Bizimlə əlaqə: (012) 493-56-00
Bizimlə əlaqə: (012) 493-56-00 Az En
   Elektron xidmətlər
   İndeks və Ünvanların axtarışı
   Poçt göndərişlərinin izlənilməsi
   Məktub yazmaq
   Elektron Xidmətlər Portalı
   Elektron İmzası
   E-Ticarət
Xəbərlər
1 Jun 2018

Azərbaycanda poçt rabitəsinin yaradılmasından 200 il ötür

 Azərbaycan poçtunun tarixi 1 iyun 1818-ci ildə Gəncə şəhərində ilk poçt kontorunun açılmasından başlanır. Daha sonra 1826-cı ildə Bakıda, 1828-ci ildə isə Naxçıvanda poçt ekspedisiyası təşkil edilib. 

Azərbaycan Xalq Cümhuriyyəti dövründə,1918-ci ildə isə Poçt və Teleqraf Nazirliyi yaradılıb.
Azərbaycan poçtunun ən çətin və şərəfli dövrü II Dünya müharibəsi illərinə təsadüf edir. Belə ki, həmin dövrdə sayı artmış poçt göndərişlərinin və əsgər məktublarının vaxtında ünvanlara çatdırılması bütün mənalarda məsuliyyət və iradə tələb edib. 
1945-ci ildə Poçt Ekspedisiyası təşkil edilib. Bu beynəlxalq poçt göndərişlərinin hərəkətinə, qorunub saxlanılmasına və yaxşı nəzarət edilməsinə imkan yaradıb. 
Ulu Öndər Heydər Əliyev ötən əsrin 70-80-ci illərində poçt sahəsinə xüsusi diqqət göstərib. Təsadüfi deyil ki, həmin dövrdə respublikada 300-dən çox poçt şöbəsi binası tikilib.
XX əsrin sonunda keçmiş SSRİ-nin dağılması və respublikamızın müstəqillik əldə etməsi ilə poçt rabitəsinin inkişafında da yeni mərhələ açılıb.
Bu gün yüksək keyfiyyətlə poçt və bank-maliyyə xidmətləri göstərən milli poçt operatoru “Azərpoçt” MMCölkənin bütün ərazisində ən geniş xidmət şəbəkəsinə malikdir. 
Hazırda “Azərpoçt” MMC-nin tərkibi 70 filialdan, o cümlədən 63 rayon\\şəhər filialından, 7 rayon rabitə qovşağı, Poçt Daşıma Mərkəzi, “Azərekspresspoçt” rabitə müəssisəsi, Mərkəzi Xüsusi Rabitə İdarəsi və Texniki Xidmət Mərkəzindən ibarətdir. Poçt filiallarının tabeliyində olan 1497poçt şöbəsi (o cümlədən 1141 kənd poçt şöbəsi) əhaliyə və hüquqi şəxslərə xidmət göstərir.
Sahə üzrə fəaliyyət göstərən bir sıra nüfuzlu təşkilatların üzvü olan “Azərpoçt” Ümumdünya Poçt İttifaqının EMS (sürətli poçt xidmətləri) kooperativi tərəfindən dünyanın 160-dan çox poçt operatorları arasında sürətli poçt xidmətinin keyfiyyəti üzrə keçirilən yarışlarda ardıcıl 9 dəfə qızıl səviyyəli sertifikata layiq görülüb. 
Qeyd edək ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi 2017-ci il fevral ayının 10-dan “Şəbəkə” layihəsinin tətbiqinə başlayıb. 
Ənənəvi poçt şöbələrində məktubların, teleqramların, banderol, kiçik paket və bağlamaların göndərilməsi vəqəbulu, sürətli poçt xidməti, poçt maliyyə əməliyyatları, pulköçürmələr, kommunal ödənişlərin qəbulu, sığorta ödənişlərinin qəbulu və s. həyata keçirildiyi halda, “Şəbəkə” mərkəzlərində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin bir sıra qurumlarının göstərdiyi xidmətlər bir məkanda təqdim olunur. 
“Şəbəkə” mərkəzlərində əhaliyə ənənəvi telekommunikasiya və poçt xidmətlərindən başqa, bank-maliyyə, eləcə də aviabilet satışı və turizm xidmətləri də göstərilir. Eyni zamanda, “Şəbəkə” mərkəzlərində lokal və beynəlxalq ödəniş kartlarının, icbari sığorta, elektron imza, zərf, marka, açıqca və aviabiletlərin satışı, pulköçürmələri,büdcə, kommunal, Dövlət İpoteka Fondu üzrə ödənişlər, mobil cihazların qeydiyyatı həyata keçirilir.
Hazırda respublika üzrə 7 “Şəbəkə” xidmət mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxt Bakıda, yəni Səbail,Yasamal(2), Binəqədi və Xəzər rayonlarında, digər 2-si Cəlilabad və Zaqatala şəhərlərində yerləşir. 
Hazırda “Şəbəkə” xidmətinin Bakının bütün rayonlarını əhatə etməsi üçün işlər aparılır. 
Növbəti mərhələdə isə “Şəbəkə” mərkəzlərinin respublikanın bütün böyük şəhər və rayonlarında açılması planlaşdırılır.







16 Nov 2018 Belarusun Böyük Tarixi Atlası
Belarus Respublikasının İnformasiya və Texnologiyalar Nazirliyi dörd cilddə olan Belarusun Böyük Tarixi Atlasının dərcinə həsr olunan, 21 Noyabr 2018-ci ildə xüsusi xatirə tədbirində istifadə olunacaq xatirə ştempelli buraxacaq.
ətraflı >>

16 Nov 2018 Nazir Ramin Quluzadə Bərdədə vətəndaşlarla görüşüb
Azərbaycan Respublikası Prezidentinin tapşırıq və tövsiyələrinə uyğun olaraq Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Bərdə şəhərində vətəndaşlarla görüşüb.
ətraflı >>

15 Nov 2018 Bakutel-2018 sərgisinin ziyarətçiləri lotereya qalibi olacaq
Bakı Expo Mərkəzinin sərgi zalında təşkil olunan xüsusi guşədə məhz Bakutel sərgisinin ziyarətçiləri üçün lotereya oyunu keçiriləcək. Azərlotereya ASC tərəfindən təşkil olunacaq lotereyanın oyun qaydalarına əsasən, biletlər oyunda iştirak üçün qeydiyyata alınacaq.
ətraflı >>

14 Nov 2018 Kiyevski kotlet markalarda
Ukrayna poçtu Milli yeməklər seriyasından Kiyevsayağı kotlet markasını dövriyyəyə buraxıb. 140 min tirajla dərc olunan nüsxənin nominalı 7 qrivni, yəni 0.43 Azn-dir.
ətraflı >>

13 Nov 2018 Azərbaycan və Belarus birgə marka dövriyyəyə buraxacaq
Belarus Respublikası Rabitə və İnformasiyalaşdırma Nazirliyi 2018-ci il noyabrın 19-da Azərbaycan və Belarus arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə poçt markasını dövriyyəyə buraxacaq.
ətraflı >>

13 Nov 2018 Nazir Bərdədə vətəndaşlarla görüşəcək
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə 16.11.2018-ci il tarixində saat 12:30-da Bərdə şəhərində Bərdə, Yevlax, Tərtər və Ağdam rayonlarının sakinlərinə göstərilən nəqliyyat, telekommunikasiya (o cümlədən, internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.
ətraflı >>

12 Nov 2018 Müstəqillik qəhrəmanları poçt markalarında
Polşa poçtu 11 noyabr 2018-ci ildə Polşanın müstəqilliyinin bərpasının 100 illiyi adı altında poçt məhsulu dövriyyəyə buraxıb. Poçt məhsulu səkkiz markadan ibarətdir və hər bir markanın tirajı 180 min nüsxə təşkil edir.
ətraflı >>

12 Nov 2018 1 Poçt Şöbəsi və 2 Poçt Agentliyi açılaraq müştərilərin istifadəsinə verilib
Azərpoçt MMC 2018-ci ilin 9 ayı üzrə tarif gəliri proqnozunu 105% icra edib. Belə ki, 2018-ci ilin 9 ayı üzrə təyin olunmuş tarif gəliri proqnoz tapşırıqları yerinə yetirilib, nəzərdə tutulan proqnozdan keçən ilin müvafiq dövrü ilə müqayisədə yəni 4.8% artıq gəlir əldə edilib.
ətraflı >>

7 Nov 2018 Poçt bağlamalarını robotlar daşıyacaq
Norveçin poçt operatoru robot poçtalyonlar hazırlayan "Buddy Mobility" startapı ilə əməkdaşlıq müqaviləsi imzalayıb.
ətraflı >>

6 Nov 2018 Arxeologiya silsiləsindən olan şahmat fiqurları markalarda
Noyabrın 12-də Belarus Respublikası Rabitə və İnformasiya Nazirliyi "Arxeologiya" seriyasından iki poçt markasını dövriyyəyə buraxacaq.
ətraflı >>



Alış Satış
1.9250 1.9600
1.6980 1.7020
0.0253 0.0260
GBP 2.1550 2.2050
SDR 1 SDR 2,3573