Bizimlə əlaqə: (012) 493-56-00
Bizimlə əlaqə: (012) 493-56-00 Az En
   Elektron xidmətlər
   İndeks və Ünvanların axtarışı
   Poçt göndərişlərinin izlənilməsi
   Məktub yazmaq
   Elektron Xidmətlər Portalı
   Elektron İmzası
   E-Ticarət
Xəbərlər
31 May 2018

Jurnalistlər arasında “Poçt haqqında ən yaxşı material” müsabiqəsi

“Belpoçta” Respublika Unitar Müəssisəsi çap və elektron KİV jurnalistlərini “Poçt haqqında ən yaxşı material” müsabiqəsində iştirak etməyə dəvət edir. Hər il yaradıcılıq müsabiqəsində iştirak edən respublika jurnalistləri öz oxucularına, tamaşaçılarına və dinləyicilərinə şirkətin ən mühüm hadisələrindən, yenilik və uğurlarından, poçt işinin peşəkarlarından maraqlı, maarifləndirici söhbətlər təqdim edirlər. Müsabiqəyə təqdim edilən yazı və reportajların başlıca qəhrəmanları olan poçt işçiləri, öz peşəsini sevən məsuliyyətli, əməksevər və səmimi insanlar olan poçtalyonlar, sürücülər, əməliyyatçılar, çeşidləyicilər, texniklərdir. Poçt bütün bu insanların həyatının mühüm hissəsidir. 2018-ci ildə çap və elektron KİV jurnalistləri arasında “Poçt haqqında ən yaxşı material” müsabiqəsi poçt mövzusunda yazan jurnalistlərə dəstək məqsədilə keçirilir. Müsabiqənin keçirilmə müddəti 2018-ci il iyunun 1-dən dekabrın 1-dək olan dövrü əhatə edir. Müsabiqə işlərinin mövzusu: “Belpoçta” RUM etibarlı körpüdür. Uğura aparan peşə yolu”. Müsabiqədə iştirak üçün ərizələr, habelə müsabiqə işləri poçtla 2018-ci il dekabrın 7-dək aşağıdakı ünvana göndərilməlidir: Kimə: “Belpoçta” RUM, “Poçt haqqında ən yaxşı material” müsabiqəsi qeydi ilə. Haraya: “Belpoçta” a/q, 220050, Minsk şəhəri. Video və radiomateriallar rəqəmsal formatda DVD və CD disklərdə poçtla, yaxud orlova@belpost.byelektron ünvanına qəbul olunur. Müsabiqəyə təqdim edilmiş işlər və müsabiqədə iştirak ərizələri əsasında 2019-cu ilin yanvarında yekun vurulacaq. Müsabiqənin qalibləri və mükafatçıları diplom və mükafatlarla təltif olunacaq.







21 Sep 2018 Nazir Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb
Azərbaycan Respublikası Prezidentinin tapşırıq və tövsiyələrinə uyğun olaraq, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə Qazax şəhərində vətəndaşlarla görüşüb.
ətraflı >>

20 Sep 2018 Çinlə birgə növbəti elektron ticarət platformasının yaradılması təklif olunub
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərpoçt” MMC-də Çin Xalq Respublikası Sənaye və Kommersiya Federasiyasının sədri Donq Yancunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
ətraflı >>

19 Sep 2018 Nazir Ramin Quluzadə Avstriyanın vitse-kansleri ilə görüşüb
Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Bakıda səfərdə olan Avstriya Respublikasının vitse-kansleri, dövlət qulluğu və idman üzrə federal naziri Haynts-Kristian Ştraxenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
ətraflı >>

18 Sep 2018 Azərbaycan Ümumdünya Poçt İttifaqının konqresində təmsil olunub
Ümumdünya Poçt İttifaqının (ÜPİ) Efiopiyanın paytaxtı Əddis Əbəbə şəhərində keçirilən 2-ci növbədənkənar konqresi başa çatıb. Tədbirdə dünyanın 130 ölkəsini təmsil edən mindən çox nümayəndə iştirak edib, Azərbaycan nümayəndə heyəti ilə təmsil olunub.
ətraflı >>

18 Sep 2018 Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşəcək
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə sentyabrın 21-də Ağstafa rayonunda nəzərdə tutulan Ağstafa, Qazax, Tovuz, Şəmkir və Gədəbəy rayonlarından olan vətəndaşları qəbul edəcək. Vətəndaşlarla görüş Qazax rayonunda saat 12:00-da keçiriləcək.
ətraflı >>

13 Sep 2018 Peterburq ali kino məktəbinin 100 illiyi şərəfinə bədii zərf buraxılıb
Rusiya Poçtu Sankt-Peterburq dövlət kino və televiziya institutunun 100 illiyinə həsr olunmuş bədii markalı zərfi poçt dövriyyəsinə buraxıb.
ətraflı >>

10 Sep 2018 Belarusun şəhərləri markalarda,” Qrodno”
Sentyabrın 14-də Belarus Respubikası Rabitə və İnformasiyalaşdırma Nazirliyi “Belarusun şəhərləri” silsiləsindən “ Qrodno” poçt markasını dövriyyəyə buraxacaq.
ətraflı >>

9 Sep 2018 İkinci Növbədənkənar Ümumdünya Poçt Konqresi başa çatıb
3 günlük konqresdə Ümumdünya Poçt İttifaqının üzvü olan ölkələr poçt sektorunun gələcək inkişafına dair mühüm məsələlər nəzərdən keçirilib, qərarlar qəbul edilib.
ətraflı >>

7 Sep 2018 Kosmos və kosmik uçuşların sirrləri poçt markasında
Sentyabrın 13-də Belarus Respubikası Rabitə və İnformasiyalaşdırma Nazirliyi “Kosmik uçuşların iştirakçıları Assosiasiyasının 31-ci Beynəlxalq Konqresi” poçt markasını dövriyyəyə buraxacaq.
ətraflı >>

6 Sep 2018 “Postkrosser günü”: dünyanın müxtəlif guşələrindən salam!
Sentyabr ayının 7-də Respublikanın bütün poçt rabitəsi şöbələrində “Postkrosser günü” promo tədbiri keçiriləcək. Eyni vaxtda 10 və daha artıq beynəlxalq adi poçt kartı göndərən müştərilər onların göndəriş haqqını 10% güzəştlə ödəyə biləcəklər.
ətraflı >>



Alış Satış
1.9900 2.0100
1.6990 1.7030
0.0252 0.0257
GBP 2.2150 2.2450
SDR 1 SDR 2,3880