Bizimlə əlaqə: (012) 493-56-00
Bizimlə əlaqə: (012) 493-56-00 Az En
   Elektron xidmətlər
   İndeks və Ünvanların axtarışı
   Poçt göndərişlərinin izlənilməsi
   Məktub yazmaq
   Elektron Xidmətlər Portalı
   Elektron İmzası
   E-Ticarət
Xəbərlər
6 Oct 2018

6 Oktyabr Poçt və Teleqraf Nazirliyinin yarandığı gündür

Azərbaycanda poçt rabitəsi 16-cı əsrdən inkişaf etməyə başlayıb. Müasir formada poçtun yaranması isə 19-cu əsrə təsadüf edir. 1818-ci il, iyun ayının 1-də Gəncə şəhərində ilk poçt kontoru açılıb. 19-cu əsrin sonları, 20-ci əsrin əvvəllərində Bakıda sürətlə inkişaf etməkdə olan neft sənayesi ilə bərabər telefon rabitəsi də inkişaf edib. 1918-ci ildə Azərbaycan Demokratik Cümhuriyyəti yarandıqdan bir neçə ay sonra oktyabr ayının 6-da Poçt və Teleqraf Nazirliyi yaranıb. Nazirlik cümhuriyyətin süqutuna qədər fəaliyyət göstərib. Cəmi 23 ay yaşayan müstəqil Azərbaycan dövləti qısa müddət ərzində özünün ilk poçt markalarını buraxmağa nail olub.

Azərbaycan poçtunun ən çətin və həm də şərəfli dövrü II Dünya müharibəsi illərinə təsadüf edib. Bütün çətinliklərə baxmayaraq, müharibə illərində poçt işçiləri öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirib.

Müstəqilliyin ilk illərində Azərbaycanda poçt rabitəsi özünün ən çətin dövrlərindən birini yaşayıb. 1997-ci il yanvar ayının 1-dən etibarən poçt rabitəsinin elektrik rabitəsindən ayrlılaraq müstəqil bir qurum kimi fəaliyyətə başlaması ilə poçt rabitəsi özünün yeni inkişaf mərhələsinə qədəm qoyub.

Ötən illər ərzində sürətlə inkişaf edən Azərbaycan poçtu özünün dinamik inkişaf dövrünün yaşayır. Azərpoçt MMC-nin 63 poçt filialı, 7 rabitə qovşağı, 4 törəmə müəssisə, 1497 poçt şöbəsi və 83 Poçt agentliyi mövcuddur. 200 illik tarixə malik, Azərbaycanın ilk və yeganə milli poçt operatoru Azərpoçt ildən-ilə inkişaf edir. Maddi-texniki imkanların genişlənməsi yüksək iqtisadi göstəricilərin də əldə edilməsinə səbəb olub.







9 Oct 2018 9 oktyabr - Poçt işçilərinin peşə bayramıdır
Azərbaycanda poçt rabitəsi 16-cı əsrdən inkişaf etməyə başlayıb. Müasir formada poçtun yaranması isə 19-cü əsrə təsadüf edir. 1818-ci ildə isə Gəncədə, o vaxtki Yelizavetpolda poçt kontoru açılıb. Bu isə o deməkdir ki, Azərbaycanda rəsmi olaraq poçt sahəsinin inkişafı 200 illik bir dövrü əhatə edir.
ətraflı >>

8 Oct 2018 Rusiya Silahlı Qüvvələrinin Tarixi seriyalı markalar zərflərdə
9 oktyabrda Rusiya Silahlı Qüvvələrinin Tarixi seriyası çərçivəsində ordu generalı A.V.Xrulyeva adına Maddi-Texniki Təchizat Üzrə Hərbi Akademiyanın Hərbi İnstitutunun 100 illiyinə həsr olunmuş orijinal markalı zərf poçt dövriyyəsinə buraxılacaq.
ətraflı >>

6 Oct 2018 6 Oktyabr Poçt və Teleqraf Nazirliyinin yarandığı gündür
Azərbaycanda poçt rabitəsi 16-cı əsrdən inkişaf etməyə başlayıb. Müasir formada poçtun yaranması isə 19-cu əsrə təsadüf edir. 1818-ci il, iyun ayının 1-də Gəncə şəhərində ilk poçt kontoru açılıb. 19-cu əsrin sonları, 20-ci əsrin əvvəllərində Bakıda sürətlə inkişaf etməkdə olan neft sənayesi ilə bərabər telefon rabitəsi də inkişaf edib.
ətraflı >>

5 Oct 2018 Çeçenistan paytaxtının 200 illiyi şərəfinə marka
Bu gün Qroznı şəhərinin 200 illiyinə həsr olunmuş marka poçt dövriyyəsinə buraxılıb. Markanın üzərində Qroznı-Siti yüksək mərtəbəli binalar kompleksinin fonunda A.Kadırov adına Çeçenistanın ürəyi məscidi təsvir olunub.
ətraflı >>

5 Oct 2018 Moldova poçtu xatirə markaları buraxır
Moldova Respublikasının Ticarət-Sənaye Palatasının yüz illiyi nə həsr olunan markanın həkk edildiyi poçt zərfləri dövriyyəyə buraxılıb. Zərflərin tiraj həcmi 20 min nüsxədən ibarətdir.
ətraflı >>

4 Oct 2018 Belpoçtada müəllimlərə təbrik
Oktyabrın 5-də Belpoçta RUM xüsusi ayrılmış poçt rabitəsi şöbələrində Müəllimlər günü münasibətilə təqdimat tədbiri keçirəcək.
ətraflı >>

28 Sep 2018 Ukraynada marka təsvirli yeni sikkə dövriyyədə
Ukrayna Milli Bankı Ukraynanın ilk poçt markalarının buraxılmasının 100 illiyi xatirə sikkəsini buraxıb.
ətraflı >>

27 Sep 2018 Rusiya Poçtu mobil poçt-kassa terminallarının sayını 24 minə çatdırıb
Rusiya Poçtu 24 min poçtalyonu evdə maliyyə xidmətlərinin göstərilməsi üçün mobil poçt-kassa terminalları ilə təmin edib. Bu xidmət Rusiya Poçtunun 79 filialında göstərilir.
ətraflı >>

26 Sep 2018 Bakıdakı ilk Beynəlxalq Elektron Ticarət Forumu başa çatdı
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü, Avropa İttifaqının və BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının dəstəyi ilə Bakıda keçirilən ilk Elektron Ticarət Forumu öz işini yekunlaşdırıb.
ətraflı >>

24 Sep 2018 PTT - dən yeni təşəbbüs: Drone ilə Karqonun çatdırılması
Türkiyə Dövlət Poçtu PTT-nin təqribən iki əsrlik təcrübəsi var və daim yenilikləri ilə seçilir.
ətraflı >>



Alış Satış
1.9560 1.9730
1.6990 1.7020
0.0252 0.0258
GBP 2.2200 2.2550
SDR 1 SDR 2,3753