Bizimlə əlaqə: (012) 493-56-00
Bizimlə əlaqə: (012) 493-56-00 Az En
   Elektron xidmətlər
   İndeks və Ünvanların axtarışı
   Poçt göndərişlərinin izlənilməsi
   Məktub yazmaq
   Elektron Xidmətlər Portalı
   Elektron İmzası
   E-Ticarət
Xəbərlər
24 Sep 2018

Bakıda ilk Beynəlxalq Elektron Ticarət Forumu keçirilir

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü, Avropa İttifaqının və BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının dəstəyi ilə bu gün Bakıda Elektron Ticarət Forumu öz işinə başlayıb.

Bakı Elektron Ticarət Forumu 2018 adlanan beynəlxalq tədbir 2 gün davam edəcək.

Forumda beynəlxalq təşkilatların, dövlət qurumlarının, ictimai təşkilatların nümayəndələri, mikro, kiçik və orta sahibkarlar, investorlar və startaplardan ibarət 300-dən çox yerli və xarici nümayəndə iştirak edib. Eyni zamanda, 20-dən çox ölkənin sahə üzrə mütəxəssisi, 10 beynəlxalq təşkilatın, 60-dan artıq e-ticarət və onlayn ödəniş platformalarının təmsilçiləri foruma qatılıb.

Tədbir çərçivəsində elektron ticarət sahəsində müxtəlif mövzuları əhatə edən 30-dan çox çıxış nəzərdə tutulub.

Forum çərçivəsində elektron ticarətin inkişafı üçün BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı tərəfindən müəyyən edilmiş 7 əsas istiqamət üzrə müxtəlif sessiyalar təşkil olunacaq.

Bu gün tədbirin açılış mərasimində Azərbaycanda elektron ticarət, elektron ödəniş və logistika xidmətləri, gömrük-vergi rüsumları, bu sahədə kiçik və orta sahibkarlığın inkişafı, elektron ticarət sahəsində startap layihələrinin genişləndirilməsi, həmçinin, bu sahənin müxtəlif aspektlərinin inkişafı ilə bağlı dövlət orqanlarının, beynəlxalq inkişaf agentliklərinin, biznes strukturlarının səmərəli əməkdaşlığı müzakirə olunub.

Azərbaycanda və region ölkələrində elektron ticarətin inkişaf strategiyası, eyni zamanda Avropa İttifaqının müəyyən etdiyi tələblər strategiyası üzrə təkliflər irəli sürülüb.

Məlumat üçün bildirək ki, hazırda Avropa İttifaqı ölkələrində elektron ticarətin payı 35 faiz təşkil edir. Dünyada isə ticarətin 10 faizi elektron ticarətin payına düşür. Biznesdən-biznesə modeli əsasında bu il dünya üzrə e-ticarət həcmi 3 trilyona bərabər olub. Ölkəmizdə isə e-ticarətin inkişafı 10-15 faiz arasında dəyişir.

Qeyd edilib ki, son illər Azərbaycanda elektron ticarətin həcmi ildən-ilə artır ki, bu da iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, telekommunikasiya infrastrukturunun modernləşdirilməsi, eləcə də bank sektorunda elektron xidmətlərin səviyyəsinin genişləndirilməsi hesabına baş verir. Nəqliyyat və telekommunikasiya infrastrukturunun təkmilləşdirilməsi hesabına bu gün Azərbaycanın Tranzit Poçt Mərkəzinə (HUB) çevrilməsi vurğulanıb.

Elektron ticarətin inkişafı istiqamətində artıq istifadəyə verilən yeni nəsil şəxsiyyət vəsiqələrində elektron imza çiplərinin yerləşdirilməsinin də əhəmiyyəti qeyd edilib. Bu gün və sabah təşkil olunan sessiyalarda Avropa İttifaqı, Dünya Bankı, Ümumdünya Ticarət Təşkilatı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Ticarət Mərkəzi, Beynəlxalq Telekommunikasiya İttifaqı, Ümumdünya Poçt İttifaqı və digər beynəlxalq təşkilatların nümayəndələri və elektron ticarətin inkişafı üzrə tanınmış beynəlxalq ekspertlər çıxış edəcəklər.

Tədbir çərçivəsində təşkil olunan sərgidə e-ticarətlə məşğul olan yerli və xarici mağazalar öz həllərini və məhsullarını nümayiş etdiriblər.

Tədbirdə iştirak edən elektronika məhsullarının satışı ilə məşğul olan bir çox yerli şirkətlər forum günlərində öz müştəriləri üçün endirim kampaniyasına başladıqlarını elan ediblər.

Ümumilikdə forum regionda elektron ticarətin inkişafı üçün müvafiq tövsiyələri nəzərdən keçirmək və praktiki tətbiq imkanlarının müəyyən edilməsi üzrə beynəlxalq platforma rolunda çıxış edir.







9 Oct 2018 9 oktyabr - Poçt işçilərinin peşə bayramıdır
Azərbaycanda poçt rabitəsi 16-cı əsrdən inkişaf etməyə başlayıb. Müasir formada poçtun yaranması isə 19-cü əsrə təsadüf edir. 1818-ci ildə isə Gəncədə, o vaxtki Yelizavetpolda poçt kontoru açılıb. Bu isə o deməkdir ki, Azərbaycanda rəsmi olaraq poçt sahəsinin inkişafı 200 illik bir dövrü əhatə edir.
ətraflı >>

8 Oct 2018 Rusiya Silahlı Qüvvələrinin Tarixi seriyalı markalar zərflərdə
9 oktyabrda Rusiya Silahlı Qüvvələrinin Tarixi seriyası çərçivəsində ordu generalı A.V.Xrulyeva adına Maddi-Texniki Təchizat Üzrə Hərbi Akademiyanın Hərbi İnstitutunun 100 illiyinə həsr olunmuş orijinal markalı zərf poçt dövriyyəsinə buraxılacaq.
ətraflı >>

6 Oct 2018 6 Oktyabr Poçt və Teleqraf Nazirliyinin yarandığı gündür
Azərbaycanda poçt rabitəsi 16-cı əsrdən inkişaf etməyə başlayıb. Müasir formada poçtun yaranması isə 19-cu əsrə təsadüf edir. 1818-ci il, iyun ayının 1-də Gəncə şəhərində ilk poçt kontoru açılıb. 19-cu əsrin sonları, 20-ci əsrin əvvəllərində Bakıda sürətlə inkişaf etməkdə olan neft sənayesi ilə bərabər telefon rabitəsi də inkişaf edib.
ətraflı >>

5 Oct 2018 Çeçenistan paytaxtının 200 illiyi şərəfinə marka
Bu gün Qroznı şəhərinin 200 illiyinə həsr olunmuş marka poçt dövriyyəsinə buraxılıb. Markanın üzərində Qroznı-Siti yüksək mərtəbəli binalar kompleksinin fonunda A.Kadırov adına Çeçenistanın ürəyi məscidi təsvir olunub.
ətraflı >>

5 Oct 2018 Moldova poçtu xatirə markaları buraxır
Moldova Respublikasının Ticarət-Sənaye Palatasının yüz illiyi nə həsr olunan markanın həkk edildiyi poçt zərfləri dövriyyəyə buraxılıb. Zərflərin tiraj həcmi 20 min nüsxədən ibarətdir.
ətraflı >>

4 Oct 2018 Belpoçtada müəllimlərə təbrik
Oktyabrın 5-də Belpoçta RUM xüsusi ayrılmış poçt rabitəsi şöbələrində Müəllimlər günü münasibətilə təqdimat tədbiri keçirəcək.
ətraflı >>

28 Sep 2018 Ukraynada marka təsvirli yeni sikkə dövriyyədə
Ukrayna Milli Bankı Ukraynanın ilk poçt markalarının buraxılmasının 100 illiyi xatirə sikkəsini buraxıb.
ətraflı >>

27 Sep 2018 Rusiya Poçtu mobil poçt-kassa terminallarının sayını 24 minə çatdırıb
Rusiya Poçtu 24 min poçtalyonu evdə maliyyə xidmətlərinin göstərilməsi üçün mobil poçt-kassa terminalları ilə təmin edib. Bu xidmət Rusiya Poçtunun 79 filialında göstərilir.
ətraflı >>

26 Sep 2018 Bakıdakı ilk Beynəlxalq Elektron Ticarət Forumu başa çatdı
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü, Avropa İttifaqının və BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının dəstəyi ilə Bakıda keçirilən ilk Elektron Ticarət Forumu öz işini yekunlaşdırıb.
ətraflı >>

24 Sep 2018 PTT - dən yeni təşəbbüs: Drone ilə Karqonun çatdırılması
Türkiyə Dövlət Poçtu PTT-nin təqribən iki əsrlik təcrübəsi var və daim yenilikləri ilə seçilir.
ətraflı >>



Alış Satış
1.9560 1.9730
1.6990 1.7020
0.0252 0.0258
GBP 2.2200 2.2550
SDR 1 SDR 2,3753