Yeni orijinal markalı zərf buraxılacaq


08.01.2019 2225


Yanvarın 11-də Belarus Respublikası Rabitə və İnformasiya Nazirliyi “Pinsk - Belarusun mədəniyyət paytaxtı 2019” orijinal markalı zərfi poçt dövriyyəsinə buraxacaq.

“A” markasının nominalı Belarus Respublikası hüdudlarında 20 q-a qədər çəkisi olan adi məktubun göndəriş tarifinə uyğundur. 

Hazırlanacaq zərf və xüsusi xatirə ştempel rəssam Tatyana Dolskaya, dizayn isə Marina Vitkovskaya məxsusdur. Zərfin tiraji 20 min nüsxə nəzərdə tutulub.

Yanvar ayının 25-də Brest vilayətinin 16№ li poçt rabitəsi şöbəsində “İlk gün” zərfinin üzərinə xüsusi həkketmə həyata keçiriləcək.  

Qeyd edək ki, Pinsk Polesiya ərazisinin tarixi və mədəni mərkəzlərindən biri hesab olunur. Arxeoloji tədqiqatlar göstərir ki, şəhərin rəsmi yaranma tarixi 1097-ci ildir. Brest vilayətində yerləşən bu şəhər Belarus ərazisində ən qədim şəhərlərdən biridir və 2019-cu ildə Belarusun mədəniyyət paytaxtı elan edilib.



Onlayn konsultasiya