Bizimlə əlaqə: (012) 493-56-00
Bizimlə əlaqə: (012) 493-56-00 Az En
   Elektron xidmətlər
   İndeks və Ünvanların axtarışı
   Poçt göndərişlərinin izlənilməsi
   Məktub yazmaq
   Elektron Xidmətlər Portalı
   Elektron İmzası
   E-Ticarət
Xəbərlər
11 Jul 2018

Elektron ticarət məhsullarının poçt vasitəsilə çatdırılması baxımından yeni imkanlar yaradılıb

Nəqliyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) və Avropa İttifaqının birgə təşkilatçılığı ilə Bakıda “Azərbaycanda elektron ticarət: mövcud vəziyyət və inkişaf perspektivləri” mövzusunda “dəyirmi masa” keçirilib. Tədbir NRYTN və Aİ tərəfindən 2017-ci ildən reallaşan “Azərbaycan Respublikasında elektron xidmətlərin və elektron ticarətin inkişafının gücləndirilməsi” layihəsi çərçivəsində baş tutub. “Dəyirmi masa”nın məqsədi milli elektron ticarətin inkişafı istiqamətində müxtəlif dövlət qurumlarının səylərini birləşdirəcək platforma təklif etmək, elektron ticarət sahəsində kiçik və orta sahibkarların üzləşdiyi mövcud maneələri və fəaliyyət məhdudiyyətlərini müzakirə edərək təkliflər hazırlamaqdır. Dövlət qurumları, beynəlxalq təşkilatlar və özəl sektorun nümayəndələrinin iştirak etdiyi tədbir “E-kommersiya biznesinin (təchizat zənciri, logistika və s.) inkişafı məqsədilə kiçik və orta sahibkarlığa dövlət dəstəyi”, “E-kommersiya biznesi qurarkən kiçik və orta sahibkarların üzləşdiyi mövcud maneələr, fəaliyyət məhdudiyyətləri və bu maneələrin aradan qaldırılması yolları”, “E-kommersiya sahəsində qabaqcıl beynəlxalq təcrübə” kimi mövzuları əhatə edib. “Dəyirmi masa”da, həmçinin “Bakı E-kommersiya Forumu-2018” layihəsinin təqdimatı keçirilib. Tədbirdə çıxış edən Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə son illərdə qlobal iqtisadi çağırışlara uyğun genişmiqyaslı iqtisadi islahatların aparılmasından söz açıb. O qeyd edib ki, ölkədə aparılan məqsədyönlü siyasət biznes və investisiya mühitinin əlverişliliyinin artırılması, ölkəmizin beynəlxalq reytinqlərdə mövqeyinin daha da yaxşılaşdırılması ilə nəticələnib. Nazir bildirib ki, sahibkarlıq siyasətinə dair vahid yanaşmanın, innovasiyaların, beynəlxalq standartların daha geniş tətbiqi, ixrac bazarlarının araşdırılmasında dövlət dəstəyinin artırılması və digər dəstək mexanizmlərinin genişləndirilməsi ölkədə sahibkarlığın inkişafına böyük təkan verib. R.Quluzadə əlavə edib ki, iqtisadiyyatın diversifikasiyası, sahibkarlığın və qeyri-neft sektorunun inkişafı Azərbaycan Respublikasında həyata keçirilən iqtisadi siyasətin prioritet istiqamətlərindəndir: “Son illərdə ölkədə elektron ticarət sürətlə inkişaf edir. 2016-cı ildə Azərbaycanda pərakəndə elektron kommersiya dövriyyəsi 25 613 000 manat, 2017-ci ildə isə 46 227 000 manat olub. Hazırda BMT-nin Ticarət və İnkişaf Konfransının (UNCTAD) B2C elektron kommersiya indeksində Azərbaycan 144 ölkə arasında 68-ci yerdədir” - deyə nazir qeyd edib. Nazir məlumat verib ki, “Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə ölkədə vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş şəxslərlə onların xarici biznes tərəfdaşları arasında sənədlərin, o cümlədən müqavilələrin elektron formada tərtibinə və imzalanmasına, habelə real vaxt rejimində transsərhəd elektron xidmətlərin həyata keçirilməsinə imkan verən “Azərbaycan Rəqəmsal Ticarət Qovşağı” yaradılıb. R.Quluzadə Azərbaycanın yerləşdiyi əlverişli geostrateji mövqeyin beynəlxalq elektron ticarət məhsullarının poçt vasitəsilə daşınma və çatdırılması baxımından ölkəmiz üçün yeni imkanlar açdığını vurğulayıb. Onun sözlərinə görə, bu imkanlardan istifadə edərək hazırda Azərbaycan Poçtu ölkələrarası elektron ticarətin həyata keçirilməsi üçün regional tranzit poçt mərkəzi (HUB) kimi fəaliyyət göstərir. Daha sonra Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas çıxış edib. Azərbaycanın Aİ üçün vacib partnyor olduğunu qeyd edən səfir bu əməkdaşlığın 20 ildən artıq davam etdiyini bildirib. Elektron kommersiya sahəsində ölkəmizin bir çox nailiyyətlər əldə etdiyini də deyən K.Yankauskas Azərbaycanın nəqliyyat qovşağına çevrilməsi üçün regional və coğrafi üstünlüyə malik olmasını vurğulayıb: “Dünyanın qloballaşması texnologiyaların paylaşmasını zəruri edir və bu gün bütün dünyada xidmətlər rəqəmsallaşır. Azərbaycan da bu açıq rəqabətə girməlidir. Bu baxımdan, “Azərbaycan Respublikasında elektron xidmətlərin və elektron ticarətin inkişafının gücləndirilməsi” layihəsi çox vacibdir. Artıq iki ildir ki, həyata keçirilən bu layihə çərçivəsində xeyli nailiyyətlər əldə olunub və biz bundan sonra da ən yaxşı təcrübələri Azərbaycana gətirməyə hazırıq”. Dövlət Gömrük Komitəsinin (DGK) sədr müavini İqbal Babayev isə çıxışında bu sahənin inkişafında rast gəlinən problemlərə toxunub: “Azərbaycanda elektron ticarət dinamik inkişaf edir. Amma dünya ticarəti ilə nisbətdə Azərbaycanın ticarət dövriyyəsində hələ də yaxşı nəticələr yoxdur. Elektron ticarət - elektron platforma, elektron ödəniş sistemləri və loqistika kimi 3 əsas meyar üzərindən inkişaf edir ki, yaranan problemlər də əsas elektron ödəniş sistemləri ilə bağlıdır.” İ.Babayev əlavə edib ki, bazarın qloballaşması, ticarət zəncirinin, eyni zamanda bununla bağlı prosedurların mürəkkəbləşməsi gömrük sahəsində də dəyişiklikləri tələb edir. Gələcəyin elektron kommersiya üzərində qurulduğunu diqqətə çatdıran gömrük rəsmisi bu sahədə ümumi maarifləndirmə tədbirlərinin genişləndirilməsini də vacib sayıb. Daha sonra BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) İKT siyasəti şöbəsinin müdiri, UNCTAD-ın İKT, e-kommersiya və rəqəmsal iqtisadiyyat sahələri üzrə məsul şəxsi Torbyorn Fredriksson çıxış edib. Dünya iqtisadiyyatının sürətlə rəqəmsallaşmasını vurğulayan BMT rəsmisi iqtisadiyyatın bir qolu olan elektron kommersiyanın transformasiya xarakteri daşıdığını nəzərə çatdırıb: “Bu sahə böyük və kiçik bizneslər kimi, dövlətlərə də faydaları ilə yanaşı, problemlər gətirir. Təbii ki, elektron ticarətin inkişafı ilə qazananlar və uduzanlar da olacaq Təsadüfi deyil ki, BMT-də “Elektron kommersiya və rəqəmsal iqtisadiyyat üzrə hökumətlərarası ekspert qrupu yaradılıb”. Çıxışlardan sonra isə “Azərbaycanda elektron ticarətin inkişafının əsas meyarları”, “Elektron kommersiya istifadə olunmayan potensialdır” kimi mövzularda məruzələr dinlənilib və özəl sektor nümayəndələrinin fəal iştirakı ilə fikir mübadiləsi aparılıb. Ölkədaxili elektron ticarətlə məşğul olan sahibkarların mövcud vəziyyətlə bağlı fikirləri və təklifləri dinlənilib. Özəl sektoru təmsil edən iştirakçılar elektron ticarətin inkişafı ilə bağlı mövcud problemlər və çətinliklər barəsində danışıb və onların aradan qaldırılması üçün dövlət qurumları tərəfindən müvafiq addımların atılmasını təklif ediblər. Tədbir hazırda “Elektron kommersiyanın inkişafında dövlətin rolu”, “Elektron kommersiyanın inkişafında dövlət və özəl sektor əməkdaşlığı”, “Elektron kommersiyanın inkişafı üzrə təşəbbüslər” adlı sessiyalar üzrə işini davam etdirir.







21 Sep 2018 Nazir Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb
Azərbaycan Respublikası Prezidentinin tapşırıq və tövsiyələrinə uyğun olaraq, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə Qazax şəhərində vətəndaşlarla görüşüb.
ətraflı >>

20 Sep 2018 Çinlə birgə növbəti elektron ticarət platformasının yaradılması təklif olunub
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərpoçt” MMC-də Çin Xalq Respublikası Sənaye və Kommersiya Federasiyasının sədri Donq Yancunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
ətraflı >>

19 Sep 2018 Nazir Ramin Quluzadə Avstriyanın vitse-kansleri ilə görüşüb
Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Bakıda səfərdə olan Avstriya Respublikasının vitse-kansleri, dövlət qulluğu və idman üzrə federal naziri Haynts-Kristian Ştraxenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
ətraflı >>

18 Sep 2018 Azərbaycan Ümumdünya Poçt İttifaqının konqresində təmsil olunub
Ümumdünya Poçt İttifaqının (ÜPİ) Efiopiyanın paytaxtı Əddis Əbəbə şəhərində keçirilən 2-ci növbədənkənar konqresi başa çatıb. Tədbirdə dünyanın 130 ölkəsini təmsil edən mindən çox nümayəndə iştirak edib, Azərbaycan nümayəndə heyəti ilə təmsil olunub.
ətraflı >>

18 Sep 2018 Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşəcək
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə sentyabrın 21-də Ağstafa rayonunda nəzərdə tutulan Ağstafa, Qazax, Tovuz, Şəmkir və Gədəbəy rayonlarından olan vətəndaşları qəbul edəcək. Vətəndaşlarla görüş Qazax rayonunda saat 12:00-da keçiriləcək.
ətraflı >>

13 Sep 2018 Peterburq ali kino məktəbinin 100 illiyi şərəfinə bədii zərf buraxılıb
Rusiya Poçtu Sankt-Peterburq dövlət kino və televiziya institutunun 100 illiyinə həsr olunmuş bədii markalı zərfi poçt dövriyyəsinə buraxıb.
ətraflı >>

10 Sep 2018 Belarusun şəhərləri markalarda,” Qrodno”
Sentyabrın 14-də Belarus Respubikası Rabitə və İnformasiyalaşdırma Nazirliyi “Belarusun şəhərləri” silsiləsindən “ Qrodno” poçt markasını dövriyyəyə buraxacaq.
ətraflı >>

9 Sep 2018 İkinci Növbədənkənar Ümumdünya Poçt Konqresi başa çatıb
3 günlük konqresdə Ümumdünya Poçt İttifaqının üzvü olan ölkələr poçt sektorunun gələcək inkişafına dair mühüm məsələlər nəzərdən keçirilib, qərarlar qəbul edilib.
ətraflı >>

7 Sep 2018 Kosmos və kosmik uçuşların sirrləri poçt markasında
Sentyabrın 13-də Belarus Respubikası Rabitə və İnformasiyalaşdırma Nazirliyi “Kosmik uçuşların iştirakçıları Assosiasiyasının 31-ci Beynəlxalq Konqresi” poçt markasını dövriyyəyə buraxacaq.
ətraflı >>

6 Sep 2018 “Postkrosser günü”: dünyanın müxtəlif guşələrindən salam!
Sentyabr ayının 7-də Respublikanın bütün poçt rabitəsi şöbələrində “Postkrosser günü” promo tədbiri keçiriləcək. Eyni vaxtda 10 və daha artıq beynəlxalq adi poçt kartı göndərən müştərilər onların göndəriş haqqını 10% güzəştlə ödəyə biləcəklər.
ətraflı >>



Alış Satış
1.9900 2.0100
1.6990 1.7030
0.0252 0.0257
GBP 2.2150 2.2450
SDR 1 SDR 2,3880