Bizimlə əlaqə: (012) 493-56-00
Bizimlə əlaqə: (012) 493-56-00 Az En
   Elektron xidmətlər
   İndeks və Ünvanların axtarışı
   Poçt göndərişlərinin izlənilməsi
   Məktub yazmaq
   Elektron Xidmətlər Portalı
   Elektron İmzası
   E-Ticarət
Xəbərlər
5 Nov 2018

"Poçtap" layihəsi çərçivəsində 339 itirilmiş sənəd sahibinə geri qaytarılıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərpoçt MMC tərəfindən reallaşdırılan sosial layihə çərçivəsində istifadəyə verilən Poçtap xidməti artıq 1 (2 mart 2017 ) ildən çoxdur ki, sənədini itirənləri sevindirir. Poçtap sayəsində itirilmiş sənədlər tapılaraq sahibinə qaytarılır.

Bu günə qədər Azərpoçtun filial və şöbələrində 1084 sənəd qəbul olunub. Sahibinə çatdırılan sənədlərin sayı 339, aidiyyatı üzrə qurumlara təhvil verilən sənədlərin sayı isə 719-dur. Hal-hazırda poçt filialları və şöbələrində 26 sənəd sahibini gözləyir.

Bu xidmət çərçivəsində tapılmış sənədlər aidiyyəti üzrə poçt müəssisələri tərəfindən qəbul olunur, sahibləri axtarılır, tapıldığı halda sənədlər sahiblərinə, əks təqdirdə aidiyyəti orqana təhvil verilir. Belə ki, istənilən şəxs təsadüfən tapdığı sənədi hər hansı poçt qutusuna ata və ya poçt şöbəsinə anonimliyini qorumaq şərti ilə təhvil verə bilər. Poçta daxil olmuş sənəd müvafiq proqramda qeydiyyata alınır və avtomatik şəkildə sənəd sahibinin əlaqə məlumatları axtarılır və şəxsin kontaktları tapılarsa, həmin şəxslə əlaqə yaradılır.

Sənədini itirmiş şəxs Poçtap xidmətinin internet səhifəsindən - http://www.pochtap.az, 169 saylı telefon mərkəzindən və ya istənilən poçt şöbəsindən sənədinin tapılıb tapılmamasını öyrənə və tapılmadığı təqdirdə itirilən sənədlə bağlı elan yerləşdirə bilər.

Belə ki, http://www.pochtap.az internet səhifəsində Sənədimi itirmişəm bölməsini seçməklə müvafiq xanalara zəruri məlumatları daxil edərək itirilən sənəd barədə elan yerləşdirmək mümkündür.

Bundan başqa, itirilən sənədlə bağlı Poçtap xidmətinin bazasında məlumatın olması, sənədin hazırkı statusu, hansı poçt filial və şöbəsində olması, saxlama müddəti ilə bağlı məlumat almaq üçün Axtar bölməsinə müvafiq məlumatları daxil edərək axtarış etmək mümkündür.

Əgər itirilmiş sənəd tapılıbsa və sistemdə görünürsə, dövlət rüsumunu ödədikdən sonra vətəndaş 169 Çağrı mərkəzinə zəng edərək tapılmış sənədi ona yaxın poçt məntəqəsinə yönləndirə bilər. Sonda vətəndaş yönləndirdiyi poçt məntəqəsindən gedib sənədini götürə bilər.

Poçtap xidməti çərçivəsində sənədi tapılan şəxslər 1 manat 80 qəpik xidmət haqqı ödəyərək onu təhvil ala bilər. Sənədin poçt müəssisələrində saxlanılma müddəti 30 gündür.

Sənədin hər hansı ünvana çatdırılması gəldikdə çatdırılma rüsumu \"Azərekspresspoçt\"un xidmət tariflərinə uyğun hesablanır.







16 Nov 2018 Belarusun Böyük Tarixi Atlası
Belarus Respublikasının İnformasiya və Texnologiyalar Nazirliyi dörd cilddə olan Belarusun Böyük Tarixi Atlasının dərcinə həsr olunan, 21 Noyabr 2018-ci ildə xüsusi xatirə tədbirində istifadə olunacaq xatirə ştempelli buraxacaq.
ətraflı >>

16 Nov 2018 Nazir Ramin Quluzadə Bərdədə vətəndaşlarla görüşüb
Azərbaycan Respublikası Prezidentinin tapşırıq və tövsiyələrinə uyğun olaraq Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Bərdə şəhərində vətəndaşlarla görüşüb.
ətraflı >>

15 Nov 2018 Bakutel-2018 sərgisinin ziyarətçiləri lotereya qalibi olacaq
Bakı Expo Mərkəzinin sərgi zalında təşkil olunan xüsusi guşədə məhz Bakutel sərgisinin ziyarətçiləri üçün lotereya oyunu keçiriləcək. Azərlotereya ASC tərəfindən təşkil olunacaq lotereyanın oyun qaydalarına əsasən, biletlər oyunda iştirak üçün qeydiyyata alınacaq.
ətraflı >>

14 Nov 2018 Kiyevski kotlet markalarda
Ukrayna poçtu Milli yeməklər seriyasından Kiyevsayağı kotlet markasını dövriyyəyə buraxıb. 140 min tirajla dərc olunan nüsxənin nominalı 7 qrivni, yəni 0.43 Azn-dir.
ətraflı >>

13 Nov 2018 Azərbaycan və Belarus birgə marka dövriyyəyə buraxacaq
Belarus Respublikası Rabitə və İnformasiyalaşdırma Nazirliyi 2018-ci il noyabrın 19-da Azərbaycan və Belarus arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə poçt markasını dövriyyəyə buraxacaq.
ətraflı >>

13 Nov 2018 Nazir Bərdədə vətəndaşlarla görüşəcək
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə 16.11.2018-ci il tarixində saat 12:30-da Bərdə şəhərində Bərdə, Yevlax, Tərtər və Ağdam rayonlarının sakinlərinə göstərilən nəqliyyat, telekommunikasiya (o cümlədən, internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.
ətraflı >>

12 Nov 2018 Müstəqillik qəhrəmanları poçt markalarında
Polşa poçtu 11 noyabr 2018-ci ildə Polşanın müstəqilliyinin bərpasının 100 illiyi adı altında poçt məhsulu dövriyyəyə buraxıb. Poçt məhsulu səkkiz markadan ibarətdir və hər bir markanın tirajı 180 min nüsxə təşkil edir.
ətraflı >>

12 Nov 2018 1 Poçt Şöbəsi və 2 Poçt Agentliyi açılaraq müştərilərin istifadəsinə verilib
Azərpoçt MMC 2018-ci ilin 9 ayı üzrə tarif gəliri proqnozunu 105% icra edib. Belə ki, 2018-ci ilin 9 ayı üzrə təyin olunmuş tarif gəliri proqnoz tapşırıqları yerinə yetirilib, nəzərdə tutulan proqnozdan keçən ilin müvafiq dövrü ilə müqayisədə yəni 4.8% artıq gəlir əldə edilib.
ətraflı >>

7 Nov 2018 Poçt bağlamalarını robotlar daşıyacaq
Norveçin poçt operatoru robot poçtalyonlar hazırlayan "Buddy Mobility" startapı ilə əməkdaşlıq müqaviləsi imzalayıb.
ətraflı >>

6 Nov 2018 Arxeologiya silsiləsindən olan şahmat fiqurları markalarda
Noyabrın 12-də Belarus Respublikası Rabitə və İnformasiya Nazirliyi "Arxeologiya" seriyasından iki poçt markasını dövriyyəyə buraxacaq.
ətraflı >>



Alış Satış
1.9150 1.9500
1.6980 1.7015
0.0251 0.0258
GBP 2.1500 2.2000
SDR 1 SDR 2,3499