Bizimlə əlaqə: (012) 493-56-00
Bizimlə əlaqə: (012) 493-56-00 Az En
   Elektron xidmətlər
   İndeks və Ünvanların axtarışı
   Poçt göndərişlərinin izlənilməsi
   Məktub yazmaq
   Elektron Xidmətlər Portalı
   Elektron İmzası
   E-Ticarət
Xəbərlər
3 Dec 2018

Bakıda Regional Rabitə Birliyinin Rabitə Administrasiyaları Başçıları Şurasının 54-cü iclası keçirilib

“Bakutel 2018” - 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgi və Konfransı çərçivəsində bu gün Bakıda Regional Rabitə Birliyinin (RRB) Rabitə Administrasiyaları Başçıları Şurasının 54-cü iclası keçirilib.

İclasda RRB Rabitə Administrasiyalarının nümayəndə heyətlərinin Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) builki Səlahiyyətli Konfransında fəaliyyəti ilə bağlı yekunlar, eləcə də RRB İcraiyyə Komitəsinin Rabitə Administrasiyaları Başçıları Şurasının qərarlarının həyata keçirilməsi üzrə fəaliyyəti kimi əsas məsələlər müzakirə olunub.

Tədbirdə RRB-nin tamhüquqlu üzvlərinin – Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Türkmənistan və RRB müşahidəçiləri – Latviya və Sloveniya rabitə administrasiyalarının, “İntersputnik” Beynəlxalq Kosmik Rabitə Təşkilatının, eləcə də, ”EUTELSAT” Beynəlxalq Peyk Təşkilatının və Beynəlxalq Telekommunikasiya İttifaqının MDB ölkələri üzrə nümayəndə heyətləri iştirak edib.

İclasa RRB Şurası və Koordinasiya Şurasının sədri, Rusiya Federasiyasının Rəqəmli inkişaf, rabitə və kütləvi kommunikasiyalar naziri Konstantin Noskov sədrlik edib.
Tədbir iştirakçılarını salamlayan Azərbaycan Respublikasının Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə ötən iclasda Azərbaycan tərəfinin Bakıda növbədənkar iclasın keçirilməsi təklifini dəstəklədiklərinə görə RRB-nin üzv dövlətlərinə təşəkkürünü bildirib.

“Bugünki iclasda əsas müzakirə edəcəyimiz məsələlərdən biri 29 oktyabr – 16 noyabr tarixlərində Dubayda keçirilmiş Beynəlxalq Telekommunikasiya İttifaqının Səlahiyyətli Konfransının yekunlarıdır. Bu hadisə təmsil olunduğumuz sektor üçün çox vacibdir və məhz bu səbəbdən biz bu cür təcili iclasın keçirilməsini zəruri saydıq”, - deyə nazir bildirib.
R.Quluzadə RRB-yə daxil olan administrasiyaların Səlahiyyətli Konfransda səmərəli birgə fəaliyyətini, eyni zamanda RRB-nin İcraiyyə Komitəsinin onların fəaliyyətinin əlaqələndirilməsi üzrə işini yüksək qiymətləndirib.
“Fürsətdən istifadə edərək, Rusiya Federasiyasını seçkilərdə qazandığı gözəl nəticələr münasibəti ilə təbrik edirəm. Eyni zamanda Azərbaycan Respublikasının BTİ-nin Şurasına yenidən seçilməsini dəstəkləyən bütün tərəflərə minnətdarlığımı bildirirəm. Nəticədə Azərbaycan, Rusiya kimi, Regional Rabitə Birliyinin tarixində ardıcıl olaraq inkinci dəfə BTİ Şurasına üzv seçilən ölkə oldu. Bizim rabitə administrasiyamızın nüməyəndəsinin BTİ-nin Radio Tənzimləmə Komitəsinə seçilməsi də yüksək nailiyyətdir”, - deyə nazir vurğulayıb.

R.Quluzadə seçkilər zamanı Azərbaycanın ədalətli və layiqli təşviqat kampaniyası apardığını qeyd edib. “Biz birlikdə Şurada təmsilçiliyimizi gücləndirməyə çalışırdıq. Qazanılan nəticə bizim RRB-də birgə fəaliyyətimizin bəhrəsidir. Bugünki iclasda bizim RRB çərşivəsində birgə fəaliyyətimizə aid olan digər məsələlər də müzakirə olunacaq. Əminəm ki, iclasda qəbul ediləcək qərarlar rabitə administrasiyalarımız arasında faydalı əməkdaşlığı daha da genişləndirəcək”, – deyən nazir iclas iştirakçılarına uğurlu və səmərəli iş arzulayib.

İclas iştirakçıları RRB nümayəndə heyətlərinin BTİ Səlahiyyətli Konfransında işini yüksək qiymərləndirib. Bildirilib ki, BTİ katibliyi 29 təklif əsasında builki Səlahiyyətli Konfransda baxılmaq üçün 35 sənəd tərtib edib.

Məlumat verilib ki, RRB tərəfindən Səlahiyyətli Konfransın ilk plenar iclasında BTİ-nin 2020-2023-cü illər üçün strateji və maliyyə planlarının hazırlanması üzrə ümumi təklifindən biri təsdiq edilib.

İclasda müzakirə edilən digər vacib məsələ RRB iştirakçı ölkələrində rəqəmli inkişaf ilə əlaqədar olub. Bu məsələ ilə bağlı fikir mübadiləsi prosesində iştirakçılar rəqəmli inkişafla bağlı prioritet vəzifələri və həll yollarını müzakirə edib.

Paneldə çıxış edən Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib ki, Azərbaycanda rəqəmli iqtisadiyyatın formalaşdırılması üzrə vəzifələr 2014-cü ildə qəbul edilən informasiya cəmiyyətinin inkişafı üzrə Milli Strategiyada, eləcə də 2016-cı ildə qəbul edilən və iqtisadiyyatın bütün sektorlarını əhatə edən 12 “Yol xəritəsi”ndə əks olunub. Nazir müavini qeyd edib ki, hər sahə üzrə “Yol xəritəsi”ndə İKT-nin tətbiqinə və istifadəsinə həsr edilən xüsusi bölmələr yer alıb.

“Bundan başqa, rəqəmli hökumətə keçid üzrə Fəaliyyət planı hazırlanır. Həmçinin ölkədə innovativ iqtisadiyyatın inkişafı prioritetdir. Lazımi infrastruktur formalaşdırılır və innovativ inkişafın qanunvericilik əsasları hazırlanır. Qanunvericilikdə innovativ inkişaf üçün müəyyən güzəştlər nəzərdə tutulub və növbəti ildən etibarən bu şərtlər daha da yaxşılaşdırılacaq. Kiçik və orta biznes müəssisələri, xarici investisiyaların cəlb edilməsi, ölkədə İKT məhsullarının istehsalının genişləndirilməsi, yeni şirkətlərin və startapların fəaliyyətinin təşkili üçün maliyyə və təşkilati dəstək mexanizmləri nəzərdə tutulub. Bu sahibkarlıq subyektlərinə biznesin yaradılması, inkişafı və rəqabətqabiliyyətli xidmətlərin göstərilməsi və ya məhsulların istehsalı, onların beynəlxalq bazarlara çıxarılması üçün güzəştli kreditlər və qrantlar verilir”.

Nazir müavini həmçinin bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 2018-ci il tarixli fərmanı ilə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində ixtisaslaşmış İnnovasiyalar Agentliyi yaradılıb. Agentlik ölkədə innovativ fəaliyyətini dəstəkləməklə yanaşı, sahəni inkişaf etdirərək biznes subyektləri üçün maliyyə mexanizmləri tətbiq edəcək, innovativ fəaliyyəti təşviq edəcək.

Daha sonra, informasiya cəmiyyətinin inkişafı üzrə Azərbaycan rabitə administrasiyası tərəfindən hazırlanan RRB iştirakçı ölkələrində rəqəmli bazarın inkişafı üzrə göstəricilərin hesablanması metodikası nəzərdən keçirilib.

İclas iştirakçılarının müzakirə etdiyi növbəti mühüm məsələ RRB iştirakçı ölkələrində Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi olub.
Həmçinin 17 yanvar 1997-ci il tarixli “Mobil rabitə sistemlərinin inkişafı və istifadəsində əməkdaşlıq haqqında” Sazişə düzəlişlərin edilməsi ilə bağlı məsələyə də baxılıb.
Məlumat üçün bildirək ki, MDB hökumət başçılarının cari ilin noyabrın 2-də Astanada keçirilən iclasında “Mobil rabitə sistemlərinin inkişafı və istifadəsində əməkdaşlıq haqqında” Sazişə düzəlişlər haqqında Protokol imzalanıb.

İclasda həmçinin RRB iştirakçı ölkələrində informasiya cəmiyyətinin inkişafına xidmət məqsədilə ilə mövcud olan Yüksək səviyyəli işçi qrupun əsasnaməsinə düzəlişlər edilib. İşçi qrupun sədrinin daimi əsaslarla fəaliyyəti Əsasnamədə təsbit olunub. Şuranın qərarına əsasən Azərbaycan nümayəndəsi Elmir Vəlizadə işçi qrupun sədri təyin edilib.

Tədbirin sonunda BTİ-nin Səlahiyyətli Konfransının işində fəal iştirak etmiş şəxslər orden və medallarla, həmçinin fəxri fərmanlarla təltif olunub. Təltif olunan sırasında əsasən Azərbaycan və Rusiya nümayəndələri, həmçinin digər Administrasiyaların və İcrayyə Komitəsinin təmsilçiləri olub.

Azərbaycan naziri Ramin Quluzadə və Rusiya naziri Konstantin Noskov RRB-nin ordeni ilə təltif edilib.







13 Dec 2018 12 tikilidən ibarət “Dimitrov Kremli” muzey-qoruğu şərəfinə marka dövriyyədə
Rusiya poçtu “Dimitrov Kremli” muzey-qoruğunun 100 illiyinə həsr olunan markanı poçt dövriyyəsinə buraxıb. Əlavə olaraq, bu gün Moskva və Dmitrova Moskva vilayəti üçün “İlk gün” zərfi hazırlanıb, üzərinə xüsusi həkketmə həyata keçirilib.
ətraflı >>

13 Dec 2018 Nazir Biləsuvar rayonunda vətəndaşlarla görüşəcək
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə sabah saat 11:30-da Biləsuvar şəhərində Biləsuvar, Cəlilabad, Salyan, Neftçala və Cəbrayıl rayonlarının sakinlərinə göstərilən nəqliyyat, telekommunikasiya (o cümlədən, internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.
ətraflı >>

12 Dec 2018 “Qazaxıstan teatr sənəti. Yermek Serkebayev” markası poçt dövriyyəsində
Qazaxıstan Poçtu “Qazaxıstan teatr sənəti. Yermek Serkebayev” markasını poçt dövriyyəsinə buraxıb. Poçt markasının üzərində Yermek Serkebayevin portreti əks olunub. Layihənin dizayn rəssamı S. Marşaldı. Markanın tirajli 10 min nüsxə təşkil edir.
ətraflı >>

11 Dec 2018 Azərbaycanın UNICEF-lə tərəfdaşlığının 25 illiyinə həsr olunmuş poçt markası
BMT-nin Uşaq Fondu (UNICEF) Azərbaycan hökuməti ilə tərəfdaşlığının 25 illiyinə həsr olunmuş xatirə poçt markası nəşr etdirib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “Azərmarka” MMC-nin direktoru Leyla Güləliyevanın və UNICEF-in ölkəmizdəki nümayəndəliyinin rəhbəri Edvard Karvardinin iştirakı ilə marka imzalanaraq möhürlənib.
ətraflı >>

11 Dec 2018 Çingiz Aytmatovun 90 illiyinə həsr olunan poçt markası dövriyyədə
Qırğızıstan İnformasiya Kommunikasiya Texnologiyalar Dövlət Komitəsi Qırğızıstanın xalq yazıçısı Çingiz Aytmatovun (1928 - 2008) 90 illiyinə həsr olunan poçt markasını dövriyyəyə buraxıb. Orijinal markada Çingiz Aytmatovun portreti əks olunub.
ətraflı >>

10 Dec 2018 ePttAVM.com Azərbaycan bazarına daxil olur
Azərbaycanda türk məhsullarının satışı PTT və Azərpoçt vasitəsilə həyata keçiriləcək. Qarşıdakı aylarda ePttAVM.com sistemindəki məhsulları azərbaycanlı istehlakçılar üçün satışa çıxarılacaq.Məhsullar Bakıya qədər PTT vasitəsi ilə, Bakıda isə Azərpoçt vasitəsi ilə operativ şəkildə istehlakçıların ünvanlarına çatdırılacaq.
ətraflı >>

7 Dec 2018 “Azərpoçt” MMC “Rusiya poçtu” ilə memorandum imzalayıb
“Bakutel-2018” 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgi-konfransı çərçivəsində “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “Rusiya poçtu” arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb. Məqsəd tərəflər arasında poçt, maliyyə və elektron xidmətlər sahəsində yaranan problemlərin aradan qaldırılmasıdır.
ətraflı >>

6 Dec 2018 6 dekabr – rabitə və informasiya texnologiyaları işçilərinin peşə bayramıdır
Azərbaycan rabitəsi zəngin tarixi köklərə malikdir. Belə ki, Hülakilər dövlətini iqtisadi və siyasi böhrandan qurtarmaq üçün Qazan xan hələ 1303-cü ildə poçt sahəsində islahatlar həyata keçirmişdir. 1501-ci ildə isə Şah İsmayıl Xətai tərəfindən poçt rabitəsinin dövlət səviyyəsində təşkilinin təməli qoyulmuşdur. 1881-ci il 6 dekabr tarixində isə “Nobel qardaşları cəmiyyəti” tərəfindən Azərbaycanda rəsmi olaraq ilk telefon xətti istismara verilmişdir.
ətraflı >>

6 Dec 2018 Bakı Beynəlxalq Avtovağzal Kompleksində “Şəbəkə” xidmət mərkəzi istifadəyə verildi
6 dekabr – rabitə və informasiya texnologiyaları işçilərinin peşə bayramı günü münasibəti ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu gün paytaxtda növbəti “Şəbəkə” xidmət mərkəzini istifadəyə verib. Mərkəz Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (Bakı-Sumqayıt şosesi, 3) ərazisində yerləşir.
ətraflı >>

5 Dec 2018 Qar qız poçt markasında
DekabrIN 4-də Rusiya poçtu “Yeni il” bayramına həsr olunan poçt markasını dövriyyəyə buraxıb. Poçt markasının üzərində qış meşəsi və Qar qız təsvir olunub.
ətraflı >>



Alış Satış
1.9100 1.9400
1.6990 1.7025
0.0250 0.0257
GBP 2.1300 2.1800
SDR 1 SDR 2,3482