərasimdən öncə “Azərpoçt” MMC-nin kollektivi milli lider Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra  “Azərpoçt” MMC-nin baş direktoru Emin Əfəndiyev təməli ulu öndər tərəfindən qoyulan azərbaycançılıq məfkurəsindən söhbət açıb. Onun rabitə dünyası ilə bağlı dediklərini tədbir iştirakçılarının diqqətinə çatdırıb: “Rabitə vasitəsi ilə biz dünyaya öz ölkəmizdə, respublikamızda  olan məlumatları çatdırırıq və rabitə vasitəsilə dünya ölkələrindən, kürreyi-ərzin hər yerindən məlumat alırıq. Müasir dövrdə bunsuz yaşamaq mümkün deyildir. Ona görə də rabitə sahəsində görülən işlər həm iqtisadi xarakter daşıyır, həm də insanların işləməsi, çalışması üçün çox böyük şərtdir, eyni zamanda ictimai-siyasi xarakter daşıyır. Biz bunlara çox diqqət, fikir veririk”!-o bildirib ki, bu sözlər milli liderimiz Heydər Əliyevin rabitə sahəsinə verdiyi dəyərin göstəricisidir.

Azərbaycanda bütün sahələrdə olduğu kimi rabitənin inkişafında da Heydər Əliyevin xidmətlərinin danılmaz olduğunu söyləyib. Onun 1970-ci il iyun ayının 24-də təşəbbüsü və rəhbərliyi ilə “Respublikada rabitə vasitələrinin vəziyyəti və gələcək inkişafı üzrə tədbirlər haqqında” məsələni Mərkəzi Komitənin bürosuna çıxardığını və tarixi qərar qəbul etdiyini vurğulayıb. Qərarda 1971-75-ci illərdə 16 rabitə qovşağı üçün binaların tikilməsi, şəhərlərin icraiyyə komitələri tərəfindən ATS binalarının inşa edilməsi, o cümlədən Bakıda hər il 1 ATS binasının tikilməsi, Rabitə Nazirliyi  tərəfindən ATS avadanlıqlarının alınması və texnoloji avadanlıqların inşası, bütün bunlar üçün lazımi vəsaitin ayrılması və digər mühüm tədbirlərin həyata keçirilməsi öz əksini tapdı.

Tədbir iştirakçıları bildiriblər ki, məhz Heydər Əliyev dühasının əməyi nəticəsində  poçt, teleqraf və teleradio proqramlarının yayımı sahələri də diqqətəlayiq inkişaf yolu keçdi. Bakıda Dəmir yolu yanı poçtamt binasının, Rabitə evi, onlarla rayon mərkəzində rabitə qovşaqları üçün binaların, bundan başqa respublikada 300-dən çox poçt şöbəsi binasının tikintisi o dövrdə reallaşdı. Təsadüfi deyil ki, ölkə ictimaiyyəti və mətbuat 1998-ci ili rabitədə dönüş ili, texniki inqilab ili adlandırır. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin yaradılması böyük başlanğıcın davamı idi. Bu gün “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin də tabe olduğu  Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazırliyi çoxşaxəli olduğu qədər də, müasir cəmiyyət üçün vacib olan sahələri əhatə edir. Çıxışçılar müasir dövrdə bütün dünyaya sabitlik nümunəsi olan Azərbaycanın  müstəqilliyimiz, inkişafımız uğrunda mübarizə aparan Heydər Əliyev siyasətini hər sahədə layiqincə davam etdirən prezident İlham Əliyevin daim yanında olduğunu qeyd etdilər. 







21 Sep 2018 Nazir Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb
Azərbaycan Respublikası Prezidentinin tapşırıq və tövsiyələrinə uyğun olaraq, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə Qazax şəhərində vətəndaşlarla görüşüb.
ətraflı >>

20 Sep 2018 Çinlə birgə növbəti elektron ticarət platformasının yaradılması təklif olunub
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərpoçt MMC-də Çin Xalq Respublikası Sənaye və Kommersiya Federasiyasının sədri Donq Yancunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
ətraflı >>

19 Sep 2018 Nazir Ramin Quluzadə Avstriyanın vitse-kansleri ilə görüşüb
Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Bakıda səfərdə olan Avstriya Respublikasının vitse-kansleri, dövlət qulluğu və idman üzrə federal naziri Haynts-Kristian Ştraxenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
ətraflı >>

18 Sep 2018 Azərbaycan Ümumdünya Poçt İttifaqının konqresində təmsil olunub
Ümumdünya Poçt İttifaqının (ÜPİ) Efiopiyanın paytaxtı Əddis Əbəbə şəhərində keçirilən 2-ci növbədənkənar konqresi başa çatıb. Tədbirdə dünyanın 130 ölkəsini təmsil edən mindən çox nümayəndə iştirak edib, Azərbaycan nümayəndə heyəti ilə təmsil olunub.
ətraflı >>

18 Sep 2018 Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşəcək
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə sentyabrın 21-də Ağstafa rayonunda nəzərdə tutulan Ağstafa, Qazax, Tovuz, Şəmkir və Gədəbəy rayonlarından olan vətəndaşları qəbul edəcək. Vətəndaşlarla görüş Qazax rayonunda saat 12:00-da keçiriləcək.
ətraflı >>

13 Sep 2018 Peterburq ali kino məktəbinin 100 illiyi şərəfinə bədii zərf buraxılıb
Rusiya Poçtu Sankt-Peterburq dövlət kino və televiziya institutunun 100 illiyinə həsr olunmuş bədii markalı zərfi poçt dövriyyəsinə buraxıb.
ətraflı >>

10 Sep 2018 Belarusun şəhərləri markalarda, Qrodno
Sentyabrın 14-də Belarus Respubikası Rabitə və İnformasiyalaşdırma Nazirliyi Belarusun şəhərləri silsiləsindən Qrodno poçt markasını dövriyyəyə buraxacaq.
ətraflı >>

9 Sep 2018 İkinci Növbədənkənar Ümumdünya Poçt Konqresi başa çatıb
3 günlük konqresdə Ümumdünya Poçt İttifaqının üzvü olan ölkələr poçt sektorunun gələcək inkişafına dair mühüm məsələlər nəzərdən keçirilib, qərarlar qəbul edilib.
ətraflı >>

7 Sep 2018 Kosmos və kosmik uçuşların sirrləri poçt markasında
Sentyabrın 13-də Belarus Respubikası Rabitə və İnformasiyalaşdırma Nazirliyi Kosmik uçuşların iştirakçıları Assosiasiyasının 31-ci Beynəlxalq Konqresi poçt markasını dövriyyəyə buraxacaq.
ətraflı >>

6 Sep 2018 Postkrosser günü: dünyanın müxtəlif guşələrindən salam!
Sentyabr ayının 7-də Respublikanın bütün poçt rabitəsi şöbələrində Postkrosser günü promo tədbiri keçiriləcək. Eyni vaxtda 10 və daha artıq beynəlxalq adi poçt kartı göndərən müştərilər onların göndəriş haqqını 10% güzəştlə ödəyə biləcəklər.
ətraflı >>



Alış Satış
1.9900 2.0100
1.6990 1.7030
0.0252 0.0257
GBP 2.2150 2.2450
SDR 1 SDR 2,3880